Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Bir xalq iman və etiqad gücü ilə mübarizə aparır!



Yüklə 180,96 Kb.
səhifə74/134
tarix10.01.2022
ölçüsü180,96 Kb.
#110596
1   ...   70   71   72   73   74   75   76   77   ...   134
Bir xalq iman və etiqad gücü ilə mübarizə aparır!

Mən sadə və qısa bir cümlədə deyim ki, bir xalq iman və etiqad gücü ilə mübarizə aparır. Ümumiyyətlə, mübarizə, vuruşmaq və müqavimət göstərmək imanladır, əllə, gözlə və bədənlə yox. Əl, göz və bədən alətdir. Sağlam və güclü bir insanı, mahir bir tətikçini və bütün döyüş texnikalarını bilən, lakin vuruşmağa inamı olmayan bir şəxsi təsəvvür edin. Tüfəngi necə əlində tutmağı bilməyən, lakin əllə və dişlə olsa belə vuruşmağın lazım olduğuna inanan bir adamı da təsəvvür edin. Bu iki nəfərin hansı daha yaxşı vuruşar? Vuruşmağı bilən, lakin inamı olmayan vuruşmaz. Düzdür, bilir, lakin biliyini işlətmir. Biri də var ki, vuruşmağın yolunu bilmir, lakin vuruşmağın lazım olduğuna inanır. Odur ki, əllə və dişlə vuruşur və vuruşmağı tez bir zamanda öyrənir.

Məgər bizim Bəsic üzvlərimiz nə etdilər? Bizim Bəsic üzvlərimiz məgər çox peşəkar təlim görmüşdülər?! 20 günlük, 45 günlük, 2 aylıq, 3 aylıq təlimlər gördülər, sonra gördünüz ki, müharibədə nə etdilər. Nə üçün? Çünki müdafiə etməyin və vuruşmağın lazım olduğuna inanırdılar. Bizim xalqımız inqilab edəndən bu günə qədər İslam düşmənləri ilə vuruşmağın lazım olduğuna inanmışdır; təcavüzkarlarla, hegemonlarla, bu məmləkəti on illərlə əlində saxlayan, yeyən, talayan, məhv edən şəxslərlə mübarizənin lazım olduğuna inanmışdır. İnanmışdır ki, bütün ləzzətləri kənara qoyub mübarizəyə başlamalıdır. Bizim xalqımız bu inama malik olmuşdu. Buna görə də səhnəyə çıxdı, inqilab qələbə çaldı, müharibədə qalib oldu və bu günə qədər Allahın lütfü ilə həmişə inkişaf etmişik.

İndi düşmən informasiya dalğaları ilə, radioları ilə ölkəmizə daxil olsa, sözlərini daxil etsə, xalqın beyninə "mübarizə yaxşı deyil, İslamı müdafiə etməyin faydası yoxdur; düşmən qarşısında müqavimət əbəsdir; nə qədər zəhmət çəksəniz də, mübarizə aparsanız da, zərər etmiş olacaqsınız" fikirlərini daxil etsə, yenə də İran məmləkətində İslam düşmənləri əleyhinə mübarizə qalacaqmı? Bəllidir ki, xeyr. Dünyada ABŞ-la və İslam düşmənləri ilə mübarizə aparmayan müsəlmanlar çoxdur. Çoxlu xalqlar var ki, Quran oxuyur, namaz qılır, ibadət edirlər, lakin İslam düşməni ilə mübarizə aparmamaları heç, onlarla dostluq da edirlər. Əgər düşmən bizim xalqımızı mübarizəyə etiqadı və qələbəyə ümidi olmayan, ehtiraslı və maddi gözəlliklərə qarşı zahidliyi olmayan bir xalqa çevirə bilsə, qələbə çalmışdır. Mədəni mübarizənin vacibdən vacib bir mübarizə olması burada görünür.

Bu gün bu işi görürlər. Bu gün düşmən müxtəlif cəbhələrdə işləyir. Bir cəbhə bizim məktəblərdəki gənclərimizin cəbhəsidir. Bizim bu əziz gənclərimiz, pak qız və oğlanlarımız bu xalqın balalarıdır. Onların pak qəlbini, pak cismini və pak beynini ehtiraslı təhriklərlə, şəhvət oyadan şəkilləri yaymaqla, filmlə, videokasetlə, müxtəlif xəbisliklər və rəzilliklərlə coşdururlar, onları fəsada çəkirlər. Görün bu necə böyük cinayətdir! Bu, onların gördüyü işlərdən yalnız biridir.

Bəziləri elə bilirlər ki, biz Qərbin mədəni hücumuna hücum etdikdə məsələ yalnız bir nəfərin küçədə hicabına düzgün riayət etməməsindən ibarətdir. Xalq Allaha şükür olsun ki, hicabına riayət edir; az adamlardan başqa. Problem bu deyil. Bu, xırda bir məsələdir. Əsas məsələ evlərin daxilidir; əsas məsələ gənclərin toplaşdığı mərkəzlərdən qaynaqlanır və düşmənlər orada işləyirlər. Onlar aşkar deyil, gizlidir. Təhlükə oradadır. Bizim gənclərimiz ehtirasları, rahatlığı və ləzzəti kənara atdılar, mübarizəyə qoşuldular və düşməni diz çökdürməyi bacardılar. İndi düşmən bizim gənclərimizdən onun intiqamını alır. İntiqamı nədir? Düşmənin intiqamı onları ləzzət və ehtiraslara qurşatmaqdır. Pul xərcləyib pozğun şəkillər çap edir və gənclər arasında pulsuz yayırlar. Videofilm hazırlayırlar, ehtirası təhrik edən filmləri pulsuz şəkildə ona-buna verirlər. Bir qrup adam bu yolla pul da qazanır, lakin sərmayə qoyanlar pul üçün sərmayə qoymurlar; onları başqa ölkələrdə azad şəkildə yayıb pul qazana bilərlər. Onlar burada gənc nəsli məhv etmək istəyirlər.

Bu bir hücumçunun hücumudur. İndi Allahla öz aramızda düzgün danışaq; əgər bu ölkənin məhkəməsi belə bir fəsadı yayan şəxsi tutduqda onun üçün hansı cəza daha münasibdir? Bu məmləkətin minlərlə gəncini, bizim tərtəmiz gənclərimizi, məsum balalarımızı fəsad və ehtiras vadisinə çəkən şəxsin cəzası nədir? Mənim fikrimcə, bunlar ən ağır şəkildə cəzalandırılmalıdır.101


Yüklə 180,96 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin