Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı


B. Layihə İdarəetmə Tədbirləri



Yüklə 256 Kb.
səhifə25/29
tarix05.01.2022
ölçüsü256 Kb.
#111295
1   ...   21   22   23   24   25   26   27   28   29
B. Layihə İdarəetmə Tədbirləri. Layihə, BMTİP-nin Nəticələrə Əsaslanan İdarəetmə üzrə qaydalarına uyğun olan idarəetmə strukturuna malik olacaqdır (aşağıda baxın: Şəkil: Layihə İdarəetmə Tədbirləri).
I. Layihənin idarə heyəti. Layihə İdarə Heyətinə layihənin qərarvermə orqanıdır və Layihə Menecerinə istiqamət verir və layihəyə dəyişiklikləri təsdiqləyir. Bu orqan layihə üzrə risklərin siyahısı, məsələlərin siyahısı, əldə olunan biliklərin siyahısı və layihə monitorinqi planını nəzərdən keçirir və onlara düzəlişlər edir. Layihə İdarə Heyəti üç funksiyanı özündə birləşdirir:


  • İcraçı (İcraçı Tərəfdaş) Layihə İdarə Heyətinin iclaslarını təşkil edir. Bu vəzifəni AQUPDK-nin nümayəndəsi olacaq Milli Layihə Direktoru icra edəcəkdir;

  • Baş Təchizatçı: Bu vəzifəni BMTİP-nin Rezident Nümayəndəsinin müavini, yaxud BMTİP-nin təyin etdiyi İnkişaf üzrə Məsləhətçisi icra edəcəkdir;

  • Əsas Benefisiar: Bu vəzifəni AQUPDK-nin nümayəndəsi (nümayəndələri) icra edəcəkdir.


II. Layihənin idarə edilməsi. Layihə Meneceri işə götürüləcək və layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərə gündəlik nəzarət edəcək, eləcə də maliyyə və inzibati məsələlərə dair hesabat vermə öhdəliklərini daşıyacaqdır. Layihə Meneceri layihənin icrası, gündəlik işlərin idarə edilməsinə görə cavabdehlik daşıyacaq və Layihə İdarə Heyətinin qoyduğu məhdudiyyətlər çərçivəsində, onun adından, layihəni idarə etmək səlahiyyətinə malik olacaq. Layihə Menecerinin başlıca vəzifəsi, bu Layihə sənədində müəyyən olunan zəruri tədbirləri tələb olunan keyfiyyət standartına uyğun və müəyyən olunmuş vaxt və məsrəflər çərçivəsində görməklə, planlaşdırılmış nəticələrə nail olmağı təmin etməkdir.
III. Layihəyə Zəmanət. Layihəyə və fəaliyyətlərə müstəqil nəzarət etmək, müvafiq işlərin həyata keçirilməsinə əmin olmaq üçün BMTİP İnkişaf üzrə Məsləhətçi təyin edəcəkdir. BMTİP İnkişaf üzrə Məsləhətçisi Risk, Problemlər və Öyrənilən Dərslər üzrə siyahıları yoxlamaq, Monitorinq Planına uyğunluğu təmin etmək kimi vəzifələri daşıyır.
IV. Layihəyə dəstək. Tədarük, podrat xidmətləri, səfərlər və ödənişlər daxil olmaqla, BMTİP layihəyə maliyyə və inzibati məsələlərdə dəstək verəcəkdir.
Şəkil A. Layihə İdarəetmə Tədbirləri.



Yüklə 256 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin