Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


FƏSİL 7. BANKLARIN QİYMƏTLİ KAĞIZLAR



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə65/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   114
bank emeliyyatlari

FƏSİL 7. BANKLARIN QİYMƏTLİ KAĞIZLAR 
BAZARINDA FƏALİYYƏT NÖVLƏRİ 
 
7.1 Bankların qiymətli kağızlar bazarında əməliyyatları 
 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  kom-
mersiya  banklarının  fond  və  inam  əməliyyatları  həyata  keçirmək 
hüququ var. Bu əməliyyatların obyekti qiymətli kağızlardır.  
Qiymətli kağızlar qiymətli kağız sahibinin emitent barəsində 
əmlak  hüquqlarını  və  ya  borc  münasibətlərini  təsdiqləyən  pul 
sənədidir.  Qiymətli  kağızın  emitenti  dedikdə  qiymətli  kağızı 
buraxan (emissiya edən) və qiymətli kağıza görə onların sahibləri 
qarşısında  öz  adından  məsuliyyət  daşıyan  hüquqi  şəxs  başa 
düşülür. Emitent kimi dövlət, yerli hakimiyyət orqanları, müəssisə 
və  təşkilatlar,  respublika  ərazisində  qeydiyyata  alınmış  digər 
hüquqi şəxslər, o cümlədən, birgə müəssisələr, xarici müəssisələr 
çıxış edə bilər.  
Qiymətli  kağızlar  kağızda  çap  edilmiş  sertifikat  blankları 
şəklində  və  ya  hesablardakı  qeyd  formasında  ola  bilər.  Qiymətli 
kağızların  hesablardakı  qeydlər  formasında  tədavülü  zamanı 
qiymətli  kağızın  sahibi  emitent  barəsində  öz  əmlak  hüquqlarını 
qiymətli 
kağızların  saxlanması,  uçotu  və  hesablanması 
əməliyyatlarını  həyata  keçirən  ixtisaslaşmış  təşkilatlar  vasitəsilə 
gerçəkləşdirə bilər.  
Sahibliklə bağlı əmlak hüquqlarının gerçəkləşdirilməsi üzrə 
qiymətli  kağızlar  təqdim  edilən  və  adlı  olur.  Adlı  qiymətli 
kağızlar  onlarda  adı  göstərilən  investora,  təqdim  edilən  qiymətli 
kağız  isə  onu  bilavasitə  təqdim  edənə  sahibliklə  bağlı  əmlak 
hüquqları  var.  Adlı  qiymətli  kağızın  bir  sahibdən  başqasına 
verilməsi  qiymətli  kağız  blankının  arxasındakı  (indossament)  və 
uçotdakı qeydlərin dəyişdirilməsi vasitəsilə həyata keçirilir.  
Hal-hazırda  müxtəlif  mənbələrdə  “birja  əməliyyatları”  və 
“birja əqdləri” anlayışları çox vaxt paralel işlənilir. Bu anlayışlar 


 
 
 
 
124 
oxşar  olsa  da  fərqlidir.  Daha  doğrusu,  “birja  əməliyyatları” 
anlayışı daha genişdir.  
Ümumiyyətlə,  əmtəə,  yaxud  fond  birjasından  asılı  olma-
yaraq,  birja  əməliyyatları  dedikdə,  birja  əmtəəsi  ilə  (qiymətli 
kağızlar və  ya digər maliyyə  aktivləri, əmtəələr) birjada aparılan 
müxtəlif  əməliyyatlar  başa  düşülməlidir.  Bu  əməliyyatları  birja 
əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və 
fyüçers  kontraktlarının  bağlanması,  əmtəənin  qiymətləndirilməsi 
(kotirovkası),  girov,  hesablaşma,  klirinq,  konsaltinq,  qiymətli 
kağızların saxlanması və təqdim edilməsi kimi fəaliyyət növlərini 
aid  etmək  olar.  Bütün  bu  əməliyyatların  keçirilməsi  üzrə 
qaydalaşdırılmış  fəaliyyət  birja  əməliyyatları  mexanizmini 
müəyyən edir.  
Birja əqdləri –  birja əmtəələrinə  dair hüquq və  öhdəliklərin 
yaradılmasına,  tərtib  edilməsinə,  xitam  verilməsinə,  yaxud 
dəyişdirilməsinə  istiqamətlənmiş  və  birjanın  binasında  onun 
müəyyən  edilmiş  iş  saatlarında  satış  iştirakçılarının  həyata 
keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərin məcmusudur.  
Dünya  təcrübəsinin  inkişafı  birja  əqdlərinin  əsas  növləri 
kimi aşağıdakıları müəyyən etmişdir: 
-  Əmtəə  (daha  doğrusu,  onun  nümunələri)  təqdim  olun-
maqla edilən əqdlər; 
-  Fərdi forvard əqdləri; 
-  Vahid fyüçers (müddətli) əqdləri; 
-  Opsion əqdləri.  
Brija  əqdləri  əmtəə və  fond aktivləri üzrə  bağlanılır. Əqdin 
bağlanmasının  qaydası  birja  tərəfindən  müəyyən  edilir.  Birja 
əqdləri  üzrə  qaydaların  ümumi  tələblərinə  əqdin  yazılı  şəkildə 
bağlanması tələbi aiddir.  
Standart  alqı-satqı  müqaviləsində  malın  təqdim  edilməsi 
tarixi,  birja  əmtəəsinin  miqdarı,  keyfiyyət  göstəriciləri,  növü, 
ödəmənin  vaxtı,  həcmi  və  forması,  təqdim  edilmənin  şərtləri  və 
tərəflərinin  məsuliyyəti  əks  olunur.  Bununla  belə,  forvard 
müqavilələri  əmtəənin  gələcəkdə  təqdim  edilməsinə  dair  fərdi 


 
 
 
 
125 
öhdəlikləri  ilə  seçilir.  Bu  cür  birja  əməliyyatı  üzrə  sifarişdə 
əmtəənin  (qiymətli  kağızın)  dəqiq  adı,  əqdin  növü  (alqı-satqı), 
əqd  üçün  təklif  olunan  qiymətli  kağızların  miqdarı,  əqdin 
keçirilməli  olduğu  qiymət,  əqdin  müddəti  (bu  gün,  həftənin, 
yaxud ayın sonuna qədər) və növü göstərilməlidir.  
Birja  əməliyyatları  bir  sıra  fərqləndirici  xüsusiyyətlərə 
malikdir. Onlar: 
-  Xüsusi yerlərdə keçirilir; 
-  Brija  əmtəələri  üzrə  standart  kütlələrlə  (partiyalar,  lotlar, 
dəstlər) keçirilir; 
-  Əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir; 
-  Daimi keçirilir; 
-  Aşkar keçirilir; 
-  Qiymətqoyma sərbəstdir; 
-  Dövlət tərəfindən birbaşa tənzimlənir; 
-  Vasitəçilər tərəfindən keçirilir; 
-  Qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid 
qaydalarla keçirilir; 
-  Əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilir; 
-  İxtisaslaşmaya malikdir.  
Bununla birja əməliyyatlarının (fəaliyyətinin, işinin) keçiril-
məsinin aşağıdakı prinsipləri müəyyən olunur: 
-  Vasitəçi (broker) ilə müştəri arasında etibarlılıq; 
-  Aşkarlıq; 
-  Daimilik; 
-  Sərt qaydalar əsasında tənzimlənmə.  
Birja əməliyyatlarının (ticarətinin) mühüm tərkib hissələrin-
dən (mərhələlərindən) biri listinqdir.  
 Listinq  –  qiymətli  kağızların  fond  birjasının  xüsusi  qiy-
mətləndirmə  siyahısına  (listinə)  daxil  edilməsidir.  Listə  daxil 
olunan  qiymətli  kağızlar  satışa  buraxılır.  Hər  bir  emitent  özünün 
qiymətli  kağızlarını  fond  aktivlərinin  birja  siyahısına  daxil 
edilməsinə  meyl  edir,  çünki  siyahıya  daxil  edilmiş  qiymətli 
kağızlara investorlar daha böyük maraq göstərir. Birja hesabatının 


 
 
 
 
126 
dövrü, kütləvi və işgüzar mətbuatda dərc olunması qiymətli kağız 
məzənnələrinin  və  onların  gəlirliliyinin  dəyişməsi  haqqında  daha 
yaxşı məlumatlandırmağa imkan verir, yeni alıcıları (investorları) 
cəlb  edir,  siyahıdakı  qiymətli  kağızların  likvidliyini  artırır. 
Qiymətli  kağızların  rəsmi  vərəqə  daxil  edilməsinin  müsbət 
cəhətləri  ilə  yanaşı  qeydiyyat  və  dövrü  (qiymətli  kağızların 
siyahısının  lazımi  vəziyyətdə  saxlanılması  üzrə)  rüsumların 
ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, həmçinin, emitentin 
durumu  haqqında  informasiyanın  açıqlanması  zərurəti  kimi 
məqamlar da mövcuddur.  
Hər bir fond birjası qiymətli kağızların satışa buraxılmasının 
ciddi qaydalarına malikdir və müştərilərə zəmanət verir. Siyahıya 
daxil edilənlərin meyarları kimi emitentin xalis gəliri, aktivlərinin 
qiyməti,  qiymətli  kağız  buraxılışının  həcmi  çıxış  edə  bilər. 
Məsələn,  dünyanin  ən  böyük  fond  birjası  olan  Nyu-York  fond 
birjasının emitent şirkətlərə qarşı minimal tələbləri bunlardır: 
-  Səhm sahiblərinin ümumi sayı – 2200, o cümlədən, 100 və 
daha çox səhm sahibinin sayı – 2000; 
-   Aktivlərin dəyəri - 18 mln. ABŞ dollarI; 
-  Şirkət son üç ildə mənfəətlə işləməlidir.  
-  Son ilin balans mənfəətinin həcmi 2 mln. ABŞ dollarI; 
-  Buraxılmış səhmlərin miqdarı – 1100 min olmalıdır.  
-  Son 6 ayda şirkətin 100 min səhmi satılmalıdır.  
Aydındır ki, Nyu-York fond birjası yalnız böyük və maliyyə 
cəhətdən  sabit  emitentlərin  qiymətli  kağızları  ilə  işləyir.  Burada 
qeydə  alınmış  korporasiyaların  aktivləri  ABŞ-da  dövr  edən 
kapitalın 80%-dən çoxunu təşkil edir.  
Minimal  göstəricilərlə  yanaşı  emitentin  fəaliyyət  göstərici-
ləri də  nəzərə  alınır.  Bu  zaman emitent şirkətdə  dövlətin iştirakı, 
şirkət məhsulunun bazarı, sabitliyi və sahədəki mövqeyi, şirkətin 
və  bütövlükdə  sahənin  inkişaf  perspektivləri  təhlil  olunur.  Nyu-
York  fond  birjası  yeni,  kiçik  və  orta  müəssisələrin  inkiçafını 
daima  həvəsləndirir.  Bu  cür  şirkətlər  üçün  sabit  artım 
qısamüddətli  mənfəətdən  üstün  olduğundan  o,  inkişaf  etməkdə 


 
 
 
 
127 
olan  şirkətlərin  mənfəətliliyi  üzrə  tələblərini  endirmişdir.  Müasir 
dünyada  hər  hansı  bir  şirkətin  Nyu-York  fond  birjasının 
siyahılarına  daxil  edilməsi  korporasiyanın  püxtələşdiyinin  və  öz 
sahəsinin qabaqcılına çevrilməsinin təsdiqi kimi qəbul edilir.  
Dövlət  qiymətli  kağızları  birja  satışlarına  rəsmi  emissiya 
şərtlərinə  əsasən  buraxılır.  Birja  şurası  qiymətli  kağızları  satışa 
buraxdıqda emitentin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini, 
həmçinin, potensial investorların ona olan marağını nəzərə alır.  
Birja  satışına  buraxıldıqdan  sonra  qiymətli  kağızların 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin