İmam xalqın səmimiliyindən, vəfadarlığından, qeyrətindən, şücaətindən və sədaqətindən xəbərdar idi!
Ən çətin mərhələlərdə xalqa böyük etimadı vardı. Öz müraciətlərinin birində xalqa buyurdu: "Mən sizi yaxşı tanıyıram, siz də məni yaxşı tanıdınız". Həqiqətən belə idi. İmam bu xalqı yaxşı tanımışdı, onun səmimiliyindən, vəfadarlığından, qeyrətindən, şücaətindən və sədaqətindən xəbərdar idi. Xalq da həqiqətən imamını yaxşı tanımışdı və ona uyğun cavab verirdi.97
Xalqın Allahla mənəvi əlaqəsi və vilayət bağlılığı – ölkə qüdrətinin sirri
Bizim hamımız Allahı özümüzdən razı salmağa çalışmalıyıq. İnqilabımızın əsas cəhəti də budur. Qarşısında dünyanın bütün supergüclərinin, NATO-nun və region mürtəcelərinin düzüldüyü, əngəl törətdiyi və məhvinə çalışdığı bir quruluş bu gün Allahın lütfü ilə keçmişdəkindən daha güclü və daha köklüdür; ayaqda qalmış və düşmənlərini etirafa vadar etmişdir. İslam Respublikasının yerinə başqa hansı quruluş olsaydı, bütün bu düşmənlik və çəkişmələrlə məhv olardı.
Biz öz prinsiplərimizdən əl çəkmədik və birinci gün dediyimiz güclü haqq sözünü sonacan dedik. Allahın lütfü ilə nə qədər ki, damarlarımızda qan damlası və bədənimizdə nəfəs var, onu deyəcəyik. Bu quruluşun müqavimət və iqtidarının sirri budur ki, onun insanlarının Allahla ürəkdən və etiqadi əlaqəsi və vilayət bağlılığı var. Xalqımız sübut etdi ki, düşmən onlara tamah sala bilməz. Səbəbi Allaha iman və Onun razılığı üçün çalışmaqdır.98
Dostları ilə paylaş: |