İstehsal sferasında vəsaitin dövretmə surətini artır-
maq üçün əsas yollar aşağıdakılardan ibarətdir: a) daha sə-
mərəli istehsal üsuluna keçməklə istehsal tsiklinin ixtisar
edilməsi və bitirilməmiş istehsalın həcminin azaldılması;
b) istehsal ehtiyatlarının artıq hissəsinin ləğv edilməsi.
İstehsal tsiklinin ixtisar edilməsi, yəni xammal və
material istehsalata daxil olandan hazır məhsul buraxılana
qədər vaxtın azaldılması, yalnız istehsal prosesinin özündə
olan vəsaitin dövriyyəsini sürətləndirmək üçün deyil, həm
də bütün normalaşdırılan vəsaitin dövriyyəsini sürətləndir-
mək üçün böyük əhəmiyyətə malikdir. İstehsal prosesi nə
qədər tez başa çatarsa, dövriyyə vəsaiti də istehsal sfera-
sında bir o qədər tez dövr edər. İstehsal tsikli nə qədər qısa
olarsa, eyni miqdarda hazır məmulat buraxmaq üçün isteh-
sala bir o qədər az vəsait tələb olunar.
İstehsal tsikli yeni texnikanın və texnologiyanın
tətbiqi və onlardan səmərəli istifadə edilməsi, elmin yeni
nailiyyətlərinin və əməyin, istehsalın təşkili üzrə ən yaxşı
üsulların tətbiqi əsasında istehsal prosesinin sürətləndiril-
məsi hesabına ixtisar edilir. İstehsal sferasında olan vəsai-
tin dövriyyə surəti həm də dövriyyə vəsaitinin istehsal eh-
tiyatları formasında qalması müddətindən asılıdır. İstehsal
ehtiyatları nə qədər az olarsa, istehsalın həcmi və surəti
əvvəlki kimi qaldıqda müəssisələrin vəsaitinin dövriyyə
surəti də bir o qədər tez olar.
Material – texniki təchizat sahəsində vəsaitin dövriy-
yə surətinin artırılması aşağıdakı yollarla, yəni təchizatı
planlaşdırmaq qaydasını və maddi vəsaitin anbardan isteh-
sala buraxılmağın təşkilini yaxşılaşdırmaq, vəsaitin müəs-
sisəyə lazım olmayan materiallarda çöküb qalmasına yol
verməmək, anbar təsərrüfatını qaydaya salmaq və əmtəə –
198
material uçotunu yaxşılaşdırmaq yolu ilə ola bilər. Müəs-
sisələrdə artıq xammal, material ehtiyatlarının, bitirilmə-
miş istehsalın yığılıb qalması maliyyə çətinliklərinə səbəb
olur və təsərrüfatın maliyyə vəziyyətini zəiflədir. Borc
müddətinin gecikdirilməsi nəticəsində müəssisələr cərimə-
lər və penilər verməyə, məhsulun maya dəyərini artırmağa
və qeyri – məhsuldar xərclərə və zərərlərə yol verməyə
məcbur qalır.
Dövriyyə vəsaitinin dövretmə sürətinin artırılmasın-
da həmin vəsaitin tədavül sferasında azalması da böyük
rol oynayır. Normalaşdırılan vəsaitin quruluşunda tədavül
sferasında olan hazır məmulat xeyli yer tutur. Hazır mə-
mulatın dövretmə surətinin artması yalnız sərf olunmuş is-
tehsal vəsaitlərini və əmək haqqını azad etmir, bu həm də
mənfəət və dövriyyə vergisi formasında cəmiyyətin xalis
gəlirini reallaşdırmağı sürətləndirir. Bu, hazır məhsulun
tezliklə satılmasında, həm müəssisənin özü üçün, həm də
maliyyə orqanları üçün maraq yaradır, çünki hazır məmu-
lat satıldıqca dövriyyə vergisinin hamısı və mənfəətin
müəyyən hissəsi Dövlət büdcəsinə daxil olur.
Məhsulun realizasiyası prosesinin sürətləndirilməsi
və anbarlarda çoxlu miqdarda hazır məmulat ehtiyatının
yığılıb qalmasına yol verilməsinin satış fəaliyyətindən ası-
lıdır. Hazır məhsulun satılması işi nə qədər yaxşı təşkil
edilərsə, əmtəələr də bir o qədər tez realizə edilər, yəni
müəssisələrin də vəsaitinin dövriyyə surəti artar.
Müəssisələrin satış fəaliyyətində dövriyyə vəsaitinin
dövretmə surətinin artırılmasının əsas yolları: material al-
maq üçün vaxtında müqavilələr bağlamaqdan və hazır
məhsulu yükləyib yola salmaq üçün vaxtında naryad al-
maqdan, əmtəə buraxılışını və onun yüklənib göndərilmə-
199
sini sürətləndirməkdən və sənədlərin dövrünü yaxşılaşdır-
maqdan ibarətdir. Dövriyyə vəsaitinin dövretmə surətinin
artırılması işində mühüm tədbirlərdən biri, fabrika və za-
vodların bütün fəhlə və qulluqçu kollektivinin, müəssisə-
nin bütün sahələrində dövriyyə vəsaitindən daha yaxşı isti-
fadə etmək uğrunda yarışa qoyulmasından ibarətdir.
Dövriyyə vəsaitinin dövretmə surətinin artması nəti-
cəsində müəssisələrin dövriyyədən aldıqları vəsait il müd-
dətində müəssisələrin öz dövriyyə vəsaitinin azad olunmuş
hissəsi Dövlət büdcəsinə keçirilir.
Müəssisələrin normalaşdırılan dövriyyə vəsaitinin
dövretmə surətinin plandan əlavə artırılması nəticələri
müəssisələrin və təşkilatların illik mühasibat hesabatı üzrə
müəyyən edilir. Dövriyyədən saldırılaraq büdcəyə keçiril-
miş dövriyyə vəsaitinin miqdarı, dövretmə surətinin plan-
dan əlavə artırılması və normalaşdırılan dövriyyə vəsaiti
qalıqlarının hesabat ilinin sonu üçün plana nisbətən azal-
dılması nəticəsində həqiqətən azad edilmiş vəsaitin miqda-
rına bərabər olmalıdır Müəssisələrin dövriyyə vəsaiti nor-
mativləri, azad olunmuş və büdcəyə keçirilmiş dövriyyə
vəsaiti məbləğinə bərabər miqdarda azalır. Azad edilmiş
vəsaitdən bu cür istifadə etmək qaydası, istər normalaşdı-
rılan və istərsə normalaşdırılmayan dövriyyə vəsaitinin
dövr surətini artırmaq üçün müəssisələri maraqlı edir.
|