Fəhlələr işi özlərinin insani, dini və vicdani vəzifəsi bilsinlər!
Ölkə zavodlarının hamısı işləsin və ölkənin fəhlələri işi özlərinin insani, dini və vicdani vəzifələri bilsinlər. Fəhlə də yalnız zavodda olan şəxs deyil, bu məmləkətdə kim faydalı bir iş görürsə, bir fəhlədir. Bir yazıçı, bir sənətkar, bir müəllim, bir yaradıcı və bir tədqiqatçı da fəhlə və işçidir.
Fəhləlik fəxrdir. Kiminsə fəhlə olması fəxrdir; o ki qala bu zavodları işlədən güclü və qüdrətli qollara. Əgər o qollar olmasa, o zavodlar işləməz və belə bir vəziyyətə düçar olan xalqın günü qara olar.67
Xalqımızın istedadı parlaqdır!
Bu sahənin məsul şəxslərinə də deyirəm ki, cari və gündəlik problemlərə qərq olmasınlar, bu problemlərin fonunda bu sahənin keyfiyyətini yüksəltmək barədə düşünsünlər. Bizim xalqımızın istedadı parlaqdır. Biz bir neçə ildir yerli istedad üzərində təkid göstəririk. Bəzi adamlar elə bilirdilər ki, xalqımıza və ölkəmizə sevgi üzündən bir söz demək istəyirik. Halbuki bizim dediyimiz statistik məlumatlara əsaslanır. Xoşbəxtlikdən, son bir neçə ildə güclü sənəd və xəbərlər yayılıb xalqın ixtiyarına verildi və nümunələrini siz də gördünüz. Olimpiada adlı bu beynəlxalq yarışmalarda görürsünüz ki, gənclərimiz işə təzə başlasalar da, əksər ölkələrdən yaxşı parlayırlar. Beynəlxalq musabiqələrdə, elmi yarışmalarda, bəzi böyük və mürəkkəb sənaye işlərində, dəqiq və xırda sənayedə və sair sahələrdə ölkəmizin nümayəndələri digərlərinə üstün gələ bildilər. Bu, sözügedən dəyərli istedaddır.68
Dostları ilə paylaş: |