Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə37/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   33   34   35   36   37   38   39   40   ...   105
Putin və Tramp
Oktyabr ayında ABŞ Dövlət katibi Reks Tillerson Bəşər Əsədin prezidentliyindən istefa edilməsinin zəruriliyindən danışaraq bildirdi ki, ABŞ Suriyada görüşməyə bütöv və birləşmiş hökumətdə Bəşər Əsədin olmaması şərtilə gedir. “Əsəd ailəsinin hakimiyyətinin sonu yaxınlaşır. Yeganə sual budur ki, bu necə həyata keçirilməlidir” (New Yorker.., 2017) Buunla belə, 11 noyabrda, APEC sammitindən sonra Putin və Trumpın ortaq bir bəyanatı yayıldı, hər iki lider Suriyada siyasi bir nizamlanmaya tərəfdar olduqlarını bəyan etdilər.

Bəyanatda deqalasiya zonalarının əhəmiyyəti bir daha təsdiqləndi və "xarici qüvvələrin" (yəni İran tərəfindən dəstəklənən xarici könüllülərin) Suriyanın İsrailə bitişik cənub-qərb bölgəsindən çıxarılmasının vacibliyi qeyd edildi. Prezidentlər Suriyadakı hərbi rabitə kanallarının İD-ə qarşı mübarizədə təhlükəli hadisələrin qarşısını almaq üçün işini də dəstəklədilər (Что значит.., 2017 года).

Noyabrın 13-də ABŞ Müdafiə Naziri Ceyms Mattis, ABŞ-ın Suriyadakı hərbi kontingentinin bu ölkəni tərk etməyəcəyini və İslam Dövləti məhv edilənə qədər" mübarizə edəcəyini açıqladı. Rusiya Müdafiə Nazirliyi də öz növbəsində ABŞ-ı Suriyadakı yaraqlıları silahlandırmaqda ittiham etdi (Генштаб обвинил США.., 2017).

18 yanvar 2018-ci ildə ABŞ-ın sövlət katibi Reks Tillerson Stanford Universitetində (Kaliforniya) çıxışı zamanı ABŞ-ın Suriyada əldə etmək istədiyi beş əsas hədəfi diqqətə çatdıraraq, onları belə sıralamışdır:

-İslam Dövlətinin tam məğlub olması

-Münaqişəni BMT tərəfindən maliyyələşdirilmiş Cenevrə prosesi çərçivəsində həll etmək

-İranın təsirini azaltmaq və şərtlərə nail olmaq.

-Qaçqınların könüllü qayıdışı

-Ölkənin kütləvi qırğın silahlarından azad edilməsi.

Tillerson ABŞ-ın Suriyada İslam Dövlətinin geri dönməsinə imkan verməmək üçün bu ölkədəki hərbi mövcudluğunu qoruyacağını qeyd etdi (Тиллерсон назвал.., 2018). Sonrakı hadisələrin göstərildiyi kimi, prezident Trump fərqli bir strategiyaya sahib idi. Prezidentlik kampaniyası dövründə Amerikanın Suriyadakı iştirakını məhdudlaşdıracağına söz vermişdi və vaxtaşırı Obamanın “dəhşətli mirasına” son qoymaq niyyətini xatırladırdı (Максим Сучков, 2018).




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin