203
Banklar tərəfindən kredit ehtiyatlarının formalaşdırılması,
eləcə də onların istifadəsi kreditin funksiyası və hər şeydən əvvəl,
bölüşdürmə funksiyasından asılıdır. Bölüşdürmə prosesi bir
tərəfdən kredit ehtiyatlarının təmərküzləşməsi, digər tərəfdən isə
onların ssudalara yerləşdirilməsi ilə bağlıdır.
Əvvəl fəaliyyət göstərən ssuda fondunun formalaşmasının
və istifadəsinin mərkəzləşdirilmiş sistemi bank sferasında ehtiyat
bazasının formalaşması məsələsinə lazımi diqqət yetirilməməsinə
gətirib çıxarmışdır. Bank idarələri tərəfindən qısamüddətli və
uzunmüddətli ssudaların verilməsi zamanı onlarda kredit
ehtiyatlarının olması asılılğı nəzərə alınmamışdır. Bankların
maliyyə
vəziyyətinin
sabitliyinə
və
onların
balansının
dəyərliliyinə nəzarət həyata keçirilmirdi.
Kredit əməliyyatlarının aparılması sahəsində bank inhisarı
müvafiq müştərilərin yalnız onlara aid olması, smeta
maliyyələşdirilməsində bank idarələrinin axtarılması, onların iş-
çilərinin ehtiyatların cəlb edilməsi üzrə əməliyyatların ge-
nişləndirilməsi və mükəmməlləşdirilməsinə marağının artmasına
səbəb olmamışdır.
Kredit ehtiyatlarının formalaşması və istifadəsinin hazırki
təcrübəsi bazar iqtisadiyyatının tələblərinə cavab vermirdi. Bu
səbəbdən bazara keçid şəraitində bankların kommersiya
hesablanması prinsipləri ilə fəaliyyət göstərməsi, sabit keyfiyyətli
ehtiyat bazasının yaranması istəyi onların fəaliyyətinin əsas
məqsədlərindən biri idi.
Dostları ilə paylaş: