Биринҹи фәсил


YEDDİNCİ FƏSİL İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ



Yüklə 1,18 Mb.
səhifə38/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

YEDDİNCİ FƏSİL

İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ

İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK


Oğlan və qızın izdivaca olan ehtiyacı təbii və zati bir ehtiyacdır. Şəhvət qərizəsinin hücumundan özünü uzun müddət qorumaq oğlan və qız üçün olduqca çətindir.

Bə᾽zən müddətin çoxluğu izdivaca ehtiyacı olanın məhv olmasına gətirib çıxarır. Bə᾽zən qərizələrin çılğınlığı insanların günah və fəsad girdabına sürüklənmələrinə bais olur. Bə᾽zən qız və oğlanın izdivacına mane olmaq onlar üçün baş ağrısı yaradır və onları müxtəlif xəstəliklərə salır. Bə᾽zən izdivacın qarşısını almaq eşq üçün maneələr törətmiş, pak insanları aludə etmiş və hər bir ölkənin sərmayəsi olan gəncləri intihar həddinə qədər gətirib çıxarmışdır.

Bə᾽zi valideynlər izdivac yaşına yetən övladının ailə həyatı qurmaq istədiklərini eşitdikdə onu uşaq hesab edir, bu istəyini həyasızlıq, üzlülük adlandıraraq ona hücum edirlər. Bu tip davranışlar nəticəsində övlad ümidsizliyə sürükləyirlər. Belə ki, güclü imana malik olmayanlar bu hərəkətlərin nəticəsində yollarını azmağa məcbur olduqlarını güman edirlər.

Bə᾽zi valideynlər gəlinin və ya kürəkənin ailəsinə elə ağır təkliflər irəli sürürlər ki, müqabil tərəf üçün onu həyata keçirmək qeyri-mümkün olur. Bə᾽zən öz təkliflərinin üstündə elə möhkəm dayanırlar ki, övladlarının izdivac vaxtı keçir.

Bə᾽zən oğlan elçilik üçün bir qızın evinə gedir. Lakin qızın ailəsinin pis rəftarı ilə qarşılaşır və onunla ailə qurmaq istədiyinə peşman olur. Nəticədə, qızın yaşı ötür və evdə qalır. Əlbəttə, bu növ davranış oğlanın ailəsində də ola bilər.

Bə᾽zən oğlanlar və qızlar öz iradələrinin məhdudluğu ucbatından valideynlərinin iradəsinə tabe olduqlarına görə izdivaca boyun qoymur və bununla da böyük bir ziyana düşürlər. Bə᾽zən cavanlar özləri ağır təkliflərlə qarşı tərəfin izdivacı həyata keçirməsinə mane olurlar.

Müqəddəs İslam dini bu növ davranışları insaniyyətə və mürüvvətə zidd, insani əxlaqa uyuşmayan qeyri-ilahi və qeyri-şər᾽i bir iş hesab edir. İslam izdivacı çətinləşdirənlərə xəbərdarlıq edərək, onların bu hərəkətlərin acı nəticəsini dünya və axirətdə görəcəklərini bildirir. İslam deyir: Allah-təala digərləri ilə asanlıqla davrananlarla asan, çətinliklə davrananlarla çətin davranacaq. Bu məsələni çətinləşdirmək oğlan və qızların insani, təbii meyl, arzu və amalları ilə döyüşmək deməkdir. Allah-təala onları çətinliyə salar və öz məhəbbətindən məhrum edər.

Himad ibn Osman deyir: «Bir şəxs imam Sadiqə (ə) digəri haqqında şikayət etdi. Çox keçmədi ki, haqqında şikayət olunan şəxs gəlib çıxdı. İmam (ə) buyurdu: «Filan şəxs səndən nə üçün şikayət edir?» Ərz etdi: «O, mənə borcludur. Özümə söz vermişəm ki, son dinarına qədər borcumu ondan alam. Həzrət (ə) oturuşunu dəyişdi və əsəbiləşərək buyurdu: «Borcunu son dinarına qədər ondan almağının pis iş olmadığını düşünürsən?! Allah-təalanın Qur᾽anda nə buyurduğunu eşitməmisənmi?»

«(Rəbbindən) və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar»1.

«Sən pis haqq-hesabın Allah tərəfindən bəndəsinə olunan zülm olduğunu hesab edirsən! Yox, and olsun Allaha (belə deyil). Onlar yalnız ondan qorxurlar ki, əməllərin ən axırıncı zərrəsinə qədər onlardan hesab çəkilsin. Ey kişi, bunu bil ki, kim hesabı belə çətin çəksə, pis bir iş görmüşdür.»

Valideynlər, oğlan və qızlar, məxsusən də izdivac məsələsini çətinləşdirməkdən çəkinməlidirlər. Bu qeyri-insani işdən özlərini qoruyaraq, izdivac yolunu açmalıdırlar. Bu ilahi işin şəraitini asanlaşdırmalı və bununla da günah süfrəsinin açılmasının qarşısını almalıdırlar.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin