##book id= 114//book name= Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları


##num= 5// level= 1// sumtest=30 // name= AİLƏ HÜQUQUNUN ƏSASLARİ //



Yüklə 0,69 Mb.
səhifə7/10
tarix17.11.2018
ölçüsü0,69 Mb.
#83481
1   2   3   4   5   6   7   8   9   10

##num= 5// level= 1// sumtest=30 // name= AİLƏ HÜQUQUNUN ƏSASLARİ //


1. Nikah yaşı ilə bağlı tələblər pozulmuşsa nakahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər kimlərdir?

1 - Yetkinlik yaşına çatmayan ər - arvad

2 - Yetkinlik yaşına çatmayan ər - arvadın valideynləri

3 - Prokurorluq orqanı

4 - Yetkinlik yaşına çatmayan ər–arvadın valideynlərini əvəz edən şəxslər

5 - Həddi buluğa çatmayanlarla bağlı daimi komissiya

6 - Yetkinlik yaşına çatmayan ər - arvadın qohum əqrabası

7 - Ər - arvadın təhsil aldığı məktəbin rəhbərləri

A) 1, 2, 4

B) 1, 3, 5

C) 2, 3, 6

D) 3, 4, 5

E) 3, 6, 7

2. Nikahın etibarsız sayılması barədə müvafiq icra hakimiyyətinin qəyyumluq və himayə orqanı hansı halda məhkəmədə iştirak etməyə cəlb olunurlar?

1 - Ər - arvad nikah yaşına çatmadıqda

2 - Ər - arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə

3 - Ər - arvad biri digərinin hüququnu pozduqda

4 - Ər - arvad spirtli içkilərə qurşandıqda

5 - Ər - arvad münaqişə etdikdə

6 - Ər - arvad biri digərinə xəsarət yetirdikdə

A) 1, 2

B) 3, 4

C) 4, 5

D) 5, 6

E) 4, 6

3. Ər - arvadın ayrıca mülkiyyəti sayılır:

1 - Nikaha daxil olanadək ər - arvada məxsus olan əmlak

2 - Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə olunan əmlak

3 - Tərəflərin əqdlər üzrə əldə etdikləri əmlak

4 - Birgə nikah dövründə əldə olunan əmlak

5 - Ər - arvadın birgə əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər

6 - Ər - avadın aldıqları pensiya və müavinətlər

7 - Əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ

A) 1, 2, 3

B) 4, 5, 6

C) 5, 6, 7

D) 4, 6, 7

E) 1, 4, 5

4. Ər arvadın birgə mülkiyyətinə daxildir:

1 - Nikaha daxil olanadək ər - arvadın əldə etdikləri əmlak

2 - Nikah dövründə hədiyyə şəklində əldə olunan əmlak

3 - Ər - arvadın birgə əmək, sahibkarlıq və ya intellekt fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər

4 - Ər - arvadın aldıqları pensiyalar və müavinətlər

5 - Ər - arvada məxsus olan paltar, ayaqqabı və s.

6 - Vərəsəlik qaydasında əldə olunan əmlak

A) 3, 4

B) 2, 5

C) 4, 6

D) 1, 5

E) 5, 6

5. Valideynlik hüquqlarından məhrum edilə bilər:

1 - Alimenti qəsdən ödəmədikdə

2 - Uşaqların təhsili ilə maraqlanmadıqda

3 - Valideynlik hüquqlarından sui - istifadə etdikdə

4 - Uşaqlara qayğı göstərmədikdə

5 - Ailənin sağlamlığına və həyatına qarşı qəsdən cinayət törətdikdə

6 - Uşaqlardan kənar yerdə yaşadıqda

A) 3, 4, 5

B) 4, 5, 6

C) 1, 3, 5

D) 1, 4, 6

E) 2, 4, 6

6. Qəyyum və himayəçi təyin edilərkən nəzərə alınır:

1 - Qəyyum və himayəçinin əxlaqı

2 - Qəyyum və himayəçinin təhsili

3 - Qəyyum və himayəçinin uşaqla ünsiyyət yaratmaq qabiliyyəti

4 - Qəyyum və himayəçinin dünya görüşü

5 - Qəyyum və himayəçinin nüfuzu

6 - Qəyyum və himayəçinin uşaqlarla münasibət yaratmaq qabiliyyəti

A) 1, 3, 6

B) 2, 4, 5

C) 4, 5, 6

D) 1, 2. 5

E) 3, . 4, 5

7. Qəyyum və himayəçi ola bilmirlər:

1 - Alkoqoliklər

2 - Təhsili olmayan şəxslər

3 - Narkomanlar

4 - Cinayət törətmiş şəxslər

5 - İnzibati xəta törətmiş şəxslər

6 - Valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər

7 - Yaşlı, qoca insanlar

8 - Fəaliyyət qabiliyyəti olmayan şəxslər

A) 1, 3, 8

B) 2, 4, 7

C) 5, 6, 7

D) 1, 4, 7

E) 3, 6, 7

8. Nigah pozulduqdan sonra:

1 - Nigahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdirlər

2 - Ümumi soyadlarını saxlamaq hüququna malikdirlər

3 - Ər arvad ümumi soyadlarını saxlamaq və ya nigahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdirlər.

4 - Ümumi soyadı dəyişdirilə bilməz

5 - Soyadı olduğu kimi saxlanılır, qanun hər hansı dəyişikliyə yol vermir.

A) 3

B) 4

C) 5

D) 1

E) 2

9. Ailə hüququnun predmetini nə təşkil edir?

1 - Ailə hüququnun predmetini ər - arvadın həm hüquqları, həm də vəzifələri təşkil edir.

2 - Ailə hüququnun predmetini qohumluq münasibətləri təşkil edir

3 - Ailə hüququnun predmetini ər - arvadın hüquqları təşkil edir

4 - Ailə hüququnun predmetini ər - arvadın arasında şəxsi münasibətlər təşkil edir

5 - Ailə münasibətlərindən yaranan şəxsi və əmlak münasibətləri

A) 4

B) 3

C) 5

D) 1

E) 2

10. Aşağıdakı prinsiplərdən hansı ailə hüququnun prinsipi deyil?

A) Qanunçuluq

B) Uşaqların ailə tərbiyəsinin üstünlüyü

C) Uşaqların rifahına və inkişafına qayğı

D) Ərlə arvadın hüquq bərabərliyi

E) Qanunla kişinin nigahının könüllülüyü

11. Aşağıdakı vəzifələrdən hansı ailə hüququnun vəzifəsi deyil?

1 - Ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması

2 - Qadınla kişinin ailə münasibətlərində könüllü nigah ittifaqı

3 - Ailədə uşaqların ictimai tərbiyə ilə üzvü əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi

4 - İnsan və vətəndaş hüquq və azadlıqlarını qorumaq

5 - Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması.

A) 4

B) 2

C) 5

D) 1

E) 3

12. Nigah nədir?

1 - Nigah ailə məcəlləsi ilə müəyyən edilmiş şərtlərə və qaydaya riayət etməklə kişi ilə qadın arasında bağlanmış ömürlük ittifaq deməkdir

2 - Nigah qanunla müəyyən edilmiş şərtlərə və qaydaya riayət etməklə kişi ilə qadın arasında bağlanmış, onlar üçün qarşılıqlı şəxsi və əmlak hüquq və vəzifələr yaradan, ailənin təşkilinə yönəldilmiş, prinsip etibarı ilə ömürlük azad, könüllü bərabərhüquqlu ittifaq deməkdir

3 - Qadınla kişinin könüllülük prinsipi əsasında bağlanan ailənin təşkilinə yönəldilən birgə ittifaq deməkdir

4 - Nigah qadınla kişi arasında bağlanan tərəflər üçün hüquqlar yaradan, sevgiyə əsaslanan bir ittifaq deməkdir

5 - Qanuna riayət edilməklə qadınla kişi arasında bağlanan tərəflər üçün vəzifələr yaradan əbədi dostluğa əsaslanan bir ittifaq deməkdir.

A) 3

B) 2

C) 1

D) 4

E) 5

13. Azərbaycan Respublikasında nigah yaşı hansıdır?

A) 18 yaş

B) 17 yaş

C) 16 yaş

D) 19 yaş

E) 20 yaş.

14. Nigah ərizə verilən gün bağlana bilərmi?

1 - Nigaha girmək istəyən şəxslərin hər ikisinin bu barədə yazılı müraciəti olduqda bağlana bilər.

2 - Bütün hallarda nigah qanunvericilikdə müəyyən edilmiş müddətdə bağlanmalıdır.

3 - Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və s. hallarda) nigah ərizə verilən gün bağlana bilər.

4 - Qanunvericilik heç bir halda buna yol vermir.

5 - Belə hal qanunda nəzərdə tutulmayıb.

A) 4

B) 1

C) 2

D) 5

E) 3

15. Ərlə arvaddan birinin nigahın pozulmasını tələb etmək hüququna məhdudiyyət qoyula bilərmi?

1 - Arvadın hamiləliyi dövründə qanun buna yol vermir.

2 - Uşaq doğulduqdan sonra 2 il müddətə qanun buna yol vermir

3 - Uşaq doğulduqdan sonra 3 il müddətə qanun buna yol vermir

4 - Uşaq doğulduqdan sonra 4 il müddətə qanun buna yol vermir

5 - Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nigaha xitam verilməsi barədə iddia qaldıra bilməz

A) 5

B) 2

C) 4

D) 3

E) 1

16. Uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək olarmı?

1 - Valideynlər razılığını bildirərsə olar

2 - Qadağandır

3 - Himayəçilik orqanının razılığına əsasən olar

4 - Qəyyumun razılığı ilə olar

5 - Belə bir hal Konstitusiyada nəzərdə tutulmayıb.

A) 4

B) 5

C) 1

D) 2

E) 3

17. Nigah hansı qaydada etibarsız sayılır?

A) Nigah məhkəmə qaydasında etibarsız sayılır

B) Nigah heç bir halda etibarsız sayıla bilməz

C) Nigahı icra hakimiyyəti orqanı etibarsız sayır

D) Nigahı dövlət orqanı etibarsız sayır

E) Nigahı prokurorluq orqanı etibarsız sayır.

18. Nigah hansı hallarda etibarsız sayılır?

1 - Ər - arvaddan birinin ruhi və ya ağıl zəifliyi nəticəsində fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə

2 - Ər - arvaddan biri qanunla müəyyən edilmiş qaydada məhkəmə tərəfindən itkin düşmüş hesab edildikdə

3 - Nigahın bağlanmasına mane olan hallar olduqda və nikahın bağlanma şərtləri pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayılır

4 - Cinayət törətmək üstündə üç ildən az olmayan müddətə azadlıqdan məhrum olduqda

5 - Nigahın bağlanması qanun pozğunluğu ilə həyata keçirildikdə

A) 3

B) 5

C) 2

D) 1

E) 4

19. Hansı hallarda ərin (arvadın) ərizəsi əsasında nigaha VVAQ orqanında xitam verilir?

1 - Ər - arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

2 - Ər - arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə.

3 - Ər - arvad cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

4 - Ər - arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda.

5 - Ər - arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə, ər - arvad cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, ər - arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

A) 3

B) 4

C) 2

D) 5

E) 1

20. Ər - arvad soyadı seçməkdə müstəqildirlərmi?

A) Onlardan hər biri nigahdan əvvəlki soyadını saxlaya bilər və ya ərin (arvadın) soyadını öz soy adı ilə birləşdirə bilər

B) Onlardan hər biri nigahdan əvvəlki soyadını saxlaya bilər

C) Onlar və ya ərin (arvadın) soyadını öz soy adı ilə birləşdirə bilər

D) Ər - arvadın soyadjını dəyişməyə qanun yol vermir

E) Ər–arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə bilərlər.

21. Uşağın mənşəyi hansı qaydada həll olunur?

1 - Ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında

2 - Tibb müəssisəsində uşaq doğularkən, ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda işə şahid ifadələri və digər sübutlar əsasında

3 - Uşaq tibb müəssisəsindən kənarda doğulduqda işə şahid ifadələri və digər sübutlar əsasında

4 - Tibbi analiz yolu ilə

5 - Qonşuların ifadəsinə əsasən.

A) 5

B) 4

C) 1

D) 2

E) 3

22. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericilikdə müəyyən olunmuş qaydada neyə əsaslanır?

A) Uşağın mənşəyinin təsdiq olunmasına

B) Uşağın harada doğulmasına

C) Uşağın kimə məxsus olmasına

D) Azərbaycan vətandaşından doğulmasına

E) Xarici vətəndaşdan doğulmasına.

23. Nigah müddətində ər - arvadın əldə etdiyi əmlak kimə məxsusdur?

A) Ər - arvadın ümumi birgə mülkiyyətidir

B) Kimin vəsaiti ilə alınıbsa, onun mülkiyyətidir

C) Tərəflərdə hansı işləyirsə, əmək haqqı olarsa, ona məxsusdur

D) Kimin adına rəsmiləşibsə, ona məxsusdur

E) Nigah müddətində qazanılan əmlakın hamısı ərə məxsusdur, çünki o ailənin başçısıdır.

24. Ər - arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılardan hansı daxil deyil?

1 - Ərin və ya arvadın aldığı pensiya

2 - Ərin və arvadın şikəstliyə görə aldığı müavinət

3 - Nigaha daxil olanadək onlara məxsus olan əmlak

4 - Ərin (arvadın) keçmiş arvaddan (ərindən aldığı aliment) .

5 - Ər və ya arvadın əmək sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər.

A) 5

B) 1

C) 3

D) 4

E) 2

25. Ümumi birgə mülkiyyətə aiddir:

A) Ər - arvadın birgə əmlak, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər. Aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlıq, maddi yardım)

B) Aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlıq, maddi yardım)

C) Ər (arvada) vərəsəlik yolu ilə nikaha qədər verilmiş əmlak

D) Nigah dövründə əldə edilmiş əmlak

E) Şəxsi əmlak

26. Ər - arvadın ümumi əmlakı nə vaxt bölünür?

1 - Nigah dövründə

2 - Həm nigah dövründə, həm də ər və ya arvaddan birinin tələbi ilə nikah pozulduqdan sonra ola bilər

3 - Nigah pozulduqda

4 - Mübahisə olduqda ər - arvadın ümumi əmlakı məhkəmə qaydasında bölünür

5 - Ər - arvadın ailə münasibətlərinə xitam verildiyi andan etibarən ümumi əmlak bölgüsü də həyata keçirilir.

A) 5

B) 2

C) 3

D) 4

E) 1

27. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən hansı qaydada tutulur?

A) Məhkəmə qaydasında

B) Qəyyumluq orqanının qərarı əsasında

C) Himayə orqanının qərarı əsasında

D) Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında

E) VVADQ orqanının qərarı əsasında.

28. Aliment deyəndə nə başa düşülür?

1 - Aliment dedikdə, əmək qabiliyyəti olmayan şəxsə ödənilən pul məbləği başa düşülür

2 - Aliment dedikdə, ər - arvadın birinin digərinə göstərdiyi maddi yardım başa düşülür;

3 - Aliment dedikdə, maddi köməyə ehtiyacı olan şəxsə maddi yardım göstərilməsi başa düşülür

4 - Aliment qanunla müəyyən olunmuş qaydada bir şəxsin onunla ailə münasibətində olan, lakin əmək qabiliyyəti olmayan və maddi köməyə ehtiyacı olan, yaxud da həddi - büluğa çatmayan şəxsə maddi yardım göstərməsidir

5 - Aliment həddi - buluğa çatmayan şəxsə 18 yaşı tamamlanana kimi ödənilən pul məbləğidir.

A) 2

B) 4

C) 3

D) 5

E) 1

29. Valideynlərdən hansı məbləğdə aliment tutulur?

1 - Neçə uşaq olmasından asılı olmayaraq, əmək haqqının 50% həcmində tutulur

2 - Bir uşağa görə qazancın dördə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və ya daha çox uşağa görə qazancın və gəlirin yarısı həcmində tutulur

3 - Əmək haqqının məbləğindən asılı olmayaraq, hər uşaq üçün 30 manat həcmində vəsait tutulur

4 - İşə baxan məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alıb hər uşağa veriləcək aliment məbləğini özü müəyyən edir

5 - Qanunda alimentin həcmi ağla batan həcmdə nəzərdə tutulur.

A) 2

B) 5

C) 3

D) 1

E) 4

30. Aşağıda sadalanan şəxslərdən hansıları uşağı övladlığa götürə bilməzlər?

1 - Əlilliyi olan şəxslər.

2 - Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər

3 - Ağır və xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər

4 - Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;

5 - Valideynlik hüquqlarından məhrum edilmiş və valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər

A) 4

B) 2

C) 5

D) 3

E) 1

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin