DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Zikri-Firistadəni-vəlid ibin Əbdülməlik



Yüklə 0,98 Mb.
səhifə24/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
Zikri-Firistadəni-vəlid ibin Əbdülməlik

ləşkərı betərəfi-Dərbəndi
Tarix kitablarında məsturdur ki, hijrətin altmış dördünjü ilində Vəlid Əbdülməlik oğluna xəbər yetişdi ki, tayfeyi-Xəzəri gəlib Dərbənd şəhərinə qalib olub, islam vilayətlərinə qətlu qarət edillər. Öz qardaşı Müslüm adlıya buyurdu kim qırx min mübarizi-rəzmkiş Şam güruhundan mükəmməl müsəlləh jəm edib, çox xəzinə və tədarükat ilə Dərbənd şəhərinə gedib, tamam sərhədləri və qalaçaları zəbt edib, Dərbənd şəhərində təvəqqüf edib mənə məlum edəsən. Jənabi-Müslüm dəxi qırx min mübariz Şam əhlindən zübdələyib ləvai-əzimətin təbli-jəng ilə ujaldıb Dərbənd tərəfinə gəldi. Yolda olan qalaları fəth edib, təzə hakimlər qoyub, Şabran və Müskur şəhərlərinə yetişdi. Onlara da hakimlər nəsb edib Rubas kənarına yetişib durdu. Amma Dərbənd şəhərində üç min nəfər qaravul xəzəri tayfasından Narın qalanı saxlamağa varidi. İslam ləşkəri Rubasdan keçib, Dərbəndi mühasirə eyləyib, dəva eylədilər. Üç ay qalabəndlik olub heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi şəhəri almağdan ajiz olub, istərdilər mürajiət eyləsinlər. Nagah gejə bir nəfər adam şəhərdən çıxıb jənabi-Müslüm yanına gəlib dedi: «Hərgah Xəzəri tayfasının qənimət malından mənə versən, mən qalanı almağa kömək eylərəm. Jənabi-Müslüm əhd eylədi ki, nə qədər mal tələb edərsən ənam qılıram».

Əlqissə, jənabi-Müslüm altı min mübarizi-nəqibzən Əbdüləziz və Kazım Bahilinin sərkərdəliyi ilə jasus qoşub qalaya girməyə əmr eylədi. Jasus məskur Dərvaq tərəfində olan qapıdan ki, yer altında var idi gejə nəqib vurub ol qapıdan Narın qalaya daxil eylədi. Sübhgahan tayfeyi-Xəzəri xəbərdar olub qalanın içində jəng və müharibə eylədilər. Jənabi-Müslüm dəxi dışarda səngərləri bürjə yetirib Narın qala içinə daxil oldu. Tamami xəzəri tayfasını qətl və əsir eylədilər. Çox əsbab və qənimət zəbt eyləyib tamam mali-qəniməti mübarizlərə və jasusə bağışladı. Jənabi-Müslüm əyani-dövlətlə məşvərət eylədi ki əgər bir qədər qoşun bu qalada qoyub biz mürajiət etsək, tayfeyi-Xəzəri yenə gəlib Dərbəndi təsərrüf eylər və qaravul qoyulan mübarizləri qətlə yetirib heç kəs onlara kömək edə bilməz. Səlah oldur ki, Narın qalanın bürj-hasarın xarab edib müavidət edək. Əbdüləziz Bahili dedi:

- Bu fikir səlah deyildir. Zira ki, tayfeyi-Xəzəri yenə gəlib qalanı təmir və möhkəm edib durar. Daxi qalanı almaq məqdur olmaz və hər il İraq və Azərbayjan vilayətlərin qətl və qarət ediblər.

Bu əmr jənabi-Müslümə xoş gəlməyib buyurdu, qalanın bürj və baruların xarab qılıb və Əbdüləzizi Gənjə və Şirvan əyalətinə sərəfraz edib özü Şam tərəfinə mürajiət eylədi. Tayfeyi-Xəzəri yenə gəlib Narın qalanı təmir və üstuvar saxladı. Hər il Müskur və Şirvan sərhədlərindən keçib İraq və Azərbayjanı qətl və qarət edib gedillər idi. Tarixi-hijrət yetmişdə olanda jənabi-Müslümə xəbər yetişdi ki, tayfeyi-Xəzəri Narın qala Dərbəndə daxil olub, islam sərhədlərinə qətl və qarət edillər. Yenə qırx min mübariz ilə Dərbənd şəhərinə gəlib, qalanı alıb, təzədən büruj-hasarın təmir eyləyib beş min mübariz qalada qoyub Şam tərəfinə getdi. Hijrətin yetmiş üçündə əyani-dövlət Vəlid ibn Əbdülməliki xilafətdən əzl edib qardaşı Əbdülməlik Mərvanı məsnədi-xilafətdə paydar eylədilər. Xəlifeyi- Şama xəbər yetişdi ki, Dərbənd şəhərində qoyulan mübarizlər mühasirədə qalıb tayfeyi-Xəzəri Narın qala boyundan keçib Azərbayjana və həm Dağıstandan keçib Rum sərhədlərinə qətl və qarət edillər.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin