Wa-in min shay-in illa AAindana khaza inuhu wama nunazziluhu illa biqədərin maAAloom
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
Bu ayədə deyilənləri öncəki ayələrdə söylənilənlərlə tutuşdurduqda, belə bir nəticəyə gəlirik ki, qədər, yəni tale Allahın öncədən təqdir etdiyi ölçülərdir. Həmin ölçülər Onun əzəli hökmüdür. Bu halda söhbət təkcə zaman ölçülərindən, nəısələn, doğum və ölüm tarixlərindən deyil, həm də digər ölçülərdən gedir. Məsələn istənilən uşaq dünyaya gələrkən doğuşu qəbul edən həkimlərin Anaya verdiyi ilk məlumatlardan biri də körpənin çəkisi və boyu barədə məlumatlar olur. Uşaq böyüdükcə çəkisi və boyu da artır.
Gəldiyimiz nəticənin səhv olmadığını, “qədər” kəlməsinin həm də “ölçü”, “miqdar” anlamları da daşıdığını Əs-Səba surəsinin 11-ci ayəsi də təsdiqləməkdədir: