Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Strateji planlaĢdırmada proqnozlaĢdırmanın rolu



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə28/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   101
4.3. Strateji planlaĢdırmada proqnozlaĢdırmanın rolu 
 
Proqnozlaşdırmaya  perspektiv  dövr  üçün  iqtisadi 
inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yolla-
rına,  üstünlük  veriləcək  sahələrin  inkişaf  istiqamətlərinə, 
strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzi-
fələrin  yerinə  yetirilməsinə  dair  elmi  cəhətdən  əsaslan-
dırılmış  təsəvvür,  mülahizə  və  tövsiyələrin  məcmusudur. 
Proqnozlar  vasitəsilə  maddi  istehsal  sahələrin  yaxın  və 
uzaq  perspektiv  üçün  inkişaf  istiqamətlərini  müəyyən  et-
mək imkanı əldə edilir. 
Uzunmüddətli  perspektiv  inkişaf  proqramları  proq-
nozlar əsasında tərtib olunurlar. Proqnozlaşdırma əsasında 
alınan nəticənin dəqiqlik dərəcəsi yüksək olmasa da  onun 
üstünlüyü və vacibliyi, proqnozlara istinad edərək onların 
əsasında, hər hansı ictimai – iqtisadi prosesin gələcək inki-
şafı üçün alternativ proqram variantlarını müəyyən etmək 
imkanının yaranması ilə izah edilir. 
Proqnozlar  əsasında  orta  bir  müddəti  əhatə  edən–bir 
qayda  olaraq  –  beş  illik  proqramlar  tərtib  olunur.  Belə 
proqramlar  proqnozlara  nisbətən  daha  dəqiq  və  konkret 
olur,  çox  saylı  iqtisadi,  sosial,  elmi  –  texniki  və  təşkilati 


 
 
90 
problemlərin  həllini  nəzərdə  tutur.  Proqramların  əhatə 
etdiyi dövr üçün yerinə yetirilməsi planı işlənib hazırlanır. 
Göründüyü kimi proqnoz, proqrama və planlar biri–birilə 
üzvü vəhdətdədirlər. 
Ölkənin  sosial  –  iqtisadi  inkişafına  dair  proqnozlar 
işlənib  hazırlanarkən,  hər  şeydən  əvvəl,  mövcud  vəziyyət 
iqtisadı, sosial və statistik tədqiqatlar vasitəsilə dərin təhlil 
edilir  və  qiymətləndirilir.  Bundan  sonra  iqtisadi  inkişaf 
konsepsiyasının  iqtisadi  strategiya  və  onun  təminat  vasitə-
ləri üçün  makroiqtisadi, ekoloji, elmi  – texniki, investisiya 
və struktur, sosial və xarici iqtisadi əlaqələr üzrə aparılacaq 
siyasət,  ölkə  bazarında  tələb  və  təklifin  tarazlığı,  ölkənin 
müdafiə  qüdrətinin  artırılması  üzrə  proqnozlar  işlənib 
hazırlanır.  Sosial  –  iqtisadi  inkişaf  proqnozlarında  habelə 
iqtisadiyyatın idarə edilməsinin daha da təkmilləşdirilməsi, 
sahibkarlığın inkişaf etdirilməsi, ədalətli rəqabət mühitinin 
yaradılması və başqa bu kimi tədbirlər də nəzərdə tutulur.  
Sosial – iqtisadi inkişaf proqnozlarında öz əksini tap-
mış bütün fəaliyyət istiqamətlərinin kəmiyyət və keyfiyyət 
cəhətlərini  səciyyələndirən  özünəməxsus  göstəricilərdən 
istifadə  olunur  və  bunlar  planlaşdırma  praktikasına  tətbiq 
olunular. 
Proqnozlaşdırma – gələcəkdə obyektin və ya hadisə-
nin həddi və arzu olunan vəziyyətləri, onlara nail olunma-
sının və reallaşdırılmasının alternativ yolları haqqında eh-
timal təsəvvürün işlənib hazırlanmasını nəzərdə tutur. Gə-
ləcəyi görmək forması olan proqnozlaşdırma sosial–iqtisa-
dı, elmi–texniki proqramların və layihələrin  işlənib hazır-
lanmasından əvvəl gəlir. Proqnozlaşdırma sosial – iqtisadi 
və  istehsal  qərarlarının  əhatə  dairəsinin  genişləndiril-
məsini, onların uzun müddətli nəticələrinin qiymətləndiril-


 
 
91 
məsini təmin edir və strateji proqramların texniki–iqtisadi 
cəhətdən əsaslandırılmasına səbəb olur. İstehsalın konkret 
şəraitindən  asılı  olaraq  proqnozlar  aşağıdakı  əlamətlərə 
görə təsnifləşdirilir: 
a) doğruluq  dərəcəsinə  görə  –  hipotezik  (ardıcıl  he-
sablamaları,  məhdudlaşdırıcı  amilləri  nəzərə  almadan  və 
mülahizə edilən hadisələrin baş verməsinə təsir imkanları 
olmadan),  analatik–hesablama  (hadisələrin  baş  verməsinə 
təsir  imkanları  olmadan)  və  ardıcıl  hesablamalara  əsasla-
nan proqnozlar fərqləndirilir
b) vaxt  müddətinə  görə  –  proqnozlar  uzunmüddətli 
(15  ildən  çox),  ortamüddətli  (10-15  il)  və  qısamüddətli 
(1ildən 5 ilədək) proqnozlara ayrılırlar; 
c) miqyasına görə – qlobal, ölkə, sahədaxili, müəssi-
sədaxili  və  elm–texniki  tərəqqinin  ayrı–ayrı  istiqamətləri 
üzrə olan proqnozlar fərqləndirilir; 
d)  planlaşdırma  sahəsinə  görə  –  proqnozlar  sosial, 
iqtisadi və elmi – texniki proqnozlara ayrılır; 
e)  idarəetmə  səviyyəsinə  görə  –  xalq  təsərrüfatı,  re-
gional,  sahə  və  müəssisənin  sosial  –  iqtisadi  inkişafının 
proqnozlaşdırılması fərqləndirilir. 
İqtisadi  proqnozlaşdırma  obyektləri  aşağıdakılar  ola 
bilər:  istehsal  güclərinin  mənimsənilməsi  müddətləri:  is-
tehsal  məsrəfləri:  daxili  və  xarici  bazarın  vəziyyəti:  kadr-
ların idarə edilməsi və s. Bəzən proqnoz ilə planı eyniləş-
dirirlər. Bu düzgün deyildir.  Əvvəla ona görə ki, proqnoz 
ehtimal  xarakterli  olduğu  halda,  plan  real  vəziyyəti  əks 
etdirir;  ikincisi,  plandan  fərqli  olaraq  proqnoz  istehsalın 
inkişafının əsas meyllərini, irəliləmə hərəkətinin mümkün 
istiqamətlərini  aşkara  çıxarmağa  imkan  verir;  üçüncüsü, 
proqnoz özünü doğrulmaya bilər, plan isə işlənib hazırla-


 
 
92 
narkən texniki – iqtisadi cəhətdən əsaslandırıldığından hə-
yata  keçirilməsi  mümkündür.  Ümumiyyətlə,  proqnozlaş-
dırmanın aşağıdakı xarakterik cəhətləri vardır: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin