Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Əl yüklərinin saxlanmasının şərtləri



Yüklə 75,17 Kb.
səhifə47/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   42   43   44   45   46   47   48   49   50
Əl yüklərinin saxlanmasının şərtləri

Dəmir yolu stansiyalarında sərnişinlərin əl yüklərinin müvəqqəti saxlanması üçün özünə xidmət, avtomat saxlama kameraları, blokları quraşdırılır. Yerli şəraitdən asılı olaraq anbarların xidmət etdiyi saxlama kameraları da açıla bilər. Avtomat özünə xidmət kameralarından istifadə qaydaları, həmçinin anbardarlar tərəfindən xidmət edilən saxlama kameralarının iş vaxtı və qaydalarını sərnişinlərin nəzərinə çatdirmaq üçün elanlar yazılır və görməli yerlərdən və saxlama kameralarından asılır.

Anbardarlar tərəfindən xidmət edilən stasionar saxlama kameralarına növündən və görkəmindən asılı olmayaraq hər cür qabda (çemodan, səbət, bağlama, rükzak, çanta, şüşə qab və s.) əl yükləri təhvil vermək olar. Meyvə, tərəvəz, giləmeyvə və digər kənd təsərrüfatı məhsulları daşınarkən onların saxlanışını təmin edən istənilən qabda saxlamaqla qəbul edirlər.

Saxlamaq üçün təhvil verilən tez xarab olan yüklərin təbii korlanmasına görə dəmir yolu məsuliyyət daşımır. Saxlanmaq üçün qəbul edilən əl yüklərinin hər bir yerinin ayrıca çəkisi 50 kq-dan artıq olmamalı və daşınmasına imkan verən qurğulara malik olmalıdır. Təhvil verilən hər bir əl yükünün üzərinə bağlanan əşyalar ayrılıqda yer hesab edilir. Heyvanları və quşları, odlu silahları, partlayıcı, oda təhlükəli, zəhərləyici maddələri, həmçinin sərnişinlərin əşyalarını çirkləndirə və zədələyə bilən digər əşyaları saxlamağa təhvil vermək və qəbul etmək qadağandır. Pul vəsaitlərin, istiqrazların, sənədlərin və digər qiymətli əşyaların əl yüklərində saxlanmasına yol verilir.

Əşyaların saxlama kamerasına təhvili zamanı qablaşdırmada defektlər aşkar edilərsə, onun sahibi ya onu aradan qaldırmalı, yaxud anbardar tərəfindən tərtib edilən ümumi formalı aktı imzalamalıdır.

Çəkisi 50 kq-dan artıq olan əşyaların (televizorlar, soyuducular, paltaryuyan maşınlar və s.) saxlanması üçün ayrılan xüsusi saxlama kameralarına bu qaydalara əsasən haqq tutulmaqla qəbul edilir.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin