Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Venesiya yük gəmisi. Bu gəmi Şekspirin “Venesiyalı taciri”ndə təsvir edilməkdədir



Yüklə 6,76 Mb.
səhifə28/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   24   25   26   27   28   29   30   31   ...   87
Venesiya yük gəmisi. Bu gəmi Şekspirin “Venesiyalı taciri”ndə təsvir edilməkdədir


Nef” tipli yük gəmisi
Neflərdən daha çox səlib (xaçlı) yürüşləri zamanı (1096-1270) istifadə edirdilər. Onlar bir dəfəyə göyərtəsinə 1500 əsgər ala bilirdi ki, bu da onları əvəzsiz nəqliyyat vasitəsinə çevirmikdə idi.

1500-ci illərdə sözügedən gəminin konstruksiyasında yenilik baş verdi və əski modelləri tədricən dörd dor ağacı olan yeni modellər əvəz etməyə başladı. Onların uzunluğu 28,7 m-ə, eni 8,36 m-ə, yükdaşıma qabiliyyəti isi 600 tona çatdırıldı. Gəminin suya oturan hissəsinin hündürlüyü əvvəlki kimi 3 metr təşkil edirdi (Гуляш Штефан, 1996).

Əldə olan məlumatlara görə, Venesiya və Genuya ilə Uluq Ulus (Turan) Turan dövləti arasında qızğın dəniz ticarəti gedirdi. Venesiyalı və Genuyalı tacirlərin Uluq Ulusun tərkib hissəsi olan Kırım yarımadasında öz koloniyaları da vardı. Və bu koloniyalar tatar xanlarına vergi verirdilər.

Dövrünüzədək bəzi Uluq Ulus (Turan) xanlarının yarlıqlarının latın və italyan dillərinə tərcümə variantları gəlib yetişmişdir. Bunlar əsasən Özbək Xanın, Canıbəg Xanın, Tanıbəg Xanın, Mengü Teymur Xanın, eləcə də Toqay Toqlu Xatun və Solxat hakimi Ramazanın Kırım sahillərində ticarətlə məşğul olan Venesiya və Genuya tacirlərinə verilmiş yarlıqlardır (Вашари И., 1987).



Sözügedən yarlıqlardan söhbət açan İ. Vaşari onları rus mitropolitlərinə verilən və dövrümüzədək əski slavyan dilində yetişmiş xan yarlıqları ilə müqayisə etmiş və bu sənədlərin məzmun və quruluşlarının bənzər olduğunu dilə gətirmişdir (Вашари И., 1987, s. 100).

Bu sənədlərin dəfələrlə dərc edilərək tədqiqata cəlb edildiyi məlumdur (Григорьев А. П., 1984, s. 127). Bu baxımdan italyan tarixçiləri K. Marin və M. da Kanalenin (Marin C. A., 1798-1800; Canale M. da. Della, 1355-1356), Canibəg Xan və Berdibəg Xanın yarlıqlarını tərcümə edən Avstriya şərqşünası Y. fon Hammer-Purşqalın (Hammer-Purgstall. J. von, 1840), 1868-ci ildə 7 xan yarlığını dərc etdirən fransız alimi L. de Mar Latrinin (Mas Latrie L. de., 1868), eləcə də Venesiya Respublikasının XIX-XV əsrlərdə imzaladığı diplomatik sənədlərə həsr etdikləri 2 cildlik ilə şöhrət qazanmış Q. Tomas və R. Predellinin (Diplomatarium Veneto-Levantinum.., 1880-1899) adlarını ilk sırada çəkmək lazımdır.

Sonuncuların dərc etdikləri sənədlər toplusu Avstriya alimi V. Heydin fundamental tədqiqatı (Heyd W., 1885-1886) üçün əsas baza rolunda çıxış etmişdir.

Mövzuya rus alimləri də öz töhfələrini vermişlər. Bu baxımdan F. Braun (Брун Ф. К., 1879), S. Smirnov (Смирнов В. Д., 1887), T. Florenskiy (Флоринский. T. Л., 1883), M. Kovalevskiy (Ковалевский К. А., 1905) və s. elm adamlarını misal çəkə bilərik. Əməyi olan alimlərdən tanınmış tatar tədqiqatçısı M. Səfər Qaliyevin (Сафаргалиев М. Г., 1960, s. 104-105, 110-111), eləcə də onu izləyən rus alimi Q. Fyodorov-Davıdovun (Смирнов В. Д., 1887, s. 126-128) da adlarını xüsusi vurğulamaq lazımdır.

