36
Qəlbdən eşqin sənin bir an kənarə qoymaram
Mən sənə vabəstəyəm, rəxti-əlayiq soymaram
Hər qədər baxsam bilirsən gözlərindən doymaram
Ağlama qoy çox baxım ey gözləri dərdü-dəva
Beyətə xatir
çəkirdi məscidə sani səni
Boşlamırdım, tutmuş idim mən səni, Zeynəb məni
Qonfuzun qalxdı əli, soldu vücudum gülşəni
Mən yıxıldım öz qapımda, sinə də batdı qana
Mən özüm məsuməyəm heç sözdə rəddə getmərəm
Sən imamımsan,
sənə təyini-təklif etmərəm
Vursalar yüz dəfə ölsəm şənini əsgitmərəm
Sən ağamsan, sərvərimsən, dilbərimsən müqtəda
Öz qəmim yaddan çıxıbdır əşgrizəm mən sənə
İsmətullaham
özüm billəm əzizəm mən sənə
Xilqətin Zəhrasıyam amma kənizəm mən sənə
Bilsin aləm ki, bu evdə mən kənizəm sən ağa
Pozğun əyləşmə başım üstə aya miri-hümam
Ağlama bu tərz ilə ey sərvəri vala məqam Ağlayanda
sən yaram göynür
ürək etməz davam
Ağlaram Zeynəb də ağlır başlayır şurü-nəva
Bu iki ağlar gözüm daim tökər əşgin yerə
Bilmişəm təklifini bu gözlərin mən yeksərə
Bir gözüm
ağlar sənə, bir göz babam Peyğəmbərə
37
Vəslinə nail olam müştaqəm ey miri-hüda
Gördü Zəhra əşgilə sərşar Kərrarın gözün
Dözmədi gözyaşlı görsün yari-dildarın gözün
Naxoşun qalxıb əli sildi pərəstarın gözün
Səslədi sən ağlama Zəhra sənə qurban ola
Söylədi Heydər həman Kərraram ey xilqətdə şam
Ömərlər öldürmüşəm əda olubdur qəlü-qəm İstəsəydim
hammısın birdə qırardım
dəstə cəm
Bu azan olmazdı, amma nə səlat və nə dua
Əmri-Taha səbrimə baisdi, ey əfzun qəmi
Ayrı bir hikmət də var bilməz çoxu bu mübhəmi
Bu sükutum
şiəyə xatirdi tutsun aləmi
Vədə vermişdi bizə çün şiəni əvvəl Xuda
Keşməkeş başlandı bildim dinmədim, qəlb dağladım
Sən çağırdın Fizzəni, mən də özümü saxladım
Ta səsin birdən ucaldı, Zeynəbi mən yolladım
Get dedim öyrəş qızım vardır qabaqda Kərbəla
Dostları ilə paylaş: