AİLƏNİ İTTİHAMDAN QORUMAQ
İnsanın bütün davranışları, get-gəlləri islami baxımdan ailə üzvlərini hər hansı bir ittihamdan qoruyacaq şəkildə olmalıdır. İttiham ailənin abırının məhvinə və həyatın şirinliyinin aradan qalxmasına yol açır.
Mümkündür, insan öz nəzərində, ünsiyyətdə olmağın maneəsi olmayan şəxslə ünsiyyətdə olsun, lakin məsələnin həqiqətindən xəbərdar olmayanlar, dilini yersiz mühakimədən qorumayanlar onun bu ünsiyyətini tədricən başqa cür qələmə verərək, insana iftira yaxıb, onu yaşadığı yerdə, cəmiyyət arasında gözdən salsınlar. Bununla da, onun özü və ailəsi ləkələnsin.
Bu növ ittihamlar gələcəkdə ailə üzvlərinin hər biri üçün böyük ziyanlara başa gələ bilər. Sabah qız ərə verdikdə, oğul evləndirdikdə və ya hər hansı bir iqtisadi layihə həyata keçirdikdə, bu yersiz ittiham onun qarşısına bir sədd kimi çəkilərək, hər bir işini əngəlləyəcəkdir.
İmam Sadiq (ə) buyurur: «Atam mənə xəbərdarlıq etdi: «Oğlum! Pis dostla münasibətdə olan şəxs sağlam qalmaz, pis yerlərə gedən şəxs ittihamdan amanda qalmaz. Dilini qorumayan şəxs peşman olar».4
Həzrət Peyğəmbər (s) buyurur: «Töhmətə daha layiq olan şəxs, töhmət olunanlarla yoldaşlıq edəndir».5
Əli (ə) buyurur: «Özünü ittihama salan şəxs, ona qarşı pis zənnə düşən şəxsi qınamasın».1
İmam Sadiq (ə) buyurur: «O yerlərdən ki, camaat sizə qarşı pis fikrə düşür, uzaq olun. Camaatın yolu üstündə öz ananızla belə dayanmayın. Çünki hamı o qadının sizin ananız olduğunu bilmir».2
Bəli, mümkündür cahil, anlamaz şəxslər camaat arasında: «Filan şəxs yad bir qadınla deyib-gülürdü»-deyə söz-söhbət yaysınlar.
Bu kimi insanların doğru-düzgün insan olmadıqları məlum olduğu halda, camaat onların sözünə etina göstərməməli və belələrinin vasitəsi ilə digərlərinin namusunu ləkələməməlidirlər.
Ailənin kişisi də, qadını da, övladları da özlərini ittihamdan qorumalıdırlar. Çünki İslam bu məsələyə xüsusi diqqət yetirmişdir.
Dostları ilə paylaş: |