D) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir
E) Təlimin metod və formaları
3. Milli Kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) İnteqrativlik
B) Tələbyönümlük
C) Nəticəyönümlük
D) Şəxsiyyətyönümlük
E) Subyektivlik
4. “Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Тəhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.
B) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
C) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir.
D) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə,istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
5. Fənn kurikulumunun strukturuna aid olmayan hansıdır?
A) Təlim strategiyaları
B) Fənn üzrə ümumi təlim nəticələri
C) Tədris planı
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
E) Məzmun standartlarının şərhi
6. Fənn kurikulumlarının səciyyəvi cəhətlərinə uyğun olanı göstərin.
A) Nəticəyönümlüdür
B) Bilikyönümlüdür
C) Müəllimyönümlüdür
D) Fənyönümlüdür
E) Subyektivlidir
7. Tələbyönümlülük deyəndə nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Məktəbin tələbatının nəzərə alınması
C) Şagirdin tələbatının nəzərə alınması
D) Məktəbin və ailənin tələbatının nəzərə alınması
E) Dövlətin tələbatının nəzərə alınması
8. Nəticəyönümlülük dedikdə kurikulumda nə nəzərdə tutulur?