Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 100,06 Kb.
səhifə12/16
tarix10.01.2022
ölçüsü100,06 Kb.
#108042
1   ...   8   9   10   11   12   13   14   15   16

Hüquqi kontekst





  1. 2011-ci il 6 yanvar tarixində Azərbaycan Hökuməti və BMTİP arasında imzalanmış SİYS-də (Standart İlkin Yardım Sazişi) qeyd edilən və ÖPFP (Ölkə Proqramı Üzrə Fəaliyyət Planı) dair bütün müddəalar bu Layihəyə şamil olunur.




  1. Standart İlkin Yardım Sazişinin III Maddəsinə uyğun olaraq layihənin icraçı orqanı, onun işçilərinin və əmlakının, həmçinin himayəsində olan BMTİP-in əmlakının təhlükəsizliyi və mühafizəsinə görə cavabdehlik daşıyır.




  1. Layihənin icraçı orqan aşağıdakıları öz üzərinə götürür:

  1. müvafiq təhlükəsizlik planının tərtib edilməsi və layihənin həyata keçirildiyi ölkədə təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alaraq həmin təhlükəsizlik planının tətbiq edilməsi;

  2. təhlükəsizliyə dair bütün risk və məsuliyyəti və təhlükəsizlik planının tam yerinə yetirilməsinin təmin edilməsi.




  1. BMTİP Layihənin yerinə yetirilib-yetirilməməsini yoxlamaq və lazım olduğu təqdiridə plana düzəlişlərin edilməsi barədə təkliflər vermək hüququna malikdir. Tələb olunan təhlükəsizlik planının tətbiq edilməsinə və həyata keçirilməsinə nail olunmaması bu SİYS-nin pozulması hesab olunmalıdır.

Layihənin icraçı orqanı Layihə çərçivəsində ayrılmış BMTİP-nin maliyyə vəsaitinin terrorizmlə əlaqəsi olan fərd və qurumlara dəstək vermək üçün xərclənməyəcəyini, BMTİP tərəfindən bu razılaşmaya əsasən verilən məbləğlərin heç bir alıcısının 1267 saylı (1999-cu il) qətnaməyə uyğun olaraq təsis edilmiş Təhlükəsizlik Şurası Komissiyasının malik olduğu siyahıda olmayacağını təmin etmək məqsədilə bütün mümkün səyləri göstərməyə razılıq verir. Siyahı aşağıdakı linkdən əldə edilə bilər http://www.un.org/Docs/sc/committees/1267/1267ListEng.htm. Bu şərt hazırkı Layihə sənədi çərçivəsində zəruri ayrılmaz hissə hesab ediləcək bütün podrat müqavilələrinə və ya razılaşmalara əlavə edilməlidir.





Yüklə 100,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin