Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə7/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   2   3   4   5   6   7   8   9   10   ...   171
DovletMaliyesiEnSonHali2015

1.6. İCTİMAİ MALLAR


Bazar müvəffəqiyyətsizliyinin bir başqa qaynağı ictimai malların varlığıdır. İtalyan iqtisadçı Paul Samuelson ictimai mala "bir fərdin ictimai malı istehlak et-məsi (istifadə etməsi), digər fərdlərin eyni malı istehlak etməsində bir azalmaya sə-bəb olmamaqdadır" deyə tərif vermişdir. Bu cür malların bilinən nümunələri, milli təhlükəsizlik, küçə işıqlandırması, hava çirkliliyini təmizləmə xidmətləri, şifrəsiz televiziya verilişləridir.
İctimai malların xüsusiyyətlərindən ötəri, bazar mexanizmi təsirli bölüşdürül-məni təmin edə bilməməkdədir. Bu malların bazar mexanizminin axsamasına səbəb olan iki xüsusiyyət mövcuddur. Birincisi, "ortaq istehlak" və ya "istehlakda rəqabə-tin olmaması" xüsusiyyətidir. Bir fərdin dövlət malını istehlak etməsi bir başqa fərdin bu maldan fayda təmin etməsinə maneə törətməməkdədir. Məsələn, milli təhlükəsizlik xidmətindən bir fərdin istifadə etməsi, başqa bir fərdin milli təhlükəsizlik xidmətindən faydalanmasına maneçilik törətməməkdədir. İkinci xüsusiyyət olaraq dövlət malının "istifadəsində xaric edilə bilməmə xüsusiyyətidir. Çıxarılmış olan dövlət malının istifadəsindən və ya istehlakından bəzi fərdləri məhrum buraxmaq (xaric etmək) qeyri-mümkün və ya çox məsrəfli ola bilər. Yenə nümunə olaraq milli təhlükəsizlik xidməti düşünülsə, ölkə sərhədləri içində yaşayan hər hansı bir fərdi bu xidmətin faydasından məhrum buraxmaq qeyri-mümkündür.
Dövlət Mallarının bəhs edilən bu iki xüsusiyyəti bazar iqtisadiyyatlarının axsa-masına səbəb olmaqdadır. Bazar mexanizmi qiymətləndirmə yolu ilə fərdləri istifa-dədən məhrum buraxmağa dayanan işlə çalışmaqdadır. Bir başqa deyimlə qiyməti ödəməyən o malın faydasından məhrum olunmaqdadır. Dövlət mallarındakı xaric edilə bilməmə xüsusiyyəti, bu malın pulsuz istifadə edilə bilmələrinə, dövlət malı istehsalçılarının bir qiymət qoya bilmələrinə maneə törətməkdədir. Könüllü qiymətlər meydana gəlməyəcəyi üçün, dövlət malının maliyyəsi məcburetmə (vergilərdə olduğu kimi) ünsürü daşıyacaq. Könüllü qiymət mexanizmində ortaya çıxan bu problem "pulsuzluq problemi" olaraq adlandırılmaqdadır.
İctimai mallardan istifadədən məhrum olunma mümkün olsa da, bazar mexa-nizmi problemlərlə qarşılaşacaq. Birinci problem hər fərdin dövlət malından fərqli faydalar təmin etməsidir. Eyni şəhərdə yaşayan fərdlərin belə fərqli faydalar əldə etdiyi düşünülsə, hər fərd üçün fərqli qiymət meydana gətirmək lazım olacaq ki, bu qeyri-mümkündür. İkinci olaraq, fərdlər dövlət malının istifadəsindən məhrum bu-raxılsa, belə qaynaqların təsirli bölüşdürülməsi nöqteyindən məhrum buraxılma-maqları lazımdır. Çünki əlavə fərdin dövlət malını istifadə etməyə başlamasının marjinal xərci sıfırdır. Ortaq istehlak xüsusiyyəti səbəbi ilə əlavə fərdlərin istehlak-ları, digər fərdlərin istehlaklarına (fayda səviyyələrinə) təsir etməməkdədir.
Başqa sözlə, dövlət malının istifadəsindən məhrum buraxan hər hansı bir qiymətləndirmə sistemi təsirli olmayacaq. İctimai mallar (yerli, milli, beynəlxalq) dövlət maliyyəsinin iqtisadiyyatda mövcudluğunun ən yaxşı iqtisadi səbəbini mey-dana gətirməkdədir. İctimai mallarda bazar iqtisadiyyatının axsamasının yanında, xüsusiyyətləri səbəbi ilə dövlət maliyyəsi də çətinliklərlə qarşılaşmaqdadır. Bu xüsusiyyətin varlığı altında şüurlu fərdlər dövlət malının istifadəsi üçün bir qiymət ödəmək istəməzlər. Bazar mexanizmindəki fərdlərin seçimlərinin göstəricisi olan qiymət, dövlət mallarında ortaya çıxmadığı üçün, bu malların istehsal səviyyəsi üçün lazımlı məlumat olan seçim cəminə çata bilməməkdədir. Bu vəziyyət dövlət malının istehsalında "məlumatsızlıq probleminə" səbəb olar.
Dövlət maliyyəsi qərar alıcıları hər hansı bir ictimai maldan nə qədər çıxarılması lazım olduğunu təyin edə bilmək üçün hər fərdin müxtəlif istehsal səviyyələrində əldə etdiyi faydalarını bilməsini tələb etməkdədir. İstehsal istiqamətində dövlət malı bənzəri vəziyyət, dövlət ara mallarında və ya bir qrup firma tərəfindən istifadə edilən istehsal faktorunda da qarşılaşılmaqdadır. Bunlara nümunə olaraq, yeni kəşflər, dövlət məlumatları, hava hesabatları və işgücü təhsil proqramları göstərilə bilər. Dövlət, ara malının istifadəsində ortaq istehlak bazar mexanizminin bir qiymət meydana gətirməsinə maneədir. Dövlət maliyyəsi bu səbəblə, ümumiyyətlə, dövlət ara mallarının istehsalından məsul olmaqdadır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin