Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


İbn-i Ömər Rəsulullahdan eşitdiyi sözləri belə tamamladı



Yüklə 1,7 Mb.
səhifə67/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   63   64   65   66   67   68   69   70   ...   97
İbn-i Ömər Rəsulullahdan eşitdiyi sözləri belə tamamladı:

"Nəhayət bu camaatın sürdürdüyü hiylə və aldatma əsnasında Dəccal çıxacaqdır".

Əbu Hüreyrə (r) nəql edir:



"Bəni Təmim haqlarında Rəsulullahdan (s) esitdiyim üç seydən sonra onları sevdim. Demisdi ki:

-Onlar Dəccala qarşı ümmətimin ən siddətlisidirlər.

Onların zəkatları gəlmişdi. Rəsulullah (s):

-Bu qövmümüzün zəkatlarıdır! - buyurdular.

Həzrət Aişənin (r) yanında onlardan bir əsir qadın vardı. Həzrət-i Aişəyə:

-Onu azad et, çünki o, Həzrət-i İsmayıl övladlarındandır! - buyurdular" (Buxari, İtk 13, Məqazi 67; Müslim, Fəzailüs-Səhabə 198, 2525).

Həzrət Ənəs (r) nəql etmişdir:

Rəsulullah (s) buyurdu ki: "Üç şey vardır ki, imanın əslindəndır:

1. “La ilahə illəllah” deyənə hücum etməmək. İşlətdiyi hər hansı bir günah səbəbindən bu kimsəni təkfir etmə! Hər hansı bir əməli səbəbiylə də İslamdan dışarı atma!

2. Cihad. Bu, Allahın məni peygəmbər olaraq göndərdiyi gündən bu ümmətin Dəccala qarşı savaşacaq ən son fərdinə qədər cərəyan edəcəkdir. Onu nə imamın zalim olması, nə də adil olması ortadan qaldıramayacaqdır.

3. Qədərə iman" (Əbu Davud, Cihad, 35, 2532).

İmran ibn-i Hüseyn (r) nəql edir:

Rəsulullah (s) buyurdular ki: "Ümmətimdən bir tayfa haqq uğrunda savaşmağa davam edəcəkdir. Onlar onlara meydan oxuyanlara qalib gələcək. Belə ki, bunların sonuncuları Məsih (Maşiah)-Dəccalla da savaşarlar"” (Əbu Davud, Cihad 4, 2484).

İbn-i Ömər (r) nəql edir:



"Rəsulullah (s) aramızda olduğu halda biz vida həccindən bəhs edərdik və vida həccinin nə olduğunu bilməzdik. Vida həccində Rəsulullah (s) Allaha həmd və səna edib, sonra da Məsih (Maşiah)- Dəccaldan söz açmışdı. Sözü onun haqqıında xeyli uzatıb bunları da şöyləmişdi:

-Allahın göndərdiyi hər peyğəmbər ümmətini onunla qorxutdu. Həzrət-i Nuh (ə) və ondan sonra gələn bütün peyğəmbərlər onunla qorxutdular.

Biləsiniz, o, aranızdan çıxacaqdır. Onun şənindən (işlərindən) heç bir sey sizə gizli qalmayacaq. Çünki sizlərdən gizlətməz. Rəbbinizin gözü kor deyildir, halbuki onun sağ gözü kordur. Onun gözü pırtlaq bir üzüm kimidir.

Xəbəriniz olsun, Allah sizlərə bir-birinizin qanını, malını haram etdi. Bunlar bu günlərinizin, bu qəsəbələrinizin haramlığı kimi haramdır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin