Birinci mələk kərənayını çaldı. Bu zaman qan qarışıq dolu və alov əmələ gəlib yer üzünə yağdı. Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl bitkilər yandı.
Sonra ikinci mələk kərənayını çaldı. Birdən nəhəng dağa oxşar bir şey alov içində dənizə atıldı. Dənizin üçdə biri qana döndü, dənizdə yaşayan canlıların üçdə biri öldü, gəmilərin üçdə biri parçalandı
Sonra üçüncü mələk kərənayını çaldı. Göydən çıraqtək yanan böyük bir ulduz çayların və bulaqların üçdə birinə düşdü. O ulduzun adı Yovşandır. Suların üçdə biri yovşan kimi acılaşdı və buna görə xeyli adam öldü.