Çırağı sönməyən poeziya



Yüklə 1,23 Mb.
səhifə3/13
tarix01.01.2022
ölçüsü1,23 Mb.
#105320
1   2   3   4   5   6   7   8   9   ...   13
İLK ADDIMLAR
Böyük Vətən müharibəsinin son illərində poeziya alə­mi­nə gələn və ilk şeirlərindən ədəbi ictimaiyyətin diq­qə­tini çəkən Əli Paşa oğlu Kərimov 1931-ci ildə Göyçay şəhə­rində anadan olmuşdur. O, ibtidai təhsilini (beşinci sinfə qə­­dər) evlərinin yanındakı 2№-li ibtidai məktəbində almış, son­ralar şəhərin 4 №-li məktəbində davam etdirmişdir. Hələ orta mək­təb­də oxuyarkən sənəti və ədəbiyyatı sevməsində ədə­biy­yat müəlliminin böyük təsiri olmuşdur. Şair öz xa­ti­rə­lərində söyləyir ki: “Mənim bir şair kimi yetişməyimdə orta məktəbdə ədəbiyyatdan dərs demiş Akif (Süleymanov) müəl­limin səy və qayğısını heç vaxt unuda bilmərəm. O, ədə­biyyatın sirlərini bizə bütün varlığı ilə çatdırmağa çalı­şan, ömrünü elmə, ədəbiyyata sərf edən savadlı müəl­lim­lər­dən biri idi. Mən hər dəfə şeir yazanda ona müraciət edər, hər dəfə ondan ayrılanda təzə bir şey öyrənərdim”.

Əlinin şeirləri ara-sıra məktəbin divar qəzetində çap olunmağa başlayır. Məktəb illərində Əli şeir dərnəklərində ya­xından iştirak edər, özünün orijinal yazıları ilə məktəb kol­­lektivini heyran edərdi. O, 1946-cı ildə "Azərbaycan gənc­ləri" qəzetində "Gözlərin" adlı şeiri ilə çıxış edir. Əli Kə­­rimin uşaqlıq illəri müharibənin qanlı-qadalı illərinə düş­müşdür. Şairin yaxın dostu yazıçı Əli Səmədov "Dünənimiz yada düşdü bu gün" adlı xatirə məqaləsində yazır: "Uşaq­lı­ğımız qanlı-qadalı illərə düşdü. Ehtiyac ac qurd kimi diş­lə­ri­ni ağartdı biz uşaqlara. Ancaq bizi qorxuda bilmədi. Onunla nə vaxt görüşdüyümü, nə vaxt ayrılmaz dost olduğumu xa­tır­laya bilmirəm. Onilliyi bitirdik. 1948-ci ilin istili-bürkülü bir avqust günündə Əli, Arif Məmmədov (Filologiya elmləri doktoru, professor) və mən Bakıya yollandıq. Səhəri gün ins­titutları bir-bir dişimizə vurduq. Birinci Bədən Tərbiyəsi İnstitutuna gəldik. Orta məktəbdə, demək olar ki, idmançı idik. Əli ağırlıq qaldırmaqla ciddi məşğul olurdu. Enli kürə­yi, əzələli, polad kimi qolları onu əsl idmançı kimi göstə­rir­di. Bədən Tərbiyəsi İnstitutuna gələndə bizi heç danış­dı­ran olmadı. Çox götür-qoydan sonra universitetə gəldik. Əli ilə mən sənədlərimizi Azərbaycan Dövlət Universitetinin fi­lo­logiya fakültəsinə verdik. Əlinin balı çatmadığına görə ki­tab­xanaçılıq fakültəsinə qəbul olundu, lakin təqaüdə düş­mə­diyinə görə geri qayıtmalı oldu (o təqaüdsüz oxuya bil­məz­di). İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mə­də­niyyət və İncəsənət Universiteti) isə tələbələrin sayı az ol­duğuna görə qəbul imtahanları sentyabr ayının axırına kimi davam edirdi. Burada təqaüd və yataqxana verirdilər. Ona görə də hörmətli akademik Abdulla Qarayevin köməkliyi ilə (əlbəttə işə mən qarışmasaydım, çünki Əli çox utancaq idi) Əli sənədlərini alıb teatrşünaslıq fakültəsinə daxil oldu və birlikdə oxumağa başladıq. Xoş günlərimiz bundan sonra başladı. Bir institutda, bir fakültədə, bir yataqxanada, bir otaqda. Dostlar üçün bundan gözəl nə ola bilərdi (70, 66). Tələbəlik illəri, institut həyatı şairin qarşısında yeni üfüqlər açır, şeirə, sənətə olan meylini daha da inkşaf etdirir.



Gənc Əli tələbəlik illərində Azərbaycan, rus, dünya ədə­biyyatını məhəbbət və həvəslə mütaliə edər, M.Füzulini, M.Ə.Sabiri, C.Məmmədquluzadəni, S.Vurğunu, Höteni, Bay­ronu, L.Tolstoyu, R.Rzanı, M.Hadini və digər sənət­kar­la­rın əsər­lərini xüsusi bir maraqla oxuyarmış. Sonralar o, dönə-dö­nə bu sənətkarları xatırlamış və onlara ayrıca əsərlər it­haf et­mişdir. "Xətai", "Şair", "Ölüm sevinməsin", "Müş­fi­qə", "Şə­hidlərin zirvəsi", "Tolstoyvari" və s. bu istəkdən yaranmışdır.

Əli Kərim ikinci kursu bitirdikdən sonra Azərbaycan Ya­zı­çılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) tə­rə­fin­dən Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir.



50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Azər­bay­can yazıçıları, ziyalıları arasında "Litinstitut" adı ilə məşhur olan həmin tədris yaradıcılıq müəssisəsi Stalindən sonrakı dövr­də demokratik düşüncənin, böyük ədəbiyyatın SSRİ-də əsas mərkəzlərindən idi. Əli Kərimin poetik istedadının, ide­yala­rının canlanmasında, yaradıcı təfəkkürünün formalaşma­sın­da, düşüncəsinin, ideyalarının daha da demokrativ­ləş­mə­sin­də, heç şübhəsiz, Litinstitut təhsilinin böyük rolu olmuşdur.

1955-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk fəa­liy­yətinə "Azərbaycan" jurnalında başlayan, daha sonralar ədə­bi mühitdə öz nüfuzu və mövqeyi ilə seçilən Əli Kərim Azərbaycan Yazıçılar İttifaqında nəşriyyat şöbəsinin müdiri, Dövlət nəşriyyatında redaktor, Yazıçılar İttifaqında dram böl­məsinin rəhbəri, "Azərbaycan və Literaturnıy Azər­bay­can" jurnalında məsul katib, ömrünün son illərində isə Azər­baycan nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır.

Əli Kərimin bir şair kimi yetişməsində Yazıçılar İtti­fa­qının Natəvan klubunun böyük rolu olmuşdur. Həmin klub­dakı dər­nək­də Bəxtiyar Vahabzadə, Novruz Gəncəli, Adil Ba­bayev, Nəbi Xəzri, Qabil İmamverdiyev və başqaları ya­xın­dan işti­rak edər, müntəzəm olaraq yeni şeirlər oxuyar, yol­daşcasına mübahisə və müzakirə edərdilər.

Əli Kərimi oxuculara tanıdan "İki Sevgi" (1948) şeiri olmuşdur. Bu şeirin yazılmasını Əli Səmədov belə nəql edir: "İki sevgi" şeirinin çox qəribə yazılma tarixi var. O, bu şeiri bir neçə gün idi yazmışdı. İsti-isti mənə və Arifə oxumuşdu. Məsləhət gördüm "Gənclər günü"ndə oxusun. Ancaq hər be­şin­ci gün Yazıçılar İttifaqına gedəndə bir bəhanə ilə oxu­mur­du. Biz də o ki var danlayırdıq onu.



Bir gün dedi ki, oxuyacam, oxudu da. O vaxtlar Ya­zı­çı­lar İttifaqında şeir üzrə məsləhətçi Məmməd Rahim idi. Hə­min dərnəkdə məclisi o aparırdı. Həmin şeirin ilk variantı belə idi:
Gözəl qız sən saf susan,

İki qəlb arzususan.

Mənsə sevirəm səni susuzluqdan od vurub,

Göz kimi yandırdığı dodaq su sevən kimi.

Gözəl qız, sən işıqsan,

Dünyaya yaraşıqsan.

Mən səni sevirəm iynənin ucu boyda,

İşığa həsrət qalan kor işıq sevən kimi.

O isə səni sevir bir şən mağarada, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

Gözəl qız, sən günəşsən,

Yanar duyğusan, ərşsən.

Mən səni sevirəm dolanaraq başına,

Məqribdən Məşriqədək uzanan cahan kimi,

O sevir məndən də tez dəyərək baxışına

Baş yelləyib tərpənən günəbaxan kimi,

Salmadın mənə meyli,

Salmısan ona meyli,

Peyğəmbərlik etmirəm,

Nöqtə, nöqtə və nöqtə...


Əli şeiri oxuyub qurtarandan sonra Natəvan klubuna bir dəqiqəlik sükut çökdü. Elə bil salondakılar hamısı (M.Ra­him başda olmaqla) bu şeirin sehrinə düşmüşdülər. ha­mı bərk həyəcan keçirirdi. Əli də (47, 62).

Şeirin ilk variantı məndə qaldı. Şeir geniş şəkildə mü­za­kirə olundu. Qabil, Əliağa Kürçaylı çıxış edib şeiri tə­rif­lə­dilər. Hamı Rahim müəllimin son sözünü gözləyirdi. O, sözünə belə başladı:

Tərif öz yerində, ancaq nöqsanı da görmək və demək la­zımdı. Gənc müəllifin şeiri yaxşıdı, mənim xoşuma gəldi. An­caq şair öz intim hisslərini birinci plana çəkib. Şeirin ic­ti­mai qayəsi yoxdu, ictimai motivləri gücləndirsin, sonra mə­nə təqdim edər, çap etdirərəm.

Bir neçə aydan sonra ictimai motivli "İki sevgi" şeiri "Azərbaycan" jurnalında dərc olundu və Əlini bir şair kimi çox tanıtdı (70, 63).

Ədəbiyyatşünas alim Cavanşir Yusifli məqalələrinin birində bu şeir barədə yazır: "İki sevgi" şeiri onun poeziyada bütün ömrü boyu ifadə etmək istədiyi manifestinin müəyyən parlaq məqamı sayıla bilər. Şeir boyu intonasiya, poetika elə qurulur, elə bir formul daxilində hərəkət edir ki, burada sabit şəkildə müşahidə edilən, daim sabit mövqedə dayanan obraz (allı-güllü obraz, həm də insanı qəfil yaxalayan, çaşdıran ob­raz) əvəzinə əvvəldən sona kimi batıb-çıxan obraz-mü­nasi­bətin şahidi oluruq. Bu hal həm də artıq edilmiş bir seçimdir: "İki sevgi" (79, 192).

Tarix elmləri doktoru Nəsiman Yaqublu isə “İki sevgi” şei­ri barədə belə deyir: Sevgi haqqında Nizamidən, Füzu­li­dən, Müşfiqdən sonra ən təsirli vəsfi son dövrümüzdə gö­tür­sək, şair Əli Kərim etmişdi. 1940-cı illərdə yazdığı “İki sev­gi” şeiri ilə təsirli lövhələr yaratmışdı” (“Gözəl qız sən saf susan, iki qəlb arzususan”) (77).

Sonralar Əli Kərimin bir sıra şeirləri "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri" ki­mi qəzet və jurnallarda çap olunmaqla yanaşı, "Arifin bax­ça­sı", "Salam gələcək illər", "Gözəllik" adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Dövrünün qabaqcıl ziyalıları ilə tanışlıq gənc Əlinin dün­yagörüşünün dərinləşməsinə, elmi, siyası, ictimai bili­yi­nin artmasına, poetik ilhamının güclənməsinə böyük təsir gös­tərir, ədəbi prosesin ümumi axınına qoşulması ilə onun istedadına qol-qanad verir.



İndiyədək Əli Kərimin xeyli sayda kitabları çap olun­muş­dur: "İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Ari­fin baxçası" (1963), "Gözəllik" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971), "Səfərdən sonra" (1972), Seçilmiş əsərləri (II cilddə, 1974, 1975), "Qız və kəpənək" (1979), "Çiçəklər və çörək" (rus dilində, 1978), "Qayıt" (1983), "Pillələr" (roman, 1978), "Pil­lələr" (1987), "Mavi nəğmənin sahilində" (1991), Seçil­miş əsərləri (1991), “Neyləyim ş, şeirlə dərd söylə­yi­rəm” (1999), Seçilmiş əsərləri (2004), Seçilmiş əsərləri (2013).

Çap olunan bu kitablar şairin keçdiyi yaradıcılıq yolu, mənəvi-əxlaqi, ictimai-siyasi, üslubi poetika axtarışları haq­qın­­da aydın qənaət yaradır. Şairin bir sıra şeirləri bir çox dil­lə­­rə tərcümə olunmuş, bir sıra ədəbi mükafatlara layiq görül­müşdü.



İlk şeir kitablarında müəllif təbiətin gözəlliyinə, doğ­ma, boya-başa çatdığı torpağına, gənclik duyğularına geniş yer verir. "İki sevgi" (1960), "Həmişə səfərdə", "Qızıl qa­nad" (1965) kitablarından başlayaraq onun poeziyası vətən­daş­lıq hisslərinin güclənməsi, milli tarixi yaddaşa müraciətin mey­dana çıxması, poetik üslubunun, poetik təfəkkürünün adi lirik duyğuların tərcümanından ümummilli amal və ideal­ların da­şıyıcısına transformasiya olunması, onun sənət­kar­lığının yet­kinləşməsi, nəticə etibarilə fərdiliyin və özünə­məx­suslu­nun artmasına, fərdi üslubunun bərqərar olmasına və sabit­ləş­məsinə səbəb olmuşdur. Bu mənada Əli Kərim daim inkişaf edən, daxilən və poetik baxımdan bir istedadın daşıyıcısıdır.

Əgər ilk kitablar ("İki sevgi", "Həmişə səfərdə", "Qızıl qa­nad") lirik qəhrəmanın həyatla təmasının ilk qaranquşları ki­mi bir-birini tamamlayırsa, sonrakı üç kitab "Qaytar ana bor­cunu" (1970), "Uşaqlar və ulduzlar" (1971), "Pillələr" (1978) milli yetkinliyin məfkurə təkamülünün, ideya bütöv­lü­yü­nün göstəriciləri kimi ədəbi aləmdə tanınır.

Şairin ədəbiyyata gəldiyi müharibədən sonrakı illə­r­də li­rikanın əsas cəhəti sosialist Vətəninə və sovet adamla­rı­na tü­­­kən­məz məhəbbət, düşmənə barışmaz kin və qəzəb hiss­­lə­ri­nin tərənnümü idi. Bu illərdə nəzərə çarpan dek­la­ma­si­ya­çı­lıq, çağırış, xitab, tribunluq ruhu öz yerini təsvir, süjet və bə­dii löv­hələrə meyl edən şeirə verdi. Bu dəyişmə prosesi Əli Kə­rim yaradıcılığında da müşahidə olunurdu. Həyatını və məi­şə­ti­ni dəhşətli müharibə şəraitinə uyğunlaşdıran, işini və fəaliy­yə­tini "Hər şey cəbhə üçün, hər şey müharibə üçün" şüa­rı əsa­sın­da istiqamətləndirən və cəmləşdirən sovet xalqı mi­silsiz mərd­lik, qəhrəmanlıq nümunələri göstərdiyi bir vaxt­­da şeir mü­cərrəd, quru təbliğ, təmtəraq, vida və çağı­rış­lar­la ki­fa­yət­lə­nə bilməzdi. Müharibə dövrünün spesifik xü­su­siy­yət­ləri sə­nət­­dən və sənətkardan həqiqi ehtiras və müba­riz ruh tələb edirdi.

Şairin Böyük Vətən müharibəsinə həsr olunmuş "Poç­tal­yon"u (1953) vətənpərvərlik ruhunda yazılmış bir şeirdir. Əl­bəttə, S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradı­cı­lığı nümunəsi kimi kütləviləşmiş "Ana və poçtalyon" şei­rin­dən sonra sanki poçtalyon motivinə qayıtmaq artıq imiş. Daha kim cəsarət edib üzərinə belə bir məsuliyyət götürə bi­lər­di. “Nə qədər paradoksal görünsə də, hələ qələmi sümük­ləş­məmiş cavan Əli Kərim belə bir riskə girişdi. Girişdi və nə alındı – təzə geyimli, ayrı boy-buxunda, başqa biçimdə, an­caq hamının sevdiyi, hamının məhəbbətlə qarşıladığı, sə­mi­mi ədəbi portret, yeni gözəl poçtalyon” (25, 7). Bu şeir elə səmimi, elə təbii yazılmışdır ki, müharibənin ağrı-acısını dad­mış bütün analar, bütün atalar, bütün övladlar üçün ümid, təs­kinlik və təsəlliyə çevrilmişdir. Forma cəhətdən süjetli li­ri­ka səpkisində yazılmış bu şeirdə müəyyən fabula, kom­po­zi­siya ilə yanaşı, tam bitkin səciyyə daşıyan humanist insan xarakterləri ilə də tanış oluruq:


Yenə poçtalyonu Göyçayımızın

Çinarlı yollarla gəlib şən keçir.

Düşünür: "Gör neçə oğlanın, qızın

Eşqi, məhəbbəti əlimdən keçir”.

Rayonun hər böyük, hər kiçik yolu

Ömür dastanımın misralarıdır, –

Gəlin təbəssümü, ana "sağ ol"u

Onun dövlətidir, onun varıdır.

Uzun danışmaq da adəti deyil,

Hər kəsə sözünü tez deyib gedir.

Çantası səsləyir onu elə bil,

O da çantasını dinləyib gedir. (40, 30-31)

Akademik T.Hacıyevin dediyi kimi “bu "Poçtalyon" çan­tasında şad xəbərlər, sevgi müjdələri ilə ya­na­şı, şeirimizə yeni obrazlar, təravətli ifadələr, qeyri-adi təş­beh­lər də gə­tirdi" (28, 10).

Müharibənin qələbə ilə bitməsi, dinc quruculuq işinə başlayan xalqımızın maddi və mənəvi cəhətdən inkişafı Əli Kə­rimin yaradıcılığa başladığı illərin poeziyasında öz əksini tapmışdır. Bu illərdə yazdığı hər yeni şeir onun poetik iste­dadının get-gedə təkmilləşdiyini göstərirdi.

Müharibədən sonrakı dövrdə Vətənimizin hər bir bir guşəsində qaynayan həyat, sovet adamlarının xarüqələr yara­dan əməyi, böyük və nəcib arzuları yaradıcı şair və yazıçılar üçün başlıca mövzu mənbəyi olmuşdur. Əli Kərimin əsər­lə­rində də zamanın ən vacib məsələləri, gündən-günə çiçək­lə­nən yeni həyat tərzi, zəhmətkeş insanların həyatı və arzuları ifadə olunurdu.

İstər şairin ilk kitabında ("İki sevgi", 1960), istərsə də ikinci kitabda ("Həmişə səfərdə", 1963) toplanmış şeirlərin əksəriyyəti bunu sübut edir.



Özünə qarşı tələbkar olan Əli Kərim yaradıcılığını so­sia­lizm quruculuğunun tələbləri əsasında yenidən qurmaq üçün daha da ciddi işləyir, yeni yaradıcılıq yoluna düşür. İl­lər keçdikcə şairin yaradıcılıq dairəsi daha da genişlənir. Öl­məz söz ustadı Məhəmməd Füzuliyə həsr etdiyi "Füzuli", xalq qəhrəmanı Babəkə həsr etdiyi "Babəkin qolları", Böyük Vətən müharibəsi illərini əks etdirən "Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada", Xirosima dəhşətlərindən bəhs edən "Xirosimada məktəbli qız" kimi şeirlər şairin sə­nət­­karlıq cəhətdən getdikcə kamilləşdiyini göstərirdi. Bu şeir­­lərdə ürəyi vətənpərvərlik, həyatımızın əzəmətindən do­ğan qürur, iftixar hissi ilə çırpınan bir şairin nəfəsini duyu­ruq. Yaradıcılığında müşahidə olunan mövzu müxtəlifliyi və rən­garəngliyi Əli Kərimin ciddi axtarışlara meylinin nəticəsi idi.

1965-ci ildə nəşr olunmuş "Qızıl qanad" kitabı Əli Kərimin yeni uğurlu addımı oldu. "Qızıl qanad" kitabında toplanmış şeirlər "İki sevgi", "Həmişə səfərdə" kitablarında dərc olunmuş şeirlərdən istər məzmun, istərsə sənətkarlıq cəhətdən xeyli üstün idi. Bu şeirlərdə şair yaradıcılığının ilk dövrlərində müşahidə olunan qüsurlardan – sözçülükdən, bəsit ifadə vasitələrindən, ritorikadan, mücərrədlikdən müm­kün qədər uzaqlaşmağa çalışmış, həyatın üzünə bəzək çək­mə­dən onu öz təbii və həqiqi gözəlliyi ilə göstərməyə cəhd etmişdir. Ona görə də bu şeirlərin əksəriyyətində həyatın nəfə­si, ətri duyulmaqdadır. "Göydəmir at", "Qonşuda bir qız ağlar", "Şəhidliyin zirvəsi" kimi şeirlərindən aydın olur ki, Əli Kə­­rim bir şair kimi arayır, axtarır, dövrümüz üçün əhə­miy­yət­li olan maraqlı cəhətləri tərənnüm etməyə çalışır. Bə­zi bənd­lərdə zəiflik olsa da, bütövlükdə şair axtarışlarının nəti­cə­si kimi, şairin gecə-gündüzlü zəhmətinin bəhrəsi idi.

Əli Kərimin ömrünün son illərində yaradıcılığında yeni bir mərhələ başlamışdı. Onun 1978-ci ildə geniş oxucu küt­ləsinin mühakiməsinə verilən "Bütövlük” adlı şeirlər və poe­ma­lar kitabı ədəbi aləmdə böyük əks-səda doğurmuşdu. Ki­tab Dövlət mükafatına layiq görülsə də, bu müka­fa­tı gör­mək ona qismət olmadı. İstedadlı şair ömrünün 38-ci baharında – 1980-ci ilin qışında, fevralın 11-də vəfat etmiş, bö­yüyüb boya-başa çatdığı doğma yurdunda, çinarlı Göy­çay­da dəfn olunmuşdur.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin