وَ اعْتَصِمُواْ بحَِبْلِ اللَّهِ جَمِيعًا وَ لَا تَفَرَّقُوا
“Hamınız Allahın ipindən (möhkəm) yapışın və ayrılmayın.” 2
4) Camaatın mütəşəkkilliyi:
Camaat və bayram namazlarının faydalarından biri də cəmiyyətin mütəşəkkilliyidir. Xalqın birliyində ağılasığmaz faydalar və təsirlər mövcuddur. Məsələn, möhkəm bir ip təsəvvür etsək, onu qırmaq üçün müəyyən bir qüvvəyə ehtiyac var. Əgər iki ipi bir-birinə toxuyub qırmaq istəsək, dörd bərabər qüvvə lazım olar. Təcrübəyə əsasən, dörd qat artıq qüvvə o ipə təsir edə bilər. Əgər həmin ipi on qat toxuyub qırmaq istəsək, bu halda yüz bərabər qüvvənin olması zəruridir.
Bu müqayisəyə əsasən camaat namazında nə qədər çox adam olarsa, din alimlərinin bu kəlamı (Dinin güçü camaatın birliyindədir) öz yerini tutub onların müqavimət qüvvəsini gücləndirəcəkdir. İş o yerə çatacaqdır ki, heç bir qüvvə onlara qalib gələ bilməyəcək. Bəli, yalnız birliyin sayəsində bütün işləri görmək mümkündür.
İslamın əvvəllərində düzgün icma və əqidə birliyi vasitəsilə güclü qüvvə təşkil olundu və müsəlmanlar yarım əsr ərzində Fransa və İtaliya sərhədlərindən tutmuş indiki İspaniya (Əndəlis), Ərəbistan, Afrikanın bəzi hissələrinə, Misirə, Həbəşə, hətta Asiyada Çin divarına kimi yayılaraq İslam hökümlərini hakim etdilər. Belə ki, dünya mütəfəkkirləri bu heyrətedici mənzərəni seyr etdikdə müsəlmanların tərəqqisinin fəlsəfəsini müxtəlif cür təfsir və şərh etməyə başladılar. Bu alimlərdən biri belə bir sualla –“Müsəlmanların irəliləyişinin sirri və fəlsəfəsi nədən ibarətdir?” – bütün insanlara müraciət edərək xahiş edir ki, cavab yazıb filan ünvana göndərsinlər. Yüzlərlə cavab gəldikdən sonra onları araşdırıb belə bir nəticəyə gəlir: “Bunun fəlsəfəsi və sirri müsəlmanların güclü imanı və onların möhkəm birliyidir.”
5) Dərdləşmə məkanı:
Camaat namazının digər fəlsəfələrindən biri də insanların bir-birindən xəbər tutması, həmçinin müşküllərin həll edilib ehtiyacı olanlara yardım edilməsidir. Belə ki, hər gün kəndlərdə və şəhərlərdə bir neçə dəfə camaat namazı təşkil olunmaqla həmin məntəqənin əhalisi bir-birilə görüşüb vəziyyətlərindən xəbərdar olur, ehtiyacı olanlara kömək əli uzadırlar. Əgər camaat namazında kimsə olmasa, möminlər onu bir-birlərindən soruşurlar. Xəstədirsə, yoxlamağa gedirlər. Nəhayətdə isə hər nə müşkülü varsa, əl-ələ verərək onu aradan qaldırmağa çalışırlar.
Bu dairə nə qədər geniş olarsa, ictimai faydalar da bir o qədər çoxalar. Buna görə də böyük məscidlərdə camaat, cümə və bayram namazları təşkil edilir, müxtəlif xütbələr və moizələr oxunur. İctimai-siyasi, dini və s. məsələlər açıqlanır, müsəlmanların dünyagörüşü və məlumatı artır. Nəticədə bir sıra müşküllər həll olunur, mənfəət əldə edilməsi ilə yanaşı ədalətə və kamilliyə doğru addım atılmış olur. Bu növ toplum cəhldən uzaqlaşma, aydın düşüncə, dost-düşməni tanıma, islahatlar, vəhdət və s. camaat namazının faydalarından sayılır.
İslamın üstünlüklərindən sayılan bu faydalar heç bir dində və məzhəbdə yoxdur.
6) Qardaşlıq və bərabərlik hissi yaradılması:
Camaat namazının sirlərindən və faydalarından biri də müxtəlif insanların arasında mövcud olan qardaşlıq və bərabərlik hissidir. Bu İslam dininin mühüm prinsiplərindəndir. Quran buyurur:
Dostları ilə paylaş: |