Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə57/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   53   54   55   56   57   58   59   60   ...   105
30.01.2020.

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Nazirlik bu dəfə Krım üzrə Rusiyalı məmurları və bu yarımadaya dəmir yolu ilə sərnişin daşınması xidmətini həyata keçirən “Grand Service Express” operatorunu sanksiyalar siyahısına daxil edib.

Bu barədə qurumun rəhbərliyinin açıqlamasında deyilir. Nazirlik birtərəfli sanksiyaların “Ukraynaya qarşı davam edən təcavüz və Krımı işğal etmək cəhdləri” ilə əlaqədar tətbiq edildiyini bildirib (ABŞ Rusiyaya qarşı.., 2020).

Birləşmiş Ştatlar yanvarın 29-da Qara dəniz üzərində Rusiyanın təhlükəli hərbi hərəkətlər keçirərçən baş vermiş son insidenti böyük həyacanla qeyd edir. ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri tərəfindən təsdiq edildiyi kimi, Rusiyanın Su-27 hərbi təyyarəsi beynəlxalq hərbi məkanında ABŞ-ın EP-3 təyyarəsinə təhlükəli şəkildə hərəkət edib: rusiyalı pilot EP-3 təyyarəsinə 5 fut məsafədə yaxınlaşaraq onun uçuş xəttinin düz qarşısından keçib. ABŞ təyyarəsi beynəlxalq qanunlar çərçivəsində əməliyyat apararkan, Rusiya tərəfi mövcud saziş və beynəlxalq qanunu, bu halda, 1972-ci il tarixli Dəniz və Dənizin üzərində İnsidentlərin Qarşısının Alınmasına dair Sazişi kobud şəkildə pozub. Bu Rusiyanın hərbi fəaliyyətlər göstərərkən beynəlxalq norma və qanunlara hörmətsizliklə yanaşmasının nümunələri arasında ən sonuncudur. Biz Rusiyanı səhv hesablama risklərini artıran, hər iki tərəfin ekipajlarına təhlükə yaradan, havada toqquşmalarla nəticələnə biləcək təhlükəli hərəkətlərə son qoymağa çağırırıq (ABŞ Dövlət Departamentinin.., 2020) .


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin