DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə16/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

Fəsil


Hijri tarixi ilə 320 ilində Dərbənd hakimi Məhəmməd ibn Haşim nam idi. O, adil və saleh kimsənə olub, ədalət və təqva birlə xalq ilə rəftar edib, on ay hökumətdən sonra vəfat etmişdir. Ondan sonra Dərbənd vilayətinə inqilab düşüb, Dərbənd şəhəri­nin nizam-intizamı bərhəm olub, həre-mərj, fitnə və fəsadlar ara­larında zuhura gəlib, nəhayət Dərbənd şəhərinin həvalisinda olan sərhəd və kəndlər əhalisi və Dərbəndə tabe olan qalalar və qəsə­bələr əhalisi Dərbənd əhlinə düşmən və yaği olub, Dağıstan əmir­ləri dəxi hər biri öz ixtiyarları sərxüd olub, bir-birilə jəng və münaizəyə başladılar.

Pəs gün-gündən ruzigari-namüvafiq Dərbənd şəhərini hər beş gündə bir kimsəyə mütəəlliq elədi. Ta ki, xanlar və sultanlar Dər­bənd şəhərinə malik və mütəsəərif oldular.

Hijrəti-nəbəvi tarixinin 430-ju ilində Dərbənd hakimi Əb­dül­­məlik ibn Meymun ibn Mənsur idi. Amma Dərbənd xalqına əmin və sərəsgər Əqləbüs-Səliminin övladından idi ki, şimdi mər­qədi dağ ətəyində böyük dərənin qırağında olan hasar için­dədir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin