Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Qiymət sabitliyinə təsirləri



Yüklə 0,73 Mb.
səhifə40/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   36   37   38   39   40   41   42   43   ...   171
DovletMaliyesiEnSonHali2015

2. Qiymət sabitliyinə təsirləri
Qiymət sabitliyi: xüsusi olaraq inflyasiya nisbətinin iqtisadi vəziyyətə təsir etməyəcək qədər aşağı olduğu vəziyyətdir. Yəni qiymətlərin sabit və ya dəyişməz olduğu vəziyyət deyil, hədəflənən ortalama qiymət səviyyəsində davamlılığın tə-min edilməsidir. Qiymətlərin ümumi səviyyəsindəki illik ortalama artım sürətinin (inflyasiya nisbəti) xüsusi olaraq 1-2% olduğu iqtisadiyyatlarda qiymət sabitliyinin olduğunu söyləmək mümkündür. Böyüyən və tam məşğulluqda olan bir iqtisadiy-yatda bu nisbətdəki artım normaldır. Hətta inkişaf etməkdə olan ölkələr üçün bu nisbət 5% -ə qədər normal qarşılana bilər. Bu nisbətin üzərindəki qiymət artımları iqtisadiyyat baxımından zərərlidir.
Pulun dəyərinin düşməsi və qiymətlərin davamlı yüksəlməsi ilə ortaya çıxan inflyasiya: real ödənişlərdəki azalmalar səbəbi ilə ictimai yöndən bazarlıq gücün-dən məhrum olanlara, geri alacağı pulun azalması səbəbi ilə borc verənlərə, vergi sonrası gəlirlərinin düşməsi səbəbi ilə vergi ödəyicilərinə, inflyasiya vergisi səbəbi ilə əlində yerli pul tutan şəxslərə, real xərclərin yüksəlməsi səbəbi ilə ümumi iqtisa-diyyata zərər verməkdədir.
İnflyasiya təməldə dörd yöndən iqtisadi fəaliyyətlər üzərində təsirini göstər-məkdədir:
1) İnflyasiya bazarlıq gücü zəif, gəlirləri inflyasiya sürətindən daha yavaş ar-tan sabit gəlirlilərdən, gəlirləri inflyasiyadan daha sürətli artan zəngin seq-mentə doğru mənbə köçürdüyündən gəlir bölgüsünü pozmaqdadır.
2) İnflyasiya qiymətlərdə dalğalanmağa səbəb olduğundan, xüsusilə iş ətrafla-rında qiymət və xərclərin naməlumluğunu artırmaqdadır. Bu naməlumluq, investisiyaları və iqtisadi böyüməni azaltmaqdadır.
3) İnflyasiya digər ölkələrdən çox olduğunda ölkənin ixrac malları üçün dünya bazarlarındakı rəqabət gücünü azaltmaqdadır. Buna qarşılıq, idxal mallarının qiymətini yerli mallara görə ucuzlatmaqdadır. Beləcə, idxalat artarkən ixracat azalmaqda, ödəmələr tarazlığı pozulmaqdadır.
4) İnflyasiya təsiri ilə tez-tez qiymət siyahıları dəyişdirilməkdə, şirkətlər tərə-findən daha çox mühasib və ekspert işlədilməkdədir. Yəni inflyasiya təsiri-nin aradan qaldırılması üçün əlavə mənbələr istifadə edilməkdədir.
İnflyasiyaya təsir edən pul xərci, istehsal, ödənişlər, faiz, kurs quruluşu və xarici qiymətlər kimi iqtisadi müxtəlifliklər vardır. Təsir dərəcələri ölkənin iqtisadi quruluşuna görə fərqlilik ərz edən bu dəyişənlərə yön verən aktyorlar; istehlakçılar, firmalar və əsas vurğulanacaq olan hökumətlər və siyasətçilərdir. Bu aktyorların davranışları da inflyasiya faktorları olan xərc, çoxlu tələbat və inflyasiya gözləmə-sinə yön verməkdədir.
Oliver Blanchard, Stanley Fischer, Pierre-Richard Agénor, Peter Montiel və daha bir çox iqtisadçı kimi Maxwell J. Fryin 21-i zəngin OECD, 90-ı inkişaf et-məkdə olan cəmi 111 ölkə üzərində etmiş olduğu araşdırmalarında dövlətdəki boş-luqlar ilə inflyasiya arasında müsbət bir əlaqənin olduğu görülmüşdür.
Dövlətin gəlir - xərc balanssızlığı nəticəsindən yaranan və xroniki inflyasiyanın təməlini meydana gətirən qanun boşluqları böyüdükcə, uyğun tədbirlər alınmadıq-ca inflyasiya nisbəti daha da artmaqdadır. Xüsusilə idarəçilərin gəlirləri artırıcı və xərcləri qısıcı tədbirlər almaq yerinə emissiyaya müraciət etməsi bu mənfiliyi daha da artırmaqdadır. Vəzifələri yerli pulun dəyərini qorumaq olan mərkəzi bankların müstəqil olmamağı da büdcə kəsirlərinin maliyyəsində emissiya ilə aradan qaldır-ma riskini artırmaqdadır.
Pulun dəyərindəki artım ilə inflyasiya arasındakı əlaqə Milton Friedmanın Miqdar Nəzəriyyəsi ilə izah edilmişdir. Buna görə pul təklifindəki artım ilə qiymət-lərdəki artım arasında müsbət bir əlaqə vardır. Uzun dövr ortalama inflyasiya faizi -pul artımı – milli gəlir artımı + pulun dövriyyə sürətidir. Pul təklifindəki artımın qısa dövrdə inflyasiya üzərində çox təsiri olmasa da uzun dövrdə inflyasiyanı artır-maqdadır. Dövlət idarəçilərinin vergi gəlirlərini artırmaq və ya dövlət xərclərini qısmaq yerinə daha asan olan Emissiya mənbələrinə müraciət etməsi bir çox ölkələri bu təhlükə ilə qarşı-qarşıya buraxmışdır.
Dövlət büdcəsindəki kəsirlərin maliyyələşməsində borclanma seçildiyində yaranan əlavə pul tələbi faiz nisbətlərinin artmasına səbəb olmaqdadır Artan faiz nisbətləri bir tərəfdən istehsal xərcini artırarkən (xərc inflyasiyasını), digər tərəfdən xüsusi sektor istehlak və investisiya tələblərinin düşməsinə səbəb olmaqdadır. Faiz nisbətinin inflyasiya gözləməsi və naməlumluq kimi risk ünsürləri daşıması səbəbi ilə, uzun dövr Dövlət borclanması üçün faiz nisbəti ilə ÜDM böyümə nisbəti ara-sındakı əlaqə əhəmiyyətlidir. əgər faiz nisbəti nominal gəlir artımından çox və ya ona bərabər isə, potensial olaraq bu vəziyyət sürdürülə bilməz. Çünki borclanma ilə əldə edilən mənbələrlə təmin edilən böyümə borclanma faizi ilə eyni, bəlkə də, daha aşağı olacaq. Bu da irəlidə borcların faiz və əsas pulun zamanında ödənə bilmədiyi borc krizislərinə, iqtisadi sabitsizliklərə səbəb ola biləcək.
Faiz nisbətlərindəki artım xarici mənbələrin ölkəyə gəlməsini təmin edəcək. Ancaq bu vaxt həddindən artıq dəyərlənən yerli pul ölkə ixracatını azaldarkən idxa-latını artırmaqda xarici ticarət həcmində kəsirə səbəb olmaqdadır. Nəticədə büdcə kəsirləri xarici ticarət kəsirləri ilə (Twin Deficit) birləşməkdədir. Bunu önləmək üçün yerli pulun xarici pullar qarşısındakı dəyəri (sterilizasiya edilməli) salınmalı-dır. Yerli pulun dəyərinin salınması zamanla ixracatı artıracaq, idxalatı azaldacaq. Lakin devalvasiya sonrası ödəniş artımları davam edə, dövlət də məşğulluq nisbə-tini salmamaq üçün pul artımını davam etdirsə, inflyasiya artaraq edilən devalvasi-yadan gözlənilən nəticə alına bilməyəcək. Yəni büdcə kəsirlərinin səbəb olduğu cari kəsirlər səbəbi ilə reallaşdırılan devalvasiya, məhdudlaşdırıcı pul və maliyyə siyasətləri ilə dəstəklənmədiyində inflyasiyaya səbəb ola biləcək.
İqtisadi sabitliyin təmin edilə bilməsi üçün inflyasiyaya səbəb olan büdcə kəsirlərinin aradan qaldırılması, inflyasiyanın salınması lazımdır. Ölkədə qiymət artımları Dövlət xərclərinə dərhal təsirlər edərkən dövlət gəlirlərinə gecikməli ola-raq təsir etməkdə, kəsirləri artırmaqdadır. Ancaq qiymətlərdəki artım büdcə kəsir-lərini borclanma ilə qarşılayan ölkələrin real borclarını azaldaraq xüsusi sektordan ictimai sektoruna mənbə transferinə səbəb olmaqdadır.
Bu vaxt büdcə kəsirlərinin səbəb olduğu qiymət sabitsizliklərini aradan qaldırmanın xərcləri ilə bu sabitsizliklərin səbəb olduğu xərclər tarazlanmalıdır. çünki yüksək nisbətli inflyasiyanın mülayim bir səviyyəyə salınmasının təmin edə-cəyi fayda, keçici məşğulluq və istehsal enişlərinə bağlı olaraq meydana gələn xərcdən çox olmalıdır (Howitt qaydası). Bir çox siyasətçi və iqtisadçı, yüksək nis-bətli inflyasiyanın zərərli olduğu mövzusunda fikir birliyi içində olduğundan, bu inflyasiyanın azaldılması ilə əlaqədar müvəqqəti işsizlik və böyümə problemlərini normal qəbul etməkdədirlər. Ancaq inflyasiya çox yüksək deyilsə, bunu salmanın xərclərinə dözmək yerinə, aşağı nisbətli inflyasiya ilə yaşamanın daha yaxşı olaca-ğına inanmaqdadırlar. Peter Howittin (1990) bu vəziyyətlə əlaqədar olaraq irəli sürdüyü qısa və Kəsir qaydaya(Howitt's Rule) görə, bir inflyasiyanı salma siyasəti, səbəb olacağı xərclər ilə əldə ediləcək faydalar bərabər olana qədər davam etdiril-məlidir. Buna görə inflyasiyanı aşağı salmanın təmin edəcəyi faydanın bu günkü dəyəri ilə inflyasiyanı daha çox salmanın gətirdiyi xərcin bu günkü dəyəri bərabər olana qədər anti - inflyasiya siyasətləri davam etdirilməlidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin