D ə m I strreplƏ q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I


QATARLARIN HƏRƏKƏTİNİN DİSPETÇER NƏZARƏTİ QURĞULARI



Yüklə 1,47 Mb.
səhifə11/23
tarix01.01.2022
ölçüsü1,47 Mb.
#104833
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
QATARLARIN HƏRƏKƏTİNİN DİSPETÇER NƏZARƏTİ QURĞULARI

Qatarların hərəkətinə dispetçer nəzarəti qurğusu avtobloklama ilə təchiz olunmuş bir xətli yollarda blok-sahənin baş və qəbuletmə, yola salma stansiya yollarının boş və ya dolu olması giriş və çıxış svetoforlarının göstəricisi barədə məlumat verir. Eyni zamanda dispetçer nəzarəti aralıq stansiyalarının növbətçisinə imkan yaradır ki, qonşu mənzillərdə qatarların hərəkətinə nəzarət etsin, mənzildə və keçidlərdə avtobloklamanın sıradan çıxması barədə məlumat alsın.

Dəmir yolunda tezlikli dispetçer nəzarəti sistemindən istifadə edilir. Belə sistem özündə telenəzarət qurğusunu birləşdirir ki, dispetçer əhatəsində mənzillərin vəziyyəti barədə informasiya alınsın. Mənzillərdən nəzarət obyektlərinin vəziyyəti, xüsusi naqil vasitəsi ilə əvvəl aralıq stansiyasına sonra isə dövrə vasitəsi ilə mərkəzi dispetçer məntəqəsinə daxil olur. Nəzarət informasiyası hər mənzildə quraşdırılmış qurğudan təyin olunmuş tezlikli kod vasitəsi ilə aralıq stansiyasındakı lövhəyə daxil olur və lövhədə müvafiq lampa yanır. Tezlikli işarə dispetçer məntəqəsində qəbul olunduqdan sonra gücləndirilir. Şifrəsi açılır və işarə hansı stansiyadan daxil olması və nəzarət məntəqəsinin vəziyyəti aydınlaşır.

Belə məlumatın verilmə əhatəsi kabel vasitəsi ilə 180 km, hava xətti ilə 300 km təşkil edir.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin