Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Mühasirədə istifadə olunan “Şahi” toplarından biri



Yüklə 6,76 Mb.
səhifə66/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   62   63   64   65   66   67   68   69   ...   87
Mühasirədə istifadə olunan “Şahi” toplarından biri
23-25 may tarixlərində yenə eyni yerdə başqa Osmanlı tunelləri tapıldı. 25 mayda aşkarlanan tunel divarların altına çatmışdı. Onun yox edilməsi divarların çökməsinə səbəb ola bilərdi. Bu səbəbdən də Bizans tərəfi tunelin önünü divarla bağlamaqla kifayətləndilər (Barbaro Niccoló, 1970, s. 65).

Qızıl Buynuza endirilən Osmanlı donanması son hücumunu etməyə hazırlaşırdı. Sultan qaynı İsfəndiyaroğlu Qasım bəyi Konstantinin yanına elçi olaraq göndərdi. Bizansın təslim olacağı təqdirdə Konstantin və ailəsinin təhlükəsiz şəkildə istədikləri yerə gedə biləcəyi, şəhər əhalisinin canına və malına toxunulmayacağı və son olaraq Paleoloq xanədanı ilə dostluq münasibətlərinin qurulacağını vəd erdi. Təslim olmayacaqları təqdirdə isə imperator və müqavimət göstərənlərin məhv ediləcəyi, şəhər əhalisinin əsir götürüləcəyi, orduya qarət üçün icazə veriləcəyi bildirildi. Lakin imperator təklifi qəbul etmədi. Bununla belə, vergi verməyə hazır olduğunu dedi.

Konstantin və II Mühəmməd arasındakı danışıqlardan sonra Macarıstan kralının elçisi Osmanlı ordugahına gəldi. Mühasirənin dayandırılmayacağı təqdirdə Macarıstan-Bizans ittifaqının qurulacağını və böyük bir səlib (xaçlı) donanmasının yolda olduğunu bildirdi. Macarıstan elçisinin haqqında danışdığı donanma imperatorun gözlədiyi Jakomo Loredanın komandanlığındakı donanma idi və artıq Xios adasına çatmışdı (İsmail Hakkı Uzunçarşılı, 2019, s. 423-425). Bundan sonra yığıncaq keçirən sultan mühasirənin davam edilməsinə və ayın 29-da sonuncu hücumun edilməsinə qərar verdi. Macar elçisi həbs olundu. Hücum qərarı və günü Osmanlı ordusuna bildirildi. Şəhərin alınacağı təqdirdə üç gün müddətində əsgərlərə qarət etməyə icazə verildiyi II Mühəmmədin özü tərəfindən bilavasitə elan edildi (Hâtim Abdurrahman et-Tâhâvi, 2002, s. 54).

Artıq divarlar gecə də bombalanırdı və müdafiəçilərə divarlarda açılan deşikləri doldurmağa fürsət verilmirdi. Mayın 28-də Müqəddəs Romanos qapısında açılan bir deşikdən içəri daxil olan Osmanlı birlikləri Yustiniyaninin birlikləri ilə toqquşdu və geri çəkilməyə məcbur oldu. Toqquşmada Osmanlı komandanı Murad Paşa Yustiniyani tərəfindən şəhid edildi (Gregory Timothy E.,2019, s. 319). 




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin