Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə23/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   19   20   21   22   23   24   25   26   ...   105
Sergey Lavrov
Ukraynadakı qarşıdurmanın ilk günlərindən ABŞ Konqresi Ukraynaya silah tədarükünə icazə verilməsini müdafiə etdi və 2014-cü ildə belə tədarüklərə icazə verən, Ukraynanın azadlığını dəstəkləyən qanun qəbul etdi. B. Obama administrasiyası bunun ABŞ-ı Donbasdakı qarşıdurmaya sürükləyə biləcəyindən ehtiyat edərək bu planın həyata keçirilməsinə mane oldu. Nəticədə Ukraynaya hərbi yardım "ölümcül olmayan" avadanlıqların təmini ilə məhdudlaşdı (Украина станет.., 2017).

2015-ci ilin iyununda ABŞ-ın Şərqi Avropaya tank, digər zirehli texnika, raket artilleriyası və digər ağır silahlar yerləşdirməyi planlaşdırması səbəbindən ölkələr arasındakı gərginlik daha da artdı. Rusiyada bu addımı “Soyuq müharibədən sonrakı ən aqressiv addım” adlandırdılar (Attributing Responsibility.., 2018).

7 Noyabr 2015-ci ildə ABŞ Müdafiə Naziri Eşton Karter "Rus təcavüzünün" qarşısını almaq üçün tədbirlər elan etdi. Planlaşdırılan tədbirlər arasında nazir, nüvə silahlarının modernləşdirilməsini, pilotsuz təyyarələrin və strateji bombardmançıların inkişafını, lazer sistemlərinin, habelə detalları göstərilməyən yeni silah sistemlərinin adını çəkdi (Donald Trump pledges.., 2018).

2015-ci ilin noyabrında Amerika tərəfinin təşəbbüsü ilə ABŞ və Rusiya xüsusi xidmət orqanları arasında antiterror əməkdaşlığına son verildi (МИД РФ, 2015).



2016-cı ilin yanvar ayında “Guardian” qəzeti yazırdı ki, ABŞ-ın 2015-2025-ci illər arasında 12 yeni strateji nüvə sualtı qayığı, yüzə yaxın yeni strateji bombardmançı təyyarə, mobil qurğulardan atıla biləcək yeni qitələrarası ballistik raketlər və nüvə silahı daşıya bilən mindən çox kruiz raketinin alınmasına 355 milyard dollar xərcləməyi planlaşdır. “Guardian” a görə, Rusiya və ABŞ soyuq müharibə dövrünün nüvə arsenalını tam bərpa etməyə başlayırlar (Пресса Британии.., 2016).

Barak Obama
2016-cı ilin oktyabrında ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bildirmişdir ki, “Vladimir Putin Rusiyanı böyük bir ölkə, böyük bir güc olaraq görür. Onların əsas məqsədi ABŞ-ın Rusiyaya böyük bir güc kimi baxmasıdır. ” Klepper, Rusiya ilə ABŞ arasındakı münasibətlərin vəziyyətini "çox pis" olaraq xarakterizə etmiş və qeyd etmişdi ki, ölkələr arasında - Suriya və Ukrayna üzərində fikir ayrılıqları çoxdur (Глава американской разведки.., 2016).

Kırımın Rusiya Federasiyası tərəfindən işğal edilməsi Rusiya ilə ABŞ-ın hərbi idarələri arasında təmasların pozulmasına səbəb oldu (США решили.., 2015), lakin 2015-ci ilin payızında Suriyada hərbi əməliyyatının başlaması ilə əlaqədar olaraq bu təmaslar bərpa edildi.

3 oktyabr 2016-cı il tarixində Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın plutoniumun zərərsizləşdirilməsinə dair 2000-ci il sazişinin dayandırılmasını əmr etdi. Buna səbəb kimi "ABŞ-ın Rusiya Federasiyasına qarşı dost olmayan hərəkətləri nəticəsində strateji sabitliyə təhdid" yaranması göstərilməkdə idi (Госдеп: США.., 2016).



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin