Adıbayraqdır, bu, Zəhratoxuyanköynəkdir Bəli, o qara rəngli əza bayrağı bayraq deyil, xanım Zəhranın (s) öz əliylə İmam Hüseyn (ə) üçün toxuduğu köynək idi. Bu köynəyi də Şimr ibn Zil-cövşən İmamı (ə) qətlə yetirdikdən sonra o həzrətin əynindən çıxarıb qarət etmişdi. Yezidin Şamdakı sarayında xanım Zeynəb (s) Yezidi rüsvay etdikdən sonra həmin köynəyi də geri alır. Bundan əlavə Yezidin öz evində İmam Hüseynə (ə) əza məclisi təşkil edib, tələblərini Yezidə qəbul elətdirir. İmamın qətlə yetirilməsini boynundan atmağa və bunu İbn Ziyadın əməli kimi göstərməyə çalışan Yezidə xanım Zeynəb (s) buyurur: «Yezid, fərz edək ki, Hüseyni qətlə yetirən İbn Ziyad idi, bəs bugünki məclisdə Hüseynin kəsilmiş başına çubuq vuran da İbn Ziyad idi?!» Yezid heç bir cavab tapa bilmədikdə əsirləri buraxdırmaq qərarına gəlir. Xanım Zeynəb (s) buyurur: «Yox Yezid, biz bu asanlıqla Şamdan getmərik. Sənin öz evində Hüseynə (ə) əza məclisi qurmasaq, Şamdan çıxan deyilik. Özü də bu məclis azad olacaq və ürəyi istəyən şəxs orada iştirak edəcək, sənin də məmurlarının haqqı yoxdur ki, ora gələnlərin qarşısını alsınlar. Onda bilərsən ki, biz kimik və sən kimsən?! Yezid məcbur olub bunu da qəbul edir. Xanım Zeynəb (s) öz buyurduğu kimi əza məclisi təşkil verib İmamın həmin qanlı köynəyini də qara parçaların üstündən asır.
Mənözümnaziridimmərdumuneyvaysəsinə