Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Kapdan-i dərya Piyalə Paşa. Mersin Dəniz Muzeyi



Yüklə 6,76 Mb.
səhifə78/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   74   75   76   77   78   79   80   81   ...   87
Kapdan-i dərya Piyalə Paşa. Mersin Dəniz Muzeyi
1538-ci ildə Prevezedəki məğlubiyyətdən, eləcə də 1541-ci ildə imperator Şarlkenin fəlakətlə sonuclanan Əlcəzair yürüşündən sonra Aralıq dənizinin öndə gələn dəniz qüvvələrinə sahib olan İspaniya və Venesiya Osmanlıları  özləri üçün böyük təhlükə mənbəyi olaraq görməyə başlamışdılar. Xüsusən də 1558-ci ildə Piyalə Paşanın Balear adalarına yürüş edərək, Turqut Rəislə birlikə İspaniyanın Aralıq dənizi sahillərini zəpt etməsi İspaniya kralı II Filip və Papa IV Paulu dərindən düşünməyə məcbur etmişdi. Odur ki, onlar Trablusqərbin Turqut Rəisdən geri alınması üçün yeni bir xaçlı donanmasının yaradılmasına qərar verdilər. Bu məqsədlə İspaniya, Papalıq Dövləti, Malta, Genuya, Venesiya və Savoya Hersoqluğu bir araya gələrək, güclərini birləşdirdirlər və 100-150 gəmidən və təxminən 30 min əsgərdən ibarət böyük bir donanma meydana gətirdilər. Plana görə, donanmaya Medina-Coe dukası Jan de la Cerdan, quru qoşunlarına isə İspan zadəganlardan Don Alvaro də Sanda komandanlıq etməliydilıər. Qoşunların baş komandanı isə məşhur admiral Andrea Dorianın qardaşı oğlu Giovanni Andrea Doria olacaqdı.

Xaçlı donanmasının əsas planı Tunis açıq yer alan və lazım Trablusgarp, istərsə də Tunisə olan məsafəsi baxımından strateji mövqeyə malik Cerbe Adasını ələ keçirmək, sonra Trablusgarpa hücum etmək idi. Ada ələ keçiriləndə Malta və Siciliya donanmaları burada qoyulub, Osmanlı Donanmasının Qərb Dənizinə keçməsi qarşısı alınacaq, bu sayədə hərbi yardım almayacaq olan Əlcəzair daha asan əldə ediləcəkdi (Lee P., 2004, s. 171).

Messinadan yola çıxan Xaçlı donanması ilk öncə Maltada yerləşdir. Burada pis hava səbəbiylə 2 ay qalan donanma xəstəlik və s. səbəblərlə təxminən 2 min nəfər itki verdi. 1560-cı ilin fevralında Trablusqərbə doğru hərəkətə başladılar və 7 mart 1560-cı ildə Cerbe adasına əsgər çıxarmağa başladılar.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin