143
Yandırıb xeyməsini ərseyi-tarac elədim
Mənim eşqimdi Hüseyn xilqətimə tac elədim
Xeyli üşşaqı buna həşridə möhtac elədim
Əhli-eşqə budu sərvər evin abad Hüseyn
Fətəbarəkdə olan nəssə budur şəni nüzul
Öz Hüseynimdi, Bətulun gülü, dilbəndi-Rəsul
Etmədi zərrəcə öz əhdi ələstindən üdul
Ağzını hər nəyə açsa edərəm mən də qəbul
Gər dua etsə o ləblər evin abad Hüseyn
O xanım da ürəyi parçalanan Zeynəbdi
Tiri-alamü-bəliyyata nişan Zeynəbdi
Bu Hüseynin bacısı qəlbi yanan Zeynəbdi
Zərridə oldu şəriki bu həman Zeynəbdi
Ləhnidə Heydərə bənzər evin abad Hüseyn
Dostları ilə paylaş: