İllik İcmal Hesabat. İllik İcmal Hesabat Layihə Meneceri tərəfindən hazırlanmalı və Layihə İdarə Heyəti və Nəticələr üzrə Şuraya da təqdim edilməlidir. Minimum tələb kimi, bu hesabatda bir illik dövrü əhatə edən layihə fəaliyyıtlərinin, məsələ və risklərin təsviri verilir. Həmçinin hesabatda nəticələr və çərçivələr bölməsində verilimiş hədəflərin əldə olunmasına dair məlumat əks olunmalıdır.
Layihənin İllik İcmalı. Yuxarıda qeyd olunan hesabat əsasında, layihənin fəaliyyətini dəyərləndirmək və növbəti il üçün İllik Fəaliyyət Planını (İFP) hazırlamaq məqsədilə, ilin dördüncü rübündə və ya ondan dərhal sonra layihənin icmalı aparılmalıdır. Sonuncu ildə bu icmal yekun dəyərləndirmə olacaqdır. Bu icmal Layihə İdarə Heyəti tərəfindən aparılır və tələb olunduğu halda burada digər maraqlı tərəflər də iştirak edə bilər. Bu icmalda, diqqət, nailiyyətlərə (məhsullara) doğru irəliləyişin hansı həcmdə olduğunu və onların müvafiq nəticələrə uyğunluğunun saxlanılıb-saxlanılmamasını müəyyən etməyə yönələcəkdir.