Bu sıraya xan yarlıqlarının məzmununu təhrif edərək, onların əsillərinin guya monqolca olduğunu “sübut” etmək üçün dəridən-qabıqadan çıxan A. Qriqoryevin (Григорьев А. П., 1984) də adını daxil etməyə ehtiyac var. Tutduğu yolun elmi deyil, siyasi olmasına rəğmən, onun da sözügedən sənədlərin dərcində və tədqiqində rolu az olmayıb. Söhbət dövrümüzədək latın və italyan dillərində yetişmiş yarlıqların tədqiqindən düşmüşkən, bu sahədə Y. Skrijinskinin (Скржинская Е. Ч., 1971), İ. Vaşarinin (Вашари И., 1987), S. Karpovun (Карпов С. П., 1981) və K. Jukovun (Жуков К. А., 1988) əməyini də unutmamaq lazımdır.

Belə hesab edilir ki, italyanlara məxsus ticari gəmilərin Qara dənizdə sərbəst hərəkət hüququ əldə etməsi 1261-ci ildə Biznsla Genuya və 1265-ci ildə isə Bizansla Venesiya respublikası arsında əldə edilmiş sazişlərdən sonra başlamış və məhz həmin dövrdən sonra Genuyalı və Venesiyalı tacirlər Qara dəniz sahillərində, o cümlədən Krımda və Trabzonda öz ilk koloniyalarını qurmaq imkanı qazanmışdılar. Artıq 1266-1270-ci illərdə Genuyalıların Kəfədə (Kafada), 1274-cü ildən sonra Soldayədə (Sudakda) və 1281-ci ildən etibarən isə Trabzonda kiçik kaloniyalara sahib olduqları məlumdur. O da məlumdur ki, 1291-ci ildən sonra onlar Trabzon-Təbriz karvan yolunda əsas söz sahiblərindən birinə çevrilmişdilər (Карпов С. П., 1981, s. 90-91).

Genuyalılar tədricən Trabzonda öz ticari faktoriyalarını qurmağı bacardılar. 1323-cü ildə eyni imkanı Venesiyalılar da əldə etdilər (Карпов С. П., 1981, s. 21-51; Цибульский В. В., 1987, s. 16-32). Onlar da sələfləri kimi Trabzon-Təbriz karvan yolunu mənimsədilər. Venesiyalıların doju Covanni Sorantso hələ 1320-ci ilin dekabrında öz elçisi Mikele Dolfinonu Elxanlı hökmdarı Əbu Səid Bahadur Xanın yanına göndərərək, ona qarşılıqlı ticarətin inkişafı ilə bağlı 29 maddəlik bir layihə təqdim etmişdi. Bu layihə Venesiya tacirlərinin Azərbaycanda və Elxanlıların hakimiyyəti altında olan bütün ərazilərdə sərbəst ticarət etmək hüququnun tanınmasını nəzərdə tuturdu. Əgər tacir bu və ya digər səbəbdən ölərdisə, onun bütün mal və mülkiyyəti Venesiya administrasiyasının başçısına göndərilməli idi. Venesiyalılara kaloniyalar qurmaq və oralarda kilsələr açmaq hüququ tanınmalı idi (Diplomatarium Veneto-Levantinum.., 1880-1899, s. 173-176).

Vensiya tacirlərinin Elxanlıları ərazilərində imtiyaz əldə edə bilmələri 10 il vaxt apardı və ən nəhayət, 1331-ci ilin sonları və ya 1332-ci illərin əvvəllərində Əbu Səid Bahadur Xanın yarlığı ilə onlar bu haqq sahib oldular (Карпов С. П., 1981, s. 51). Genuyalılar isə Çingizoğullarının artıq mərkəzi əyaləti durumunda olan Cuçi Ulusuna (Uluq Ulusa) daxi olan Azov dənizi və Tana (Don) çayı sahillərində, eləcə də Azak liman şəhərində aktiv idilər. Tanada yerləşmiş Venesiya konsulu haqqında ilk məlumat 1322-ci ilə aiddir (Ковалевский К. А., 1905, s. 120).

Uluq xanlardan, konkret olaraq, Özbək Xandan (1313-1341) Venensiya tacirlərinə müəyyən imtiyazlar tanıyan ilk yarlığın ədə edilməsində Françesko Dandolonun dojluğu zamanında (1328-1339) paytaxt Saray şəhərinə göndərilən Andrea Dzeno adlı elçinin böyük rolu olub. Tərcümə mətni ilk dəfə “Diplomatarium Veneto-Levantinum”da “Factum Venetorum сum Husbecho imperatore Tartarorum, A. d, 1333” (Venesiyanın Tatar imperatoru Özbəklə sazişi. Yay, miladi 1333) adı altında dərc edilmişdir (Карпов С. П., 1981, s. 44).

Burada diqqəti çəkən ən önəmli məqam Özbək xanın, tarixi siyasi məqsədlərlə təhrif edənlərin (Григорьев А. П., Григорьев B. П., 1990) iddiasının əksinə olaraq, “Monqol” deyil, “Tatar” imperatoru, yəni uluq xanı (xaqanı) kimi təqdim edilməsidir ki, tarixi gerçəklik budur.

Sənədin əsli əldə olmasa da, onun Türk dilində yazıldığı heç bir şübhə oyatmır. Bunu tərcümə mətnini işləyən şəxsin həmin mətnin altında yazdığı aşağıdakı qeyd sübut etməkdədir:

Et ego frater Dominigus Polorms, ordinia fratrum predicatorum, rogatus transtuli de uerbo ad uerbum omnia supradicta de Cumanico in Latinum, anno Domini MCCCXXXIII, die aeptirao jtrante Auguato (Və mən, “fratrum predicatorum” ordeninə məxsus olan milliyətcə polyak Dominik qardaş edilən xahişə əsasən miladi 1333-cü ilin yayında, yeddinci Avqust ayında kuman dilindən latın dilinə sözbəsöz tərcümə etdim).

Beləliklə, yarlığın dövrümüzədək ulaşmayan əslinin kuman (qıpçaq), yəni Türk dilində yazılmış olduğu anlaşılır.

Tərcümə mətni belədir:

In uirtute eterni Dei et sua magna pietate miaerante Osbach uerburn nostrum de pertiaentia Cutluctemir ad Machmattoia principaliter et maioribus de Тала et ad comercarios et pedajarios et raultis homiuibus et uniuersis.

Rəhman və Rəhim olan Allahın adı ilə.

Qutluq Teymur yarlığından.

Özbəkin sözü.

Mühəmməd Xoca başda olmaqla, Tana bəylətrinə, gömrükçülərə və gömrük qapançılarına, yol göstərənlərə və yol nəzarətçilərinə, bütün adamlara, hamıya!

Maior populi Venetorum et comune cupietes, ut eorum mercatores uenientes in Tanam, habiterent et domos hedificarent ad faciendum mercationes suas, ai de gratia daretur eis terra, mercatores aduenientes, ut comercium jmperiale juste persoiuant, iaandauerunt postulantes; quorum peticionem exaudiuimus, et dedimus els in Tanam retro hospitalis ecclesiam usque ad littus Tenis Gluij locum lutosum, ut habitantes domos hedificeut, aplictesque naues suas in Tanam, la çtuibuscunque ciuitatibus contingat eos facere mercationes suas, tres de centua comercium jmperiale juste debeant dare; si non facient mercationes,non petatis oomercium.

Tana gələn tacirlərinin orada yaşamasını, əgər mərhəmət göstərib, onlara torpaq sahəsi ayıraraıqsa, orada torpaq verəriksə, evlər tikməsini bizdən xahiş edən Venesiya xalqı və icmasının nümayəndələri tərəfimizdən qəbul edildilər və dinləndilər. Onlara Tanada bildirildi ki, (Venesiyalı tacirlər) alqı-satqı zamanı Xan xəzinəsinə nəzərdə tutlan ölçüdə vergi ödəməlidirlər. Tanada Tan (Don) çayının sahilində, Qospitalyerlər Kilsəsinin arxasındakı bataqlıq yer ev tikmələri üçün onlara verilir. Bu gündən etibarən və gələcək günlərdə onların Tana limanına və ya digər limanlara yanaşan gəmiləri alqı-satqıdan əldə etdikləri gəlirin 3 faizini dövlət xəzinəsinə keçirməlidirlər. Əgər ticarət əməliyyatı olmazsa, onlardan heç bir vergi tutulmasın.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin