Topa zərbə endirildikdən sonra onun yalnız başqa bir oyunçuya (hər hansı komandanın) toxunduğu təqdirdə qolun vurulmasına icazə verilən zərbə növü.
Influence area – Təsir dairəsi
Meydanın top olmayan, ancaq oyunçular arasında mübahisə yarana biləcək sahəsi.
Impede – Mane olmaq
Rəqibin hərəkətini gecikdirmək və ya onun qarşısını almaq.
Intercept – Nəzarəti ələ keçirmək
Ötürmənin ünvanına çatmasının qarşısını almaq.
K
Kick – Zərbə
Oyunçu topa ayağı və ya topuğu ilə toxunarsa, topa zərbə endirmiş hesab olunur.
Kicks from the penalty mark – 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr
Bir komandanın digərindən daha çox qol vurmasına qədər hər bir komandanın növbəli şəkildə zərbələr yerinə yetirməsi ilə oyunun nəticəsinin müəyyən edilməsi üsulu (Hər bir komanda tərəfindən ilk beş zərbənin yerinə yetirilməsi zamanı komandalardan biri, hətta yerdə qalan zərbələri düzgün yerinə yetirdiyi təqdirdə, hesabı bərabərləşdirə bilməyəcəksə, zərbələrin yerinə yetirilməsi dayandırılır).