Mənzillərin (evin) alınması üçün kredit və ya ipoteka
krediti. Ən bahalı və ən uzunmüddətli kreditdir (20 ilə kimi).
Buna baxmayaraq, bu kredit növü də avtomobil kreditində olduğu
kimi girovla tam təmin edilmişdir. Bank mənzilin dəyərinin 70%-
dən artıq məbləğə kredit vermir. Asanlıqla qeyd etmək olar ki,
geniş ehtiyatlı uzunmüddətli kredit verilmə bazarında lider xarici
banklardır. Bu təəccüblü deyil, çünki bu növ kreditlər qərbdə
geniş yayılmışdır, onların böyük təcrübələri var. Əslində istehlak
krediti və ya «ütü üçün kredit» - olduqca asan bir şeydir. Onun
məğzi belədir: soyuducu, televizor və ya paltaryuyan üçün
çatışmayan 200-1000 ABŞ dolları qonşudan, qohumlarınızdan və
ya yaxınlarınızdan borc götürmürsünüz. Praktiki olaraq siz məişət
avadanlığının ticarəti ilə məşğul olan istənilən iri mağazada bu və
ya digər bankın əməkdaşının əyləşdiyi stolu görə bilərsiniz. Siz
anketi doldurursunuz, 30-40 dəqiqə gözləyirsiniz və nəhayət
istədiyiniz paltaryuyan maşın sizindir. Sonra yaxın 3-6 ay ərzində
siz aylıq ödəniş etmək üçün bankın ofisinə getmək zəruriyyəti
yaranır. Digər variant da mövcuddur – siz anketi doldurursunuz,
iş yerindən əməkhaqqı barədə arayış və ya daimi gəlirinizi təsdiq
edən digər sənədi gətirirsiniz, sonra 2-3 gün gözləyirsiniz və
paltaryuyan maşın yenə də sizindir. Lakin təcrübə göstərir ki,
194
ikinci variant birinci varianta nisbətən kreditə görə daha az
faizdir. Ona görə ki, bank bu müddət ərzində sizi və təqdim
edilmiş sənədi araşdırır, öyrənir. Borc alan qismində sizin
xeyriniz – kredit üzrə faizlərin aşağı düşməsidir. Əmanət bankının
və ya xarici «törəmə» bankların təklif etdiyi faizlərə diqqət
yetirin, sonra onların tələb etdikləri sənədlərin siyahısını və onları
maraqlandıran məlumatları götürün – onlar arasında əlaqə
ortadadır.
Kreditin vaxtından əvvəl ödənilmə mümkünlüyü bankda
zəruri proseslərdən biridir. Bu prinsipial məsələdir. Çox vaxt hətta
siz krediti növbəti gün ödəmisinizsə və kreditdən tam müddət
ərzində istifadə etmisinizsə, onda məbləğin faizini tam
ödəməlisiniz.
Bankdan hansı valyuta ilə – manat və ya ABŞ dolları ilə
kredit almaq qərarı olduqca çətindir. Bunlar hamısı müştərinin
gəlirinin məbləğindən və məzənnə vəziyyətindən asılıdır. Bank
müştəriyə bildirir ki, onun gəliri qeydə alınmış manat gəliridirsə
(məsələn, əməkhaqqı), onda müştəri manatın kredit valyutasına
konvertasiyası zamanı ziyanla qarşılaşacaqdır
|