Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
beytul-ahzan

Kərbəlayə giriş
Bu yerdi bacı eşqidə ecaz eləyən yer
Kəbə yerinə həşrə kimi naz eləyən yer
Bir mədfən olar burda ki, üşşaqə məhəldi
Çün Tur, təcəlligahi-ənvari-əzəldi Hər 
guşəsi minlərcə behiştdən də gözəldi
Zülfün bacı xoşdur ki, mənim xələtim olsun


52
Bir köhnə həsir ilə gərək ülfətim olsun
Başdan-başa bu yer qəmü-ənduh və nəvadı
Baxma o Fəratın səsinə ruhfəzadı
Burda su verilməz qonağa Kərbübəladı
Tiri-qəmü-möhnət dili-pakın böləcəkdir
Baxma o suya qardaşın ətşan öləcəkdir
Bu yerdi bacı göz yaşını qanə qatan yer
Cənnatə təfaxür eləyib, naz satan yer
Dilsiz balama ovçu yaxından ox atan yer
Ox Əsğəri güldürsə sireşgim tökərəm mən
Dilsiz balamın qanını ərşə səpərəm mən
Bir yerdi bacı halıma beytül-həzən ağlar 
Mədfəndi mənə qəbrimə həsrət çəkən 
ağlar Zəvvarım olar qəbrimin üstə gələn 
ağlar
Xuni-dili göz yaşıma hər dəm qataram mən
Bir qəbridə Əkbər balam ilə yataram mən
Gərdişdədi ta çərxi-fələk günbəzi-dəvvar
Olmaz elə bir qəbri görən ta ki, cahan var
Bir yerdə ata cüt balasıylan yatışıblar
Əkbər ayaq altında yatıb qəlbi şikəstə
Əsğər də yatıbdır atanın sinəsi üstə
Şah barmağı ilə bir tərəfə etdi işarə
Bir söz dedi Zeynəb dilinə saldı şərarə


53
Ordan bacı qızlar qaçacaq dəştü-kənarə Alam 
və mühən zahir olub bəllidi Zeynəb
Gözlür yolunu, bax ora da təllidi Zeynəb
Qəm tirini öz qəlbinə daim saçacaqsan
Səy üstə Səfa eyləməyə yol açacaqsan
Qodalə tərəf sən bacı ordan qaçacaqsan
Gözdən tökəcəksən üzünə göz yaşını Zeynəb
Orda yıxacaqlar yerə qaradaşını Zeynəb
Gün batdı uşaqlar sözü dillərdə yatışdı
Yorğun balalar yol tozu tellərdə yatışdı
Yəsribdə qalıb evləri çöllərdə yatışdı
Əvvəl gecə yatmaqları çox qüssəli oldu
Qızlar yata çöldə bu gecə əvvəli oldu

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin