BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə22/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

AYƏ 67:


﴿ لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّ وَسَوْفَ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:


«(Allahın verdiyi) hər bir xəbərin (cəza ya mükafatlandırma vədinin zaman məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır tezliklə biləcəksiniz

TƏFSİR:


Bu ayədə qısa, lakin dolğun mənalı cümlə ilə onlara xəbərdarlıq verilir ki, Allahın və Onun Peyğəmbərinin (s) sizə verdiyi hər bir xəbərin bu dünyada müəyyən edilmiş vaxtı vardır və vədəsi verilən gündə yerinə yetiriləcəkdir. Siz də tezliklə bundan xəbərdar olacaqsınız.

AYƏ 68:


﴿وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنسِيَنَّكَ الشَّيْطَانُ فَلاَ تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:


«Bizim ayə nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma

TƏFSİR:


İmam Baqirdən (ə) nəql olunur ki, bu ayə nazil olduqda və müsəlmanların kafirlərlə və ilahi ayələri istehzaya tutanlarla bir yerdə oturması qadağan olunduqda müsəlmanlardan bir dəstəsi dedi: «Əgər hər yerdə bu göstərişə əməl etməli olsaq, onda heç vaxt Məscidül-Hərama getməməli, Allah evini təvaf etməməliyik. Çünki onlar məscidin hər bir tərəfində yayılaraq ilahi ayələr barədə batil sözlər danışırlar. Biz Məscidül-Həramın hər hansı yerində azacıq da dayansaq onların sözlərini eşidəcəyik.» Bu zaman 69-cu ayə nazil olub müsəlmanlara göstəriş verdi ki, bu kimi hallarda onlara mümkün qədər nəsihət edin və onları düz yola çağırın.

Ümumiyyətlə, bu surədə əsas etibarı ilə müşriklərin və bütpərəstlərin ruhi vəziyyətləri bəyan edildiyindən bu ayədə və sonrakı ayədə onlarla əlaqədar məsələlərə toxunulur. Əvvəlcə Peyğəmbərə (s) göstəriş verilir ki, inadkar və məntiqsiz müxaliflərin Allahın ayələrini istehza etdiyini müşahidə etdikdə onlardan üz çevirsin ki, mövzunu dəyişərək başqa işlə məşğul olsunlar.

Sonra əlavə edilir: «Bu məsələ o qədər əhəmiyyət daşıyır ki, əgər şeytan bu işi sənə unutdursa və nəticədə səhvən bu kimi şəxslərlə bir yerdə otursan, xatırlayan kimi dərhal onların məclisindən qalx və bu zalımlarla bir yerdə oturma.»

Burada belə bir sual yaranır: Məgər şeytanın Peyğəmbərə hakim kəsilib bəzi şeyləri ona unutdurması mümkündürmü?

Cavabda demək lazımdır ki, bu ayədə sözün Peyğəmbərə (s) xitab olunmasına baxmayaraq, onun ardıcılları nəzərdə tutulur. Yəni əgər onlar unutqanlığa düçar olsalar, xatırlayan kimi dərhal o yerdən qalxaraq çölə çıxmalıdırlar. Bunun oxşarı olan bəhs bizim müxtəlif xalqların ədəbiyyatında mövcud olan söhbətlərə oxşayır ki, insan sözü bir şəxsə deyir, amma məqsədi onu başqalarına eşitdirməkdir.

AYƏ 69:


﴿ وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـكِن ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ ﴾

TƏRCÜMƏ:


«Onların (əməl cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq nəsihətdir (ki), bəlkə çəkindilər

TƏFSİR:


İlahi ayələri məsxərəyə qoyanlarla bir yerdə oturmağı qadağan edən ayə nazil olduqda bəziləri dedilər ki, biz Məscidül-Hərama getməməli, oranı təvaf etməməliyik. Çünki onlar həmin yerlərdə də istehza edirlər.

Günah əhlinin məclisində onlara nəhy əz münkər edib camaatı düz yola istiqamətləndirmək məqsədilə iştirak etməyin eybi yoxdur. Əlbəttə, bu iş təqvalı və nüfuz sahibi olan möminlər üçün caizdir. Əks halda, çoxları qərq olanı xilas etməyə gedir, lakin özləri də qərq olurlar.

Əlbəttə, hansı məsələnin daha mühüm olmasını nəzərə almaq əqli və İslami prinsiplərdəndir. Yolunu azanların cavabını vermək, yaxud onları xilas etmək məqsədilə müvəqqəti olaraq onların sözlərinə qulaq asmaq caizdir.

Təqva günah qarşısında insana zəmanət verən bir vasitədir. Bu eynilə yanğın qarşısında müqavimətli olan bir paltara bənzəyir. İnsan özü təqvalı olmaqdan əlavə, başqalarını da təqvalı etmək fikrində olmalıdır.

Peyğəmbərdən (s) və məsum imamlardan (ə) nəql olunan çoxlu rəvayətlərdə qarşısını almağa qadir olmadığı halda insanın günah əhli ilə bir yerdə oturması, günah edilən yığıncaqlarda iştirak etməsi, hətta şəxsin qohumlarından olsa da, qadağan edilmişdir. Həzrət Əli (ə) öz oğluna vəsiyyət edərək buyurur: «Allah qulağa vacib etmişdir ki, günah qeybət eşitməyə razı olmasın.»23

Həmçinin buyurur: «Pis əməl sahibləri ilə oturub-durmaq yaxşı insanlar barəsində sui-zənn (bədgüman) edilməsinə səbəb olur.»



Bəlkə də insanı düzgün əqidədən yayındıran azğın kitablar da bu ayəyə istinadən qadağan olunmuşdur.

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin