Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə53/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   49   50   51   52   53   54   55   56   ...   171
DovletMaliyesiEnSonHali2015

f- Nəzarət funksiyası
Büdcə təxminidir. Büdcə qanunu təxmini olaraq hazırlanır, qəbul edilir və son-ra həyata keçirilir. Büdcənin həyata keçməsi dedikdə xərclərin edilməsi və gəlirlə-rin yığılması başa düşülməkdədir. Ümumiyyətlə, bir il içərisində qəbul edilən büd-cələrdə yer alan təxmini gəlir və xərclərin ilin sonunda, mövcud olduqdan sonra yoxlanmağı vacibdir.
Büdcənin yoxlama funksiyasının məqsədi dövlətin bütün maliyyə əməliyyat-larının yoxlanmasıdır. Beləliklə, büdcədə təxmin edilən gəlir və xərc rəqəmləri il sonunda mövcud olan rəqəmlər arasında bir müqayisə etmək imkanı vermiş olur.

6.3.2. MÜASİR FUNKSİYALAR


Müasir maliyyəçilərə görə maliyyə hadisələri klassik maliyyəçilərin əksinə, iqtisadi həyatın içindədir. Bu vəziyyətlə əlaqədar büdcəyə yeni funksiyalar veril-mişdir. Büdcə vasitəsi ilə iqtisadi və sosial həyata, yeniliklərə təsir olunması gün-dəmə gəlmişdir.
Büdcənin bəhs olunan yeni müasir makro-iqtisadi funksiyaları aşağıdakılardır:
a-Büdcənin konjektura funksiyası
Büdcənin konjektura funksiyasına görə, büdcə iqtisadiyyatdakı konjektur inkişaf qarşısında müəyyən bir dəyişkənliyə sahib olmalıdır. Nümunə kimi, iqtisa-diyyatda deflyasiya varsa, lazım olduqda büdcə kəsiri verərək iqtisadiyyatın yeni-dən canlanması təmin olunmalıdır. Buna görə deflyasiya ilə mübarizədə xərcləmə siyasəti tələbyönlü bir iqtisadi siyasət içərisində ələ alınacaqdır.40 Tərsinə, inflya-siya baş verərsə, xərclərin məhdudlaşdırılması, gəlirlərin isə artırılmasına cəhd edilməsi lazım gələcəkdir. Hədəf büdcə vasitəsi ilə iqtisadiyyatdakı konjekturanın mənfi təsirlərini azaltmaq, bunun üçün lazım olduqda büdcədə balansı illik deyil, bütün konjektura dövrü etibarı ilə düşünməkdir.
Bu çərçivədə inflasiya ilə mübarizədə büdcə üç şəkildə hazırlanıb həyata ke-çirilə bilər.41
─ büdcə xərcləri azaldılır, gəlirlərində, yəni vergilər üzərində müxtəliflik edilə bilməz və beləcə, bir büdcə gəliri meydana gətirilə bilər.
─ büdcənin xərcləri mümkün qədər dəyişdirilməyərək mövcud vergilər artırıla bilər və ya vergiləndirilməyən vergi rezervləri vergiləndirilə bilər. Burada hədəf yenə bir büdcə gəliri yaratmaqdır.
─ büdcənin xərcləri və gəlirləri azaldılaraq bir il əvvəlkinə nisbətən az, lakin balanslaşdırılmış bir büdcə hazırlana bilər. Büdcənin belə hazırlanması ilə istənilən hədəf məcmu tələb içərisindəki dövlət xərclərinin faizlə nisbətinin dəyərini azaltmaqdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin