Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


İdarəetmənin sosial-psixoloji üsulu


səhifə59/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   98
Mehmanxana teserrufati

İdarəetmənin sosial-psixoloji üsulu - Bildiyimiz kimi, əməyin 
səmərəli olması psixoloji amillərdən müəyyən dərəcədə asılıdır. 
Menecerin vəzifəsi ondan ibarətdir ki, bu amilləri təyin edib, onlardan 
məqsədyönlü və səmərəli istifadə edərək vahid və yekdil bir kollektiv 
yarada bilsin. Menecer hər bir insanın hərəkət tərzini, xarakterini 
bilməklə onun fəaliyyətini proqnozlaşdırıb kollektiv və işin səmərəsi 
üçün lazım olan səmtə yönəltməlidir. Bunun üçün psixofizioloji 
uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq 
olar.
Yapon sosioloqları iddia edirlər ki, insanın əhval-ruhiyyəsi, onun 
yaxşı və səmərəli işləməsi, kollektivdə olan mənəvi-psixoloji şəraitdən 
çox asılıdır. Kollektivə səmərəli təsir göstərmək üçün ayrı-ayrı işçilərin 
mənəvi və psixoloji vəziyyətini öyrənmək kifayət deyil, həm də 
qrupların 
sosial-psixoloji 
xarakteristikasını 
bilmək lazımdır. 
Bu 
məqsədlə sosial-psixoloji üsullardan istifadə olunur. Bunlar mənəvi 
həvəsləndirmə və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata keçirilir. 
Bu üsulun əsas məqsədi kollektivdə müsbət sosial-psixoloji mühit 
yaratmaqla tərbiyəvi, təşkilati, iqtisadi məsələləri həll etməkdir.
140
Menecer təbiətin bioloji və şəxsiyyətin daxili aləmini başa 
düşərsə, kollektivi daha sıx birləşdirə bilər, işçilərin daha fəal və 
səmərəli işləməsinə nail ola bilər.
Mehmanxana idarəçiliyində sosial-psixoloji üsullardan geniş 
istifadə olunarsa, işçilərin fəaliyyəti və tələbatı vaxtında nəzərə alınar 
və idarəetmədə müvafiq qərarlar qəbul etməyə imkan verər.
Sosial-psixoloji üsul tələb edir ki, kollektivə idarəetmənin 
müxtəlif yollarını dərindən bilən mahir və çevik menecer rəhbərlik etsin.
Kollektivə əsas təsir vasitələrindən biri də inandırmaqdır. 
Menecer inandırarkən işçilərlə birgə iş fəaliyyəti zamanı yaranan 
münasibətləri və insan təbiətini nəzərə almalıdır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin