Bismillahir Rəhmanir Rəhim


Diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar



Yüklə 2,2 Mb.
səhifə3/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   2   3   4   5   6   7   8   9   ...   120
Diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar.
Eyni fikir Luka “İncil”inin 20-ci fəslinin 35-36 - cı bəndlərində də təkrarlanır:
Lakin gələcək dövrdə yaşamağa və ölülərdən dirilməyə layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər. Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar.
Xristianların müqəddəs hesab etdikləri “Əhdi-Cədiddə” mələklər haqqında aşağıdakıların söyləndiyi məlumdur. Məsələn, “Yəhudilərə” adı ilə məşhur olan məktubun 1-ci fəslinin 14-cü ayəsində belə deyilir:
Məgər onların (mələklərin) hamısı müqəddəs xidməti icra edən, xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən ruhani varlıqlar deyillər?
“Yəhuda”nın 1-ci fəslinin 6-cı bəndində isə Allaha asi olan qovulmuş mələklərdən söz açılır:
Həmçinin əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən mələkləri böyük günün məhkəməsi üçün qatı zülmət içində əbədi buxovlarda saxlayır.
Musəvi (yəhudi) dininin yeddi mələyindən üçünün (Mikayıl, Cəbrayıl və Rafayıl) adına “Əhdi-Ətiq” də (Tanahda), digər dörd mələyin adına (Oriel, Requel, Sariel və Jerahmiel) adına isə qeyri-kanonik ədəbiyyatda (məsələn, Hanok kitabında) rast gəlinir. Rəbbin taxtının önündə dörd mələyin dayanıb dörd əsas nöqtəni qoruduğuna inanılır. Bunlar Mikayıl, Cəbrayıl, Oriel və Rafayıldır.

Kabbalaya görə isə, mələklərin sayı 100 minlə 49 million arasında dəyişir.



Həm musəvilikdə, həm isavilikdə (xristianlıqda), həm də İslamda hakim olan təsəvvürlərə görə, mələklər Allah tərəfindən Ona xidmət etmələri üçün yaradılmış ruhani (ruhi, ruhsal) və nurani varlıqlardırlar.

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin