BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə33/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

AYƏ 103:


﴿ لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ ﴾

TƏRCÜMƏ:


«Gözlər onların görmə qabiliyyəti Onu dərk etməz O, gözləri görmələri dərk edər. O, lətif xəbərdardır

TƏFSİR:


Bu ayədə Allahın hər bir şeyin mütləq hakimi və qoruyucusu olması, həmçinin bütün varlıqlar vasitəsilə hakimiyyətinin isbat olunması üçün buyurulur: Gözlər Onu görə bilməz, amma O bütün gözləri görür, müxtəlif nemətlər əta edir. Bütün incə məsələlərdən agahdır və hər şeydən məlumatı var. Bəndələrinin mənafeyini bilir. Onların ehtiyaclarından agahdır və onlarla Öz mərhəməti əsasında rəftar edir.

Həqiqətdə hər şeyin keşikçisi, mürəbbisi və sığınacaq yeri olmaq istəyən şəxs bu sifətlərə malik olmalıdır.


GÖZLƏR ALLAHI GÖRƏ BİLMƏZ


Əqli dəlillərlə isbat olunur ki, mütəal Allah zahiri gözlərlə heç vaxt görünə bilməz. Çünki göz yalnız cisimləri və ya onların bəzi keyfiyyətlərini görə bilər. Cism olmayan, cismi keyfiyyətlərə malik olmayan bir şey də gözlə müşahidə oluna bilməz.

Başqa sözlə desək, əgər bir şey gözlə görünsə, hökmən məkan, cəhət və maddəyə malik olmalıdır. Halbuki Allah bunların hamısının fövqündə dayanır. Maddi aləmdə hər şeyin məhdud, Allah isə qeyri-maddi bir varlıq olduğuna görə O, maddi aləmin fövqündədir.

İmam Rzadan (ə) nəql olunur ki, «əbsar» dedikdə məqsəd başda yerləşən gözlər deyil, qəlbin gözləridir. Yəni Allah xəyal, güman və fəhmdən də yüksəkdədir, heç kəsin fəhm qüvvəsinə sığmaz. Heç kəs Onun varlığının necəliyini dərk edə bilməz.35

AYƏ 104:


﴿ قَدْ جَاءكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran qorxudanam)

TƏFSİR:


«Bəsair» kəlməsi «bəsirət» sözünün cəm forması olub elə dəlalətə və yol göstərmələrə deyilir ki, onların vasitəsi ilə bir şeyin həqiqəti aşkar olsun. «Bəsirət» qəlbin abadlığı, «bəsər» də gözün aydınlığıdır. Deməli, ayənin mənası belə olur: Hansı şeyin Allaha rəva olduğu, hansı şeyin isə rəva olmadığı məlum olsun deyə, vəhy yolu ilə qəlbləriniz üçün işıqlıq və gözünüz üçün qüvvə hesab olunan agahlıqlar gəlmişdir. Belə isə, hər kəs haqqı görsə və ona iman gətirsə, öz xeyrinə iş görmüş olur. Hər kəs də ondan üz çevirsə öz zərərinə tamam olur.

Bu ayədən məlum olur ki, insanlar öz işlərində məcbur deyillər. Əksinə, tam ixtiyar sahibidirlər. Sonra Peyğəmbərə (s) göstəriş verilir ki, onlara belə desin: Mən sizin keşikçiniz deyiləm ki, əməllərinizi qoruyub saxlayam, sonra sizə əcr və savab verəm. Mən yalnız ilahi əzabla qorxudanam, sizin keşikçiniz və qoruqçunuz Allahdır.




AYƏ 105:


﴿ وَكَذَلِكَ نُصَرِّفُ الآيَاتِ وَلِيَقُولُواْ دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:


«Biz ayə nişanələri (uca ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: “Sən (kitab əhlinin yanında) dərs oxumusan.” (həm ) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq

TƏFSİR:


Bu ayədə istər haqq, istərsə də batil yolun seçilməsinə dair yekun qərarın insanın öz öhdəsinə olmasına təkid etmək üçün buyurulur: Biz ayə və dəlilləri müxtəlif şəkillərdə bəyan edirik. Lakin bəziləri müxalifətə qalxır və heç bir dəlil tapmadan, araşdırma aparmadan deyirlər: Bu dərsləri başqalarından (yəhudilərdən, məsihilərdən və onların dini kitablarından) öyrənmisən. Lakin Bizim məqsədimiz budur ki, onu elm və agahlığı olan şəxslər üçün bəyan edək.

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin