Beytul-əhzan naləsi


Həzrət Zəhranın (s.ə) həzrət Zeynəbə



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
beytul-ahzan

Həzrət Zəhranın (s.ə) həzrət Zeynəbə 
(s.ə) xitabı
Gəl səni vaqif edim hikmətü-əsrarə qızım
Bu qədər ağlama, pozma məni məhparə qızım
Belə fikr etmə bala fikrizə mən qalmamışam
Neçə müddətdi ki, ağuşə sizi almamışam


34
Bilisən yarəliyəm gözdən özüm salmamışam
Neyləyim bais olub sinədəki yarə qızım
Xuni-dil həsrətilə əşkinə qat bu gecədən
Vəsli-kalasini hicranıma sat bu gecədən
Təkliyinə adət elə, fikrimi at bu gecədən
Kərbəlada səni görrəm ürəyi yarə qızım
Babanın fikrinə əlbəttə özün qal gecələr
Onu dindir ürəyindən qəmini al gecələr
Hər namazında xəyala məni də sal gecələr Kömək 
et qüssəlidir Heydəri Kərrarə qızım Gecəni xəlq 
edib Allah ki, cəhan zülmət ola
Göz-gözü görməyə məzlum atana fürsət ola
Gedə çöllərdə boşalda ürəyin rahət ola
Sözlərin çahə deyib, ağlaya ənharə qızım
Hər baxışda dili-məcruhumu sən dağlayısan
Baxısan üzdəki sili yerinə ağlayısan
Hey gözümdən öpüsən əşki üzə bağlayısan
Neylirəm toxdadı qurbandı gözüm yarə qızım
Sizə bir Kərbübəla var ki, bəla baş verəcək
Həqq Özü Ali-Əbaya qəmi yoldaş verəcək
Kərbəlaya sənə bir sevməli qardaş verəcək Adı 
Abbasdı, məşhur ələmdarə qızım
Xoşdiləm mən o qəddi-qaməti Heydər səmərə
Çəp baxanmaz sizə bir kimsənə Abbasə görə


35
O da oğlumdu mənim bu sözümü al nəzərə
Can fəda eyləyəcək xırdaca qızlara qızım
O balam həşrə kimi babül-həvaic olacaq
Üz qoyan ləhzədə meydana cəmalın solacaq
Çiyninə məşgi gedən vəxtdə Səkinəm salacaq
Məşginə ox dəyəcək, məşg olacaq parə qızım
Kərbəlada ona hər sədmə yetər billəm özüm
Çəkərəm başına əl, qəlbində qəmin silləm özüm
Ox dəyəndə gözünə başı açıq gəlləm özüm O 
zaman qəm yetişər itrəti-ətharə qızım
Bir Rübab adlı gəlin bu evə bir gün gələcək
Oxlanıb südəməri qəlbini möhnət dələcək
O da bu evdə elə gün qabağında öləcək
Olacaq niskil onun möhnəti əhrarə qızım

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin