Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


"Yer üzü zülmlə dolacaq. Daha sonra Əhl-i Beytimdən olan birisi zühur edəcək, yeddi və ya doqquz il hökm sürəcək  və yer üzünü ədalətlə dolduracaqdır"



Yüklə 1,7 Mb.
səhifə89/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   85   86   87   88   89   90   91   92   ...   97
"Yer üzü zülmlə dolacaq. Daha sonra Əhl-i Beytimdən olan birisi zühur edəcək, yeddi və ya doqquz il hökm sürəcək  və yer üzünü ədalətlə dolduracaqdır" (Müsnəd-i Əhməd, c. 3, s. 28).

Əbu Səid isə Peyğəmbərin (s) dillindən belə nəql edir:



"Axır zamanda sultan tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki, ondan daha şiddətlisi eşidilməmişdir. Elə ki geniş yer üzü onlara daralacaq və zulmlə dolacaqdır. Möminlər bu zülmdən qurtulmaq üçün bir sığınaq və bir qurtarıcı tapa bilməyəcəklər. Daha sonra Allah-u Təala Əhl-i Beytimdən birini zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcəkdir. Göy üzü və yer üzünün sakinləri ondan razı olacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün bitirəcək və göy üzü onlara davamlı yağış yağdıracaq, yeddi və ya doqquz il xalq arasında yaşayacaq və Allah-u Təalanın yer üzünə endirdiyi bu qədər xeyir səbəbindən ölülər yenidən yaşamağı arzulayacaqlar" (Əl-Bəyan, s.72; Əs-Səvaiq-ül Muhrika, s.161).

Əbu Davud və Termizinin İbn Məsuddan (r) nəql etdiklərinə görə, Allahın elçisi (s) belə buyurmuşdur:

Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq...” (Qiyamət əlamətləri, genişlədilmiş 9 -cu nəşr, s. 159-160).

... Sizə... adı Əhməd, atasının adı Abdullah olan Mehdini başçı etmişdir. Ona qoşulun” (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, s. 31).

... Ona qoşulun, o, Mehdidir. Adı da Əhməd bin Abdullahdır...” (Qiyamət əlamətləri, mədinəli əllamə Muhəmməd bin Rəsul əl-Hüseyn Əl-Bərzənci, Pambıq nəşriyyat, 8-ci nəşr, s. 165).

Beləliklə, Mehdinin (ə) əsl adının ya Mühəmməd, ya da Əhməd, atasının adının isə Abdullah olacağı məlumdur.

Mövzumuz baxımından ən maraqlı hədislərdən biri də budur:


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin