Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Təkərli və tırtıllı maşınların daşınması



Yüklə 75,17 Kb.
səhifə25/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
Təkərli və tırtıllı maşınların daşınması

Yük daşımaları qaydalarında maşınların qorunması, onların zədələnməsi və ehtiyat hissələrinin yolda oğurlanmasının qarşısının alınması üçün tədbirlər təyin edilib. Yük göndəricisi maşından tez çıxarıla bilən və tez sınan bütün hissələri çıxarıb yeşikdə yığmalıdır. Ehtiyat hissələr, alətlər və maşından çıxarılmış hissələr möhkəm yeşiyə yığılır və həmin yeşik metal lentlə sıx bağlanır. Hər bir yeşiyə yığılan əşyaların siyahısı qoyulur. Ehtiyat hissələr və alətləri maşının kabinəsində də yığmaq olar. Bu halda kabinənin qapıları açarla bağlanır, qapılara və motorun kapotuna plomb qoyulur. əşyaların siyahısı da ora qoyulur. Yüklənmə məntəqələrində ən azı ayda ehtiyat hissələrin və siyahıların nəzarət yoxlanışı keçirilir.

Yükləmənin tüxniki şərtlərində tormozla təchiz edilmiş 24 tona qədər ağırlığında və tormozu işləməyən 7 ton ağırlığında təkərli maşınların vaqonda yerləşdirilməsi və bərkidilməsi üsulları təyin edilib. əgər maşın polad təkərlidirsə, müvafiq olaraq onların çəkisi 15 və 5 tona qədər azaldılır. Vaqonun ümumi yüklənməsi 40 tona qədər olarsa maşının ağırlıq mərkəzi hağ.m (hüt) vaqonun döşəməsindən 1,7 m-ə qədər, 40 tondan çox olarsa ağırlıq mərkəzi 1,5 m-ə qədər hündürlükdə olmalıdır. Maşının köləkdöyən sahəsi hər 1 ton çəkisinə 3 m2-dan çox olmamalıdır. Maşınlar tək platforma və yarımvaqona horizontal və maili vəziyyətdə, 2 və daha çox qoşulmuş platforma və yarımvaqonla horizontal və maili vəziyyətdə yığılır. Bütün maşınları məftil və vaqonla bağlayırlar. Platformaya horizontal yüklənmiş hər bir maşını 6 mm diametrli məftillə 2-si qabağa, 2-si arxaya olmaqla 4 yerdən bağlayırlar. Minik maşınlarını daşımaq üçün xüsusi 2 mərtəbəli platforma vaqonlar hazırlanıb.

Yükləmənin texniki şərtlərində 25 tona qədər ağırlıqda (ekskavatordan başqa) tırtıllı maşınların yüklənməsi qaydaları təyin edilib. Bu maşınların ağırlıq mərkəzi hağ.m (hüt) vaqonun mərkəzindən 1,5 m-dən hündür olmamalıdır. Tırtıllı maşını vaqonun döşəməsinə uzununa və eninə yığılır.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin