Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


BÜDCƏ XƏRCLƏRİNİN TƏRTİBİ



Yüklə 0,73 Mb.
səhifə80/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   76   77   78   79   80   81   82   83   ...   171
DovletMaliyesiEnSonHali2015

7.6 BÜDCƏ XƏRCLƏRİNİN TƏRTİBİ


Büdcənin tərtib olunması zamanı xərclər dövlətin yerinə yetirəcəyi funksiyalar, həmin funksiyaları həyata keçirəcək təşkilatlar və hər bir təşkilatda vəsaitlərin istifadə ediləcəyi konkret istiqamətlər üzrə müəyyən olunur və planlaşdırılır. Başqa sözlə, əvvəlcə dövlətin il ərzində həyata keçirəcəyi bütün işlər funksional istiqa-mətlər üzrə qruplaşdırılır. Sonra bu vəzifələr ayrı-ayrı dövlət qurumları arasında bölünərək onların icrasını təşkil edən və buna məsuliyyət daşıyan təşkilatlar, habelə konkret işləri və tapşırıqları bilavasitə icra edən idarə və müəssisələr müəyyən olunur. Daha sonra isə dövlət qurumu və təşkilatı üzrə onlara həvalə olunan vəzifə funksiyaların həyata keçirilməsi üçün konkret xərclər üzrə 1 il ərzində ayrılacaq büdcə vəsaitinin həcmi dəqiqləşdirilir. 76

7.6.1 Büdcə xərclərinin təsnifləşdirilməsi


Büdcə xərclərinin təsnifatı büdcə xərclərinin qanunvericiliyə uyğun olan müx-təlif prinsiplər üzrə qruplaşdırılmasıdır. Büdcə xərcləri funksional, inzibati, iqtisadi və başqa prinsiplər üzrə qruplaşdırıla bilər.
- Büdcə xərclərinin funksional təsnifatı
Məlum olduğu kimi, dövlət bir çox funksiyaları yerinə yetirir: ölkənin müda-fiəsini təşkil etmək üçün ordu saxlayır və onun maddi - texniki təminatını təşkil edir, qanunlar qəbul edir və onlara əməl olunmasına nəzarət edir, əhaliyə dövlət ba-lansına səhiyyə və təhsil xidmətləri göstərilir, sosial müdafiəyə ehtiyacı olan əhali qruplarına müvafiq yardımlar göstərir, mədəniyyət və idmanın inkişafını diqqət mərkəzində saxlayır, iqtisadi inkişaf məsələlərini tənzimləyir və s. Dövlət büdcəsi-nin vəsaitləri də məhz dövlətin həmin funksiyaları yerinə yetirməsinə sərf olunur. Büdcə xərclərinin dövlətin yerinə yetirdiyi həmin funksiyalar üzrə qruplaşdırılma-sına büdcə xərclərinin funksional təsnifatı deyilir.77
Vahid büdcə təsnifatına uyğun olaraq, dövlət büdcəsinin xərcləri aşağıdakı funksional istiqamətlərdə təsnifləşdirilir:78
ümumi dövlət xidmətləri;
müdafiə;
məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq;
təhsil;
səhiyyə;
sosial müdafiə və sosial təminat;
mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət;
mənzil və kommunal təsərrüfatı;
yanacaq və enerji;
kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi;
sənaye, tikinti və faydalı qazıntılar;
nəqliyyat və rabitə;
iqtisadi fəaliyyət;
əsas bölmələrə aid edilməyən fəaliyyətlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin