Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Hər halda, ABŞ böyük iqtisadi və hərbi imkanlara malikdir. Sizcə bu imkanlardan heç cür yararlanmaq olmaz? Cavab



Yüklə 407 Kb.
səhifə17/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
Sual: Hər halda, ABŞ böyük iqtisadi və hərbi imkanlara malikdir. Sizcə bu imkanlardan heç cür yararlanmaq olmaz?

Cavab: Amerikanın iqtidarından və gücündən qorxmaq çox yanlışdır. Amerikaya bağlı olan, onunla əlaqələr quran, başçıları Amerikanın dostları olan və Amerikaya qarşı ən kiçik hörmətsizliyə belə icazə verilməyən çoxlu ölkələr var. Amerika həmin ölkələr üçün nə etdi?! Onların hansı problemini həll etdi?! Onların həyatındakı hansı kor düyünü açdı?! Hansı sərvəti başlarından tökdü?! Onlara hansı xeyri toxundu?! Nə üçün Amerika iqtidarından qorxuya düşürsünüz?

Əksinə, bu xain oğru qapısını açıq qoyan ölkələrə daxil oldu və nə vardısa, apardı. Əgər bir şey verdisə, bazarlarına gedib mal almalarından və nəticədə zavodlarının işləməsindən ötrü idi. O da hər malının qiymətini iki qat artırırdı. Əgər kredit verdisə, ona görə verdi ki, həmin kreditlə gedib özlərinin, yaxud müttəfiqlərinin məhsullarını alsınlar. Əgər silah verdisə, ona görə verdi ki, bu silahdan öz düşmənlərinin yox, onun düşmənlərinin əleyhinə istifadə etsinlər. Nümunəsi bizim köhnə rejimimizdir.

Belə deyil ki, Amerika hansısa ölkə ilə pis münasibətdə olsa, o ölkə dünyada nəfəs çəkə biməsin və hansı ölkə ilə yaxşı münasibətdə olsa, daha arxayın olsun. Amerikalıların özləri belə təbliğ və təlqin edirlər ki, hansı ölkənin onlarla münasibəti pis olsa, bütün yolları bağlanacaq. Xeyr! Belə deyil. İllərdir bizim xalqımızın dilindən "Amerikaya ölüm!" şüarı düşmür, yollar da üzümüzə bağlanmamışdır. İradə ilə çalışdıqda yolumuzu aça bilirik. Məgər dünya Amerikanındır?! Dünyanın sahibi olduqlarını iddia edən bu quldur, təkəbbürlü və fəsadlı hegemonlar kimdirlər?! Qələt edirlər. Bunlar kiminləsə dost olsalar, onun başına xeyir-bərəkət yağmayacaq. Bunlar dost olduqları xalqlara bədbəxtlik və fəlakət gətirirlər.3


Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin