Büdcə gəlirlərinin təsnifatı


Mülkiyyətə görə birdəfəlik vergilərə



Yüklə 0,6 Mb.
səhifə11/26
tarix04.01.2022
ölçüsü0,6 Mb.
#54480
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
1.1.3.6. Mülkiyyətə görə birdəfəlik vergilərə əmlakın və mülkiyyətin xalis dəyərindən birdəfəlik qaydada tutulan vergilər şamil edilir. Bu vergilər əmlakın yenidən bölüşdürülməsi zamanı əmlakın dəyərinin artırılması məqsədi ilə qabaqcadan nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməsi üçün tutulur.
1.1.3.7. Mülkiyyətə görə digər cari vergilərə şəxsi mülkiyyətdə olan bəzi kateqoriyalı əmlaklara (iri buynuzlu mal-qaraya, odlu silahlara və s.) görə tətbiq olunan vergilər aiddir.
1.1.4. Mal və xidmətlərə görə vergilər

Mal və xidmətlərə görə vergilər kateqoriyasına malların, işlərin və xidmətlərin istehsalı, hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid edilmişdir.



Bu kateqoriyaya mal və xidmətlərə görə ümumi vergilər, aksiz, fiskal inhisarçıların mənfəəti, malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə və hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər, mal və xidmətlərdən alınan digər vergilər daxildir.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin