Centre bold



Yüklə 6,03 Mb.
səhifə24/32
tarix10.01.2022
ölçüsü6,03 Mb.
#106430
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Suyun səthində neft

9.1.1 Ehtimala əsaslanan modelləşdirmə


Nəticələr göstərir ki, >5% ehtimal baş verən yerdə seysmik tədqiqat gəmisindən dağılma ilə bağlı səthdə hər hansı neftin (dizel yanacağının) olması dağılma yerinə çox yaxın olmağa meylli olur. >5% ehtimallı səth neftinin əhatə dairəsi NS3 dağılma sahəsindən (Ssenari 3) (Bax: Bənd 7.1) və FS1 dağılma sahəsindən (Ssenari 5) (Bax: Əlavə 1) üç fəslin hamısı üçün xəritələşdirilmişdir. Daha çox buxarlanmaya imkan yaradan daha isti dəniz temperaturları və daha zəif axın və külək şəraiti ilə əlaqədar olaraq yayda səth neftinin potensial əhatə dairəsi Qışa nisbətən daha məhduddur. Bununla belə, yay ayları ərzində axınlar və külək daha çox qərb və cənub istiqamətində axmağa daha çox meylli olur. Nəticədə sahil xəttinin neftlə ən çox çirklənməsi hadisələri yayda baş verir. Bir qədər səth neftinin <5% ehtimalla Rusiya, İran, Qazaxstan və Türkmənistanın iqtisadi sularında müşahidə olunmasına baxmayaraq adətən səth nefti Azərbaycanın iqtisadi suları ilə məhdudlaşır.

Nəticələr göstərir ki, dağılmış dizel ya şimal, ya da cənub istiqamətində Azərbaycan sahilinə paralel olaraq miqrasiya etməyə meyllənir. Yazda və payızda səth neftinin yaya nisbətən daha uzağa hərəkət etməsi görünür və ehtimalların <5% olmasına baxmayaraq Azərbaycan-Qazaxstan və Azərbaycan-Türkmənistan orta xətlərində səthin neftlə daha çox çirklənməsi baş verir.

Səth dizelinin qalınlığı dağılma yerinin bilavasitə yaxınlığındakı rayonlarda vizual “metallik” görünüş almağa meylli olur. Dağılma yerindən daha uzaqda dizelin “təbəqə” və ya “rəngbərəng təbəqə” qalınlığı kimi mövcud olması proqnozlaşdırılır. Sahilə yaxın daha sakit sularda səth neftinin “rəngbərəng təbəqə” görünüşündə olması üçün də daha çox imkan vardır.

Modelləşdirmə göstərir ki, dizel hər hansı verilmiş yerdə hər hansı uzun vaxt ərzində qalmır. Bu, qismən böyük miqdarda bir dağılmanın axınlar və küləklər vasitəsilə dağılma yerindən uzağa aparılması faktı ilə əlaqədardır. Modelləşdirmə göstərmişdir ki, dizel modelləşdirmə ərazisinin əksər sahələrində dənizin səthində 3 gündən çox qalmır və adətən orada 2 gündən az müddət ərzində qalır (Bax: Bənd 7.1).



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin