DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə29/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
Zikri-xilafəti- Harun ər-Rəşid
Tarix yüz altmış ildə olanda xilafət növbəti Harun ər-Rəşidə yetişdi. Jüyun adlı Nəjm oğlunu Dərbəndin hükumətinə rəvan eyləyib müqərrər eylədi ki, ətraf- əknafdan Dərbəndin xəraj müstəmərrisini jəm edib mürur ilə Dərbənd əhlinə və mübarizlərə təqsim etgilən, Jüyun şöylə ki şəhərə daxil olub, şəhərin büruj və hasarın mülahizə edib, üstuvar görəndən sonra zülmün binasını qoyub, ləhvvə ləəb və mənahi olan ümurə mürtəkib olub şəhərdən bixəbər oldu. Dərbənd əhli ətraf-əknafa mütəfərriq olub dağıldılar. Bu xəbər Bağdad xəlifəsi Harun ər-Rəşid həzrətlərinə yetişdikdə, xəlifə Rəbiə-əl-Bahilini Dərbəndin hükumətinə və həbsi Jüyun ibn Nəjmi müqərrər və rəvan eylədi. Şöylə ki, Rəbiə-əl-Bahili Dərbənd şəhərinə yetişdi, Jüyun bin Nəjmi tutub məhbus və ayağlarına qandal boynuna düşaxə vurub xəlifə hüzurinə göndərdi. Tarix yüz yetmiş üçdə olanda Harun Xəzimə Jazəmi oğlunu on iki min mübariz ilə Dərbənd şəhərinə məmur və rəvan eylədi. Xəzimə Dərbəndə varid olandan sonra hər nə xərab olan bürj-baru var isə təmir və abad eylədi. Bir neçə vaxtdan sonra xəlifə özü Dərbəndə gəlib görəndən sonra Rubasdən bənd bağlayıb qılub şəhərin qırağına su gətirib bağlar və bostanlar və dəyirmanlar təmir edib onların mədaxil və münafilərin şəhərin fəqirələrinə vəqf və təsəddüq eylədi. Hifzə ibn Öməri Dərbəndin hökumətinə təyin və müqərrər və təkid eylədi ki, jümə namazını fövt və təxir etməsinlər.

Əlqissə, Harun ər-Rəşid nəsihətlər verəndən sonra Bəğdad tərəfinə mürajiət eylədi. Ravi nəql etmiş ki, Qırxlar qapı tərəfində daşdan günbəz vardır. Harun ər-Rəşidin oğlanları ol daş günbəzin içində mədfundur.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